Bazar, 09 Avqust 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

ABŞ-la Çin arasındakı “soyuq savaş”ın yeni mərhələsi başlayıb - Nələr olacaq?

Politoloq: “Təsir dairələrinin yenidən bölüşdürülməsi ikinci dünya müharibəsindən sonra özünün ən gərgin dövrünü yaşayır”.

“Bu mübarizə neçə vaxtdır ki, müxtəlif səviyyələrdə gizli şəkildə davam edir. ABŞ dövlət katibi Pompeonun atası bir müddət öncə zəhərlənib öldürüldü və bu bir neçə dəfə tibbi analizlər nəticəsində sübut olundu. Bundan sonra Pompeo İsrailə səfər etdi, Çinin İsraildəki səfirinin qovulmasını tələb etdi”.

Bu sözləri politoloq Azər Qasımov ABŞ-la Çin arasında baş verənləri PİA.az-a şərh edərkən qeyd edib.

Çin Çınqdu şəhərində yerləşən ABŞ Baş Konsulluğunu bağlamaq təlimatı verilib.

Çin Xarici İşlər Nazirliyi tərəfindən yayımlanan açıqlamada 22 iyulda Çinin Hyuston şəhərindəki Baş Konsulluğunun bağlanılması təlimatından sonra Çınqdudakı Baş Konsulluğun lisenziyasının ləğv edildiyi bildirilib.

Nazirlik sözügedən qərarı ABŞ-ın məntiqsiz həmləsinə qarşı lazımi və qanuni cavab kimi dəyərləndirib.

Artıq demək olarmı ki, ABŞ-la Çin arasındakı soyuq savaş yeni mərhələyə qədəm qoyur və iki dünya nəhənginin soyuq savaşının Avrasiyaya təsirləri hansı səviyyədə ola bilər?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımova müraciət edib.

Azər Qasımov: “Çinlə ABŞ-ın geostrateji üstünlük uğrunda mübarizəsi Avrasiyaya təsirsiz ötüşməyəcək”.

Çin anqlosakson yönlü qüvvələrin dəstəyi ilə hərəkət etdiyini vurğulayan politoloq əlavə edib ki, ABŞ-ın evanjelist respublikaçı hakimiyyəti isə virus pandemiyasını Çinlə əlaqələndirərək Çini zəiflətmək məqsədi ilə Hindistanla danışıqlar aparır. Dünyanın maliyə gücləri çalışır ki, bu proseslərə qarşı qursunlar:

“Çinlə ABŞ arasında münaqişə özünün açıq fazasına keçir. Bu mübarizə neçə vaxtdır ki, müxtəlif səviyyələrdə gizli şəkildə davam edir. ABŞ dövlət katibi Pompeonun atası bir müddət öncə zəhərlənib öldürüldü və bu bir neçə dəfə tibbi analizlər nəticəsində sübut olundu. Bundan sonra Pompeo İsrailə səfər etdi, Çinin İsraildəki səfirinin qovulmasını tələb etdi. İsrail isə buna əməl etmədi. Qısa müddət sonra Çinin İsraildəki səfiri öldürüldü. Buna baxmayaraq, bu hadisələr dünyada heç bir rezonans doğurmadı. Bu hadisələr beynəlxalq güclərin dünya hakimiyyəti uğrunda mübarizəsinin təzahürüdür.

Məlumdur ki, Çin anqlosakson yönlü qüvvələrin dəstəyi ilə hərəkət edir. ABŞ-ın evanjelist respublikaçı hakimiyyəti isə virus pandemiyasını Çinlə əlaqələndirərək Çini zəiflətmək məqsədi ilə Hindistanla danışıqlar aparır. Dünyanın maliyə gücləri çalışır ki, bu proseslərə qarşı qursunlar. Bu baxımdan da bu prosesdə tərəf olan ölkələrdə ciddi hadisələr baş verir. Bura Türkiyədən başlamış Hindistana kimi ərazilərdə baş verən hadisələri aid etmək olar. Hindistan Çin və Pakistanla müharibənin astanasında dayanıb, Türkiyə həm Orta Şərqdə, həm də Afrikada proseslərin mərkəzindədir.

Azər Qasımov: “Yeni dünya düzənində elə bir hal yaranacaq ki, tək qütblü güc mərkəzi qurmaq mümkün olmayacaq”.

Hesab edirəm ki, Çinlə ABŞ-ın geostrateji üstünlük uğrunda mübarizəsi Avrasiyaya təsirsiz ötüşməyəcək. Təsir dairələrinin yenidən bölüşdürülməsi ikinci dünya müharibəsindən sonra özünün ən gərgin dövrünü yaşayır. İkinci dünya müharibəsindən sonra əgər iki qütblü dünya düzəni qurulmuşdusa, indi tək qütblü hakimiyyət uğrunda mübarizə gedir. Buna baxmayaraq bu elə də asan və hətta icrası mümkün olmayan proses olacaq. Hal-hazırda beynəlxalq güclərdən başqa Türkiyə kimi bu ad uğrunda mübarizə aparan, böyük ölçüdə bu yolda addımlar atan regional güclər də vardır ki, onların da bu proseslərə təsir gücünü unutmaq olmaz.

Son nəticədə hesab edirəm ki, yeni dünya düzənində elə bir hal yaranacaq ki, tək qütblü güc mərkəzi qurmaq mümkün olmayacaq. Dünya bir neçə güc mərkəzlərinə bölünəcək. Bizim üçün ən vacib olanı Türk dünyasının bu tarazlıqda layiqli yer almasıdır. Türkiyənin başçılığı altında bütün türk dünyası bir yerdə Türan dövləti yaratmaq uğrunda çalışmalıdır. Bu fikir əslində tək Turanla kifayətlənməyib bütün Islam dünyasını əhatə etməlidir. Bu zaman Türk dünyası yaranacaq güc mərkəzinin biri ola bilər”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

AZAL şefinin ölkədə və xaricdə daha 31 şirkəti üzə çıxdı - Siyahı

AZAL-dakı korrupsiyanın inanılmaz miqyası... - Sensasion faktlar

“Özünü rayonun kiçik padşahı kimi aparır” - Fazil Mustafa ilə icra başçısı arasında qalmaqal

“Prezident Dövlət Neft Şirkətinin fəaliyyətindən narazılıq edirsə...” – Aynur Camalqızı

Nazir müavini: “Cərimələrin sərtləşdirilməsi ilə bağlı müzakirələr aparılır”

Dünən dənizdə boğulan hamilə qadını əri öldürüb

Əli Əsədov nazirləri topladı: Nəzarət gücləndirilir

Ziyəddin Əliyevin həyat yoldaşına yeni vəzifə verildi - Foto

"Hökumət bu yolla virusun yayılmasına bir növ qapı açır"

Dövlət şirkətləri niyə büdcəni “yeyir”? – Onlar buna öyrəşiblər

loading...

Ən çox oxunanalar