“RİA Novosti” xəbər verir ki, Yaxın Şərq ölkələrinin Olimpiya Komitəsinə müvafiq müraciət göndərilib.
Bu, Qətərin Olimpiadaya ev sahibliyi etmək üçün üçüncü cəhdidir. Ölkə əvvəllər 2016 və 2022-ci il Oyunlarına ev sahibliyi etmək üçün müraciət etsə də, hər iki cəhdi uğursuz olub.
Qətər Milli Olimpiya Komitəsinin prezidenti Şeyx Hoaan bin Hamad bin Xəlifə Əl-Tani Olimpiya Oyunlarının ölkənin inkişafına töhfə verəcəyini hesab edir.
Qətərə kimin rəqib olacağı da bilinir. Çin, Hindistan, Avstraliya, həmçinin, KXDR və Cənubi Koreya da oyunlara ev sahibliyi etmək istəyirlər.
pia.az