Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanın İran siyasətində çaşqınlıq:ABŞ seçkilərinin nəticəsi İrana fərqli ssenarilər vəd edir

Maksim SUÇKOV,

“Valday” klubunun eksperti, Rusiya XİN Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun dosenti, Beynəlxalq proseslərin analizi laboratoriyasının baş elmi işçisi

Cari il İran üçün pis keçir. Belə ki, ölkənin xarici siyasət arxitektorlarından biri olan Qasım Süleymani öldürüldü, ABŞ-la hərbi qarşıdurma yaşanır, faciəvi səhv nəticəsində Ukrayna sərnişin təyyarəsi vuruldu, COVİD-19 infeksiyası yüksək ölüm səviyyəsi ilə müşayiət olunur, iqtisadi durumun pisləşməsi dərinləşir və əhəmiyyətli enerji obyektlərində partlayışlar baş verir.

Koronavirus infeksiyasının ikinci dalğası altına ilk düşən ölkələrdən biri də İrandır. İranın qarışıqlıq içində olması Tehranın regiondakı geopolitik aktivliyini tormozlamağa cəhd edən qeyri-dost ölkələr üçün növbəti şans yaradır.

Son 5 ildə Moskva Suriya münaqişəsində İranla taktiki ittifaq içərisindədir və bir sıra səbəblər üzündən özünün Yaxın Şərqdəki aktivliyini optimallaşdırmağa çalışır. Hazırda potensial olaraq hər iki dövlətin maraqlarını təhdid edən beynəlxalq çağırışları təftiş etmək və maraqların heç də hər zaman eyni olmamasına baxmayaraq, ikitərəfli münasibətlərdə sabitliyi dəstəkləyə biləcək “modus vivendi” (sülh içində birgəyaşayış yolu – tərc.) tapmaq onlar üçün mühümdür.

İqtisadiyyatların ziyan çəkməsi və işsizliyin artması (xüsusilə gənclər arasında), hökumətlərə əlavə sosial öhdəliklərin yüklənməsi, etiraz aktivliyinin körüklənməsi və büdcə xərclərinin öncəliklərinə yenidən baxış zərurətinin yaranması şəklində təzyiq yaradır. Bu şəraitdə COVİD-19 bəziləri (Suriya, Yəmən, Liviya) üçün onsuz da sadə olmayan hərbi vəziyyətdə əlavə ağırlaşdırıcı element, digərləri (Livan) üçün narazılıq və etirazların yeni tətikləyicisi, bəziləri üçün də sanksiyaların (İran, Suriya) və neft qiymətlərinin aşağı düşməsinin (Səudiyyə Ərəbistanı, Rusiya, İran və d.) bədəlini “çoxaldan” və ya “artıran” amil olub. Bu, hazırda yeni reallığın xarici siyasətlə bağlı qərar qəbul edərkən göz ardı edilə bilməyən  bir hissəsidir.

Rusiya-İran münasibətlərinin Suriya istiqamətində əsas problemləri elə son bir neçə ildə toparlandığı yerdə – parlament seçkilərinin keçirilməsi, hakimiyyətin ötürülməsi (və ya bunun olmaması), konstitusiya komitəsinin işləməsi, xarici (oxu: amerikan və türk) hərbi iştirak və islahatların aparılması ilə bağlı cəmləşib.

Bu və digər məsələlərlə bağlı Moskva və Tehran arasında fikir ayrılığının olması haqqında ekspert dairələrindən kənarda tez-tez danışılmır. Ancaq bu fikir ayrılıqlarının qonşu regionlara keçməməsi və problemli sferaların son illər hər iki tərəfin yaradılması üçün çalışdığı əməkdaşlıq ruhunu pozmaması siyasətçilər üçün vacibdir.

Suriyanın təhlükəsizlik aparatında islahatların aparılması Rusiyaİran üçün sadə olmayan əsas, eyni zamanda həlledici məsələlərdən biridir.

Əgər hər iki ölkə Suriya dövlətinin daxili dayanıqlılığının təminat altına alınmasını istəyirsə, Moskva və Tehran bu problemlə bağlı olaraq da ortaq nöqtələr tapmalıdırlar. Eyni qaydada hər iki ölkə ABŞ tərəfindən gəlməsi ehtimal olunan “Bəşər Əsəd hökuməti ilə qarşılıqlı əlaqə yaradılması” mövzusuna hansısa bir ümumi yanaşma işləyib hazırlamaq zərurəti ilə də qarşılaşa bilər.

