Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rusiya Azərbaycana heç nə edə bilməz” – Açıqlama

“Bəziləri ehtiyat edir, amma bunu bilmək lazımdır, artıq Rusiya Azərbaycana heç nə edə bilməz. Çünki Türkiyə dövlət başçısı, XİN rəhbəri, müdafiə naziri öz sözlərini dedilər. Mən də qürurlandım bu mövqeləri eşidəndə. Bunlar hamısı faktdır”.

Bunu musavat.com-a müsahibəsində millət vəkili Vahid Əhmədov deyib. Onun sözlərinə görə Türkiyə heç vaxt imkan verməz ki, yeni torpaq iddiasında olan dövlətlər tərəfindən Azərbaycana hansısa həmlələr edilsin: “Ermənistan kimdir, onun nəyi var? Sadəcə, oyuncaq dövlətdir və Rusiya da ondan istifadə edir, orda baza saxlayır”.

Proseslərin bundan sonrakı gedişatına gəldikdə V. Əhmədov hesab edir ki, çox ehtiyatlı olmaq lazımdır: “Bu proses bitməyib, sizə açığını deyim. Mən narahatam ki, ruslar yenə də təxribata əl atacaqlar, ermənilərin vasitəsilə müəyyən addımlar atmaq istəyəcəklər. Amma mən çox şad oldum ki, Türkiyə prezidenti belə cəsarətli çıxış etdi, faktiki olaraq dedi ki, əlinizi Azərbaycandan çəkin!

Azərbaycanı açıq və qəti müdafiə edən, bizim yanımızda olan iki dövlət var: Türkiyə və Pakistan. Mən hesab edirəm ki, bu iki dövlətlə ciddi hərbi əlaqələr qurulmalıdır, hərbi müqavilələr imzalanmalıdır və Qarabağı azad etməliyik, başqa çıxış yolumuz yoxdur. Yoxsa ATƏT-dir, BMT-nin qətnamələridir, onlara arxayın olmaq olmaz. Düzdür, bunlar da siyasi cəhətdən vacibdir. Amma ATƏT-in Minsk Qrupu vecsiz bir təşkilatdır, biz onlardan müsbət nəsə gözləmirik. Yaxşı hal oldu ki, ABŞ konqresmenləri Azərbaycanın xeyrinə qərar qəbul etdilər, bu da bizim üçün çox vacib məsələdir. ABŞ ilk dəfə Ermənistanın işğalını tanıdı. Necə ki, Ukrayna, Moldova və Gürcüstanda işğal faktını tanıyırdılar, Azərbaycan ərazilərinin də Ermənistan tərəfindən işğal olunduğu Konqres səviyyəsində qəbul edildi”.

Daxildəki proseslərə gəldikdə millət vəkili bu məsələdə xalqın birmənalı şəkildə Ali Baş Komandanın yanında olduğunu vurğulayıb: “Çünki dövlət başçısının apardığı siyasətdə əsas məqsəd Azərbaycan torpaqlarını işğaldan azad etməkdir. Amma mən çox təəssüf edirəm ki, “beşinci kolon” da sakit oturmur. İndi onların yavaş-yavaş adları açıqlanır. Hesab edirəm ki, Dövlət Təhlükəsizlik Xidməti bu işlə ciddi məşğul olmalıdır. Bunları, ümumiyyətlə, təmizləməliyik. O cümlədən orduda da məni narahat edən müəyyən məsələlər var, orda da təmizlənmələr olmalıdır. Milli qüvvələr olmalıdır ki, Azərbaycan torpaqlarını Ali Baş Komandanın rəhbərliyi ilə işğaldan azad etmək iqtidarında olsun”.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar