Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Proses ermənilərin xeyrinə işləyir” – Eldar Sabiroğlu  

“Başımızı kəsib qanımızı içməyə hazır olan erməni dövlət sərhədimizdə silahlı toqquşma dayanan kimi hücumun ünvanında dəyişiklik edərək antiazərbaycan təbliğatını Avropa ölkələrinə, nüfuzlu beynəlxalq təşkilatlara daşıdı. Əleyhimizə yeni və daha təhlükəli bir cəbhə açıldı. Avropa şəhərlərində etiraz dalğaları əlbəyaxa döyüşlərlə əvəzləndi. Soydaşlarımızın silahlı hücumlara qədər təqib olunmalarına baxmayaraq, xarici KİV-lər ermənilərin müdafiəsinə qalxdı və azərbaycanlıları qarşıdurmanın baiskarı qismində cəmiyyət üzvlərinə təqdim etdilər. Proses indiyədək davam edir və nə qədər acı olsa da, deməliyəm ki, ermənilərin xeyrinə işləyir. Geniş masştabda aparılan ideoloji müharibənin əleyhimizə olan nəticələrini Los-Angelas, Brüssel və Qərb ölkələrinin digər mərkəzi şəhərlərinin timsalında açıq-aşkar görmək mümkündür".

PİA.az-ın xəbərinə görə, bunu ehtiyatda olan polkovnik Eldar Sabiroğlu deyib.

E.Sabiroğlu qeyd edib ki, düşmən yerində rahat oturmur, hər imkan və vasitədən istifadə edərək beynəlxalq səviyyədə Azərbaycan dövləti və xalqı barədə mənfi fikir formalışdırmağa çalışır: “Həm də hiyləgərcəsinə xalqın arasına nifaq toxumları səpir. Bizlər də fərəqinə varmadan bu fitvaya gedərək zərərli toxumların cücərməsi üçün suyunu bol-bol veririk. Qarşılıqlı ittihamları kəsib düşmənə qarşı istər daxildə, istərsə də xaricdə eyni səngərdə mübarizəni aparmalıyıq. Deməyə, bölüşməyə fikirlərim çoxdur. Lakin önümü kəsən səbəblər susmağı tələb edir. Nizam-tərəzini deyəsən itirmişik. Zaman-zaman xalqımıza qarşı amansız cinayət əməllərinə əl atan daşnak Andranikin, Njdehin törəmələrinə bəzilərində olan bu məhəbbət qorxudan, yoxsa daxili sevgidən doğur? Bu sualı ağrıya-ağrıya verdim. Çünki dilə gətiriləsi söz deyil".

pia.az


Etiket: Ermənistan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - Video    

Ən çox oxunanalar