Hələ ki, amerikanlar ancaq belə bir ssenarinin mümkünlüyünün özünü “yoxlayır”, ekspertlər səviyyəsində rusların və iranlıların mümkün reaksiyalarını müzakirə edir, ABŞ-ın belə “yeni kursu”na qarşı Dəməşq tərəfindən cavab olaraq atıla biləcək potensial addımları qiymətləndirirlər.

Hazırda bu ideyanın çox cəsarətli görünməsinə baxmayaraq, Dəməşqin ona baxmağa hazır olmayacağını tam istisna etmək olmaz. Əgər bu məsələ ilə bağlı Rusiyaİran müxtəlif kurslar izləyəcəklərsə, onların müharibə sonrası Suriyada tənzimləmə ilə əlaqədar olan mövqeləri arasındakı fərq daha geniş açılacaq.

Yaxın illərdə İranın Yaxın Şərqdəki mövqeyini və Rusiya-İran münasibətlərinin möhkəmliyini müəyyən edə biləcək 3 həlledici xarici amil:

- ABŞ-dakı prezident seçkilərinin nəticəsi;

- ABŞ sanksiyalarının nəticələri;

- Və İranın maraqları baxımından həlledici olan qonşu ölkələrdə durumun inkişafı olacaqdır.

Donald Trampın ikinci müddətə ABŞ prezidenti seçilməsi, böyük ehtimalla, İranı Vaşinqton üçün daha sərfəli şərtlərdə yeni razılaşmaya məcbur etmək məqsədilə Tehrana yönəlik aparılan “maksimal təzyiq” siyasətinin daha 4 il davam etdirilməsi demək olacaqdır.

Tramp İrandan yalnız nüvə ambisiyalarından deyil, ABŞ və müttəfiqləri üçün qeyri-məqbul olan regional dominantlıqdan da imtina etməsini gözləyir. İranın İraq və Livandakı maraqlarına aktiv qarşılıq verilməsi, həmçinin son həftələrdə İranın öz daxilində təxribatların törədilməsi Tramp Amerikası ilə İranın yaxın illərdə gözlənilən münasibətlərinin konturları hesab oluna bilər.

Demokratların namizədi Co Baydenin qalib gəldiyi təqdirdə, bu münasibətləri fərqli trayektoriya gözləyə bilər. Birincisi,  demokratlar Birgə Əhatəli Fəaliyyət Planına dönməkdə maraqlıdırlar. Ancaq, doğrusu, aydın deyil ki, Vaşinqton cari razılaşmaya, onun hansısa formada yenilənmiş variantına dönmək istəyəcək, yoxsa Tehrana yeni versiyanı müzakirə etməyi təklif edəcək.

İkincisi, sabiq vitse-prezidentin komandası artıq indi həlledici iştirakçılarının Səudiyyə Ərəbistanıİran ola biləcəyi “regional dialoq” ssenarilərini işləyib hazırlayır.

Amerikanlar hesab edirlər ki, neft böhranı və COVİD-19 hər iki regional qarşıdurma tərəfinə kifayət qədər ağrılı zərbə vurub və onları qarşıdurmada gərginliyi azaltmaq məqsədilə predmetli müzakirəyə sövq edə bilər.

Amerikanlara görə, səudlar üçün belə dialoq Tehranın “təxribatçı təzyiqinin” qarşısının alınması imkanı kimi, iranlılar üçün isə sanksiyaların mərhələli götürülməsi üçün ön şərt kimi  maraqlı ola bilər.

ABŞ siyasətinin İrana yönəlik hər iki ssenarisinin – Tramp və Bayden variantının Moskva baxımından öz üstünlükləri və çatışmazlıqları vardır. Noyabrda olacaq Amerikadaxili qarşıdurmanın nəticəsindən asılı olmayaraq, hər iki ssenariyə mənəvi baxımdan hazır olmaq lazımdır.

Yeni sanksiyalara da hazır olmaq lazımdır. İranRusiya ətrafındakı hər cür məhdudiyyətlər dairəsi daralır. Hər iki ölkə bir sıra sanksiyaları aşmaq (yan keçmək) üzrə müəyyən təcrübə toplayıb. İranın bu sahədəki praktiki təcrübəsi sanki daha çoxdur, lakin Rusiyanın daha çox ehtiyatı və beynəlxalq imkanları vardır. Harada mümkündürsə və bu, ümumi maraqlara uyğundursa, sanksiyalara qarşı durmaq üçün təcrübə mübadiləsinin aparılmasının genişləndirilməsi anlamlıdır. Axı bu məsələdə bütün işlər Suriya ilə məhdudlaşmır. Bundan əlavə, sanksiyalar şəraitində öz mövcudluğunu qorumaq üçün onlara (sanksiyalara – tərc.) qarşı birgə Rusiya-İran əməkdaşlığı, yəqin ki, yetərli olacaqdır. Lakin inkişaf üçün başqa səviyyədə ehtiyatların olması tələb olunur. Bu mənada, Çin də daxil olmaqla, üçtərəfli əməkdaşlığın gücləndirilməsi cari konyukturada ideal olmasa da, optimal qərar ola bilər.

Nəhayət, İranın regional siyasətinin tempini böyük ölçüdə Livan, İraq, Əfqanıstan və Suriyada (qismən də Yəməndə) durumun inkişafı müəyyən edəcək.

İraqın yeni hökuməti artıq ABŞ-la əməkdaşlıq etməyə hazırlıq nümayiş etdirir və öz ərazisində iranyönlü qüvvələrin fəaliyyətini tədricən məhdudlaşdırır. O da doğrudur ki, yeni Bağdad administrasiyası ABŞ, İranSəudiyyə Ərəbistanının öz ölkəsindəki maraqlarını balanslaşdırmağa cəhd edərək, bunu mümkün olduqca ehtiyatla edir.

Livanın gələcəyi, yaxın perspektivi, böyük ehtimalla, “sırf geopolitika” ilə deyil, etiraz aktivliyinin nəticələri və iqtisadiyyatın durumu ilə müəyyən olunacaq. Lakin iranlılar üçün mənzərə, ən azı, bu an burada da sadə deyildir. Suriyada qeyd edilən süjet xəttindən əlavə olaraq, İran qüvvələrinin İsraillə qarşıdurması mühüm kompozisiya ola bilər.

Nəhayət, Əfqanıstanda təhlükəsizlik vakuumunun yaranması, burada yalnız ABŞ-ın hərbi iştirakının qalıqlarının qalması (ABŞ qoşunlarının Əfqanıstandan əsasən çıxarılması – tərc.) və “Taliban”ın hökumətlə olan münasibətləri bu qonşu ölkə ilə olan sərhəddin təhlükəsizliyi ilə bağlı olaraq İran rəhbərliyini gərginlikdə saxlayacaq.

Bu 4 hərəkət zolağının (Livan, İraq, Əfqanıstan və Suriya – tərc.) hər biri üzrə Rusiyaİranın problemlərə müxtəlif baxışları və onların həllinə müxtəlif yanaşmaları ola bilər. Lakin hər iki ölkə bu dövlətlərin bütövlüyü və sabitliyinin qorunması ilə bağlı təməl maraqları bölüşür.

Moskva və Tehranın münasibətlərindəki tarixi süjetlər Rusiya-İran münasibətlərilə bağlı qərarların qəbulu zamanı yenə də mühüm psixoloji tərkib hissəsi kimi nəzərə alınmalıdır.

Son illərdə hər iki ölkə çox sayda fikir ayrılığının ortadan qaldırılması və ya ən azı, onların diplomatik və yüksək səviyyədə konstruktiv müzakirə olunması üçün böyük yol qət edibdir. İndiyədək toplanmış əməkdaşlıq baqajından düzgün istifadə etmək vacibdir. Rusiya da, İran da strateji yalqızdır; onların hər biri xarici siyasətinin həyata keçirilməsində öz gücünə arxalanmağa öyrəşib. Lakin beynəlxalq vəziyyətin orta müddətli perspektivdə inkişafının proqnozlaşdırılması deyir ki, tərəfdaşlıq əhvali-ruhiyyəsinin saxlanması hər iki dövlətə daha çox şey verə bilər, nəinki onların tarixi şübhə ətalətindən uzaqlaşa bilməyərək, əməkdaşlığın yeni tərəflərini açmaqdan ehtiyat etmələri.

“Kommersant”, Rusiya, 23 iyul 2020-ci il

Tərcümə Strateq.az-ındır

pia.az 


Etiket: Rusiya


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar