Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

72 obyektdə kobud pozuntular aşkarlandı  

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.

AQTA-dan verilən məlumata görə, Belə ki, AQTA əməkdaşları tərəfindən 25 iyul 2020-ci il tarixində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 37 ictimai iaşə obyekti, 156 ərzaq satışı mağazası olmaqla ümumilikdə 193 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Reyd keçirilən obyektlərdən 72-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.

Bakı şəhəri üzrə:

"Qold", "Yaşar", "24 saat", "Pirəsura", "Nur", "Ata bala", "Halal" marketlər, Seyidov Rəşad Rövşən oğluna, Quliyev Rəhman Surxay oğluna, Qasımov Tamerlan Süleyman oğluna məxsus ərzaq mağazaları

Digər şəhər və rayonlar üzrə:

Şabran rayonunda İsmayılova Zöhrə Əmirağa qızına, Şahkərəmova Məlahət Hüseyağa qızına, Cavadov Ramiz Abbasxan oğluna, Həsənov Nizami Həsən oğluna məxsus kafelər

Göyçay rayonunda "Mansard", "VİP club" kafelər, Həsənov Anar İntizam oğluna, Əsgərov Elçin Elşad oğluna, Məhərrəmov Natiq Aydın oğluna, İsbatov Məhəmməd Qorxmaz oğluna məxsus kafelər, Vəliyev Fazil Tahir oğluna, Abışov Fərid Asif oğluna, Adıgözəlov Şahin İsrayil oğluna, Vəlixanov Azad Feyzulla oğluna məxsus ət satışı mağazaları
Ağsu rayonunda Lətifov Miri Lətif oğluna məxsus kafe

Şamaxı rayonunda "Anar", "Şamaxı", "Savalan", "Sərin sahil", "Bənövşə" restoranları, "Qaya", "Göylər" kafelər, "Novruz" və "Cənnət məkan" yeməkxanaları

Neftçala rayonunda Əsədov Şahin Habil oğluna məxsus market, Məmmədov Rauf Nazim oğluna məxsus kafe
Salyan rayonunda Nəcəfov Yolçu Qurban oğluna məxsus ərzaq mağazası

Şirvan şəhərində Mütəllimov Əsgər Əsgər oğluna məxsus kafe, Əliyev Xəyal Atabala oğluna və Ağayev Elşən Zülfi oğluna məxsus marketlər

Sabirabad rayonunda Həşimov Mirasim Mirvəli oğluna məxsus ərzaq mağazası

Mingəçevir şəhərində "Ömər", "Yusif", "Fərhad" marketlər, Qasımov Azər Şahid oğluna, Məlikov Nizami Feruz oğluna, Əliyeva Xatirə Muxan qızına, Mürşüdova Sevinc Əşrəf qızına, Fərruxov Ramin İdris oğluna məxsus ərzaq mağazaları

Lənkəran şəhərində Axundov İlqar Əlişirvan oğluna, Abbasov Seymur Mehman oğluna, Əbilov İslam Ağakişi oğluna, Kazımov Malik Abbas oğluna məxsus ət satışı mağazaları, "Araz" və "Nicat" kafelər

Gəncə şəhərində "Davud", "Ozan", "Füruzə", "Xanımın dükkanı" marketlər

Tovuz rayonunda "Bahar", "Su səsi", "Anar" kafelər, "Sədaqət", "Tayfun", "Yaşıl" və "Yaşar" marketlər

Gədəbəy rayonunda "Dönər evi", "Şəhzadə", "Qaya" kafelər, "Dadaş", "Gədəbəy", "Saratovka" ərzaq mağazaları

Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

pia.az 


Etiket: AQTA


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Azərbaycan-Serbiya strateji tərəfdaşlığı müzakirə edilib

Səyyad Ağbabalı: “Soydaşlarımız İslam fundamentalizminə qarşı mübarizə adı altında təqib olunurdular” - Video

Ən çox oxunanalar