Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qafqazda geosiyasi rəqabət: Ermənistan- Azərbaycan problemində Moskva faktoru...

Bu gün iki dövlət arasındakı rəqabət və münaqişənin həddini təkcə Moskva müəyyən edə bilər. Nə ABŞ, nə Türkiyə, nə İranın bu baxımdan təsir gücünə sahib olacağı gözlənilmir...

Mustafa Peköz
“Sendika63.org” qəzeti, Türkiyə, 19 iyul 2020-ci il

Azərbaycanla Ermənistan arasında “yeni” bir qarşıdurmanın yaranması təsadüf deyil və bəzi gözləntilərə əksinə bu gərginlik daha yüksək səviyyəyə qalxmayacaq. Buna görə də aydındır ki, iki ölkə arasındakı böhranın dərinləşməsini istəyənlər uğurlu siyasət apara bilməyəcəklər. Rusiyanın nəzarəti altında olan Qafqaz Avrasiyanın ən kövrək geosiyasi sahəsi kimi müəyyən edilib. Bu kövrəkliyin mərkəzində Azərbaycan-Ermənistan tarazlığı dayanır. Bu tarazlıq yaxın zamanlarda asanlıqla pozulmayacaq və heç bir ölkə bu geosiyasi tarazlığı pozmaq üçün ciddi bir addım atmayacaq.

Regional cəhətdən Qafqaz

Qafqaz Avrasiya strategiyasında mühüm yer tutur. Avrasiyada Qafqaz olmasa, ciddi bir boşluq yarana bilər. Avrasiyanın coğrafi və geosiyasi sahəsində göstərilən Qafqaz Qara dəniz və Xəzər hövzələrinin mühüm hissəsini təşkil edir. Bu baxımdan regional münasibətlərdə Qafqazın coğrafi sahəsi onun geosiyasi önəmini daha da artırır. Qafqaz sıra dağlarının Şimali Qafqaz və Cənubi Qafqaz olmaqla iki hissəyə bölündüyü bölgə kimi müəyyən edilən əraziyə görə, şimalda Don çayının ağzı, Manıc-Kuma çuxuru xətti, cənubda isə Araz və Qars yaylaları var.

Qafqaz bölgəsindəki dövlətlər və muxtar ərazilər

Qafqaz bölgəsinin sahəsi 470 min kvadrat kilometrdir və burada təxminən 20 milyon insan yaşayır. Qafqaz, şərqdən Xəzər dənizi, qərbdən Qara dəniz, cənubdan Türkiyə və İran, şimaldan isə Manıc çuxuru ilə əhatə olunmuş bir bölgədir. Cənubi Qafqazın üç ölkəsindən Azərbaycanın ərazisi 86 min 600 km² və əhalisi 8 milyon, Gürcüstanın sahəsi 69 min 700 km² və əhalisi 5.5 milyon, Ermənistanın isə sahəsi 29 min 800 km² və əhalisi təxminən 3.8 milyondur. Şimali Qafqaz bölgəsində Qaraçay-Çərkəz Respublikası, Kabardin-Balkar, Çeçenistan, İnquşetiya, Dağıstan, Şimali Osetiya, Adıgey, Kalmuk, Stavropol Kray, Krasnodar Kray, Astraxan vilayəti və Abxaziya Respublikası var.

Rusiyanın Qafqazdakı geosiyasi hakimiyyəti

Çox uzun bir siyasi tarixə sahib olan Qafqaz Asiyanın digər bölgələri kimi münaqişə mərkəzi olaraq birbaşa ön plana çıxmayıb. Bunun əsas amili Rusiyanın çarlıq dönəmindən bəri bölgədəki mütləq hakimiyyəti idi. Hətta ən güclü imperiyalar belə rus çarizminin buradakı hegemoniyasına qarşı etdikləri cəhdlərdə uğursuz oldu. 1917-ci il oktyabr inqilabından sonra Hitler faşizminin Sovet İttifaqının Qafqaz bölgəsini işğal etmək planı, xüsusilə İkinci Dünya Müharibəsində uğursuz oldu. Daha sonra İngiltərə və ABŞ-ın Qafqazla bağlı strategiyaları gözlənilən nəticəni vermədi.

Qafqaz çox böyük bir ərazini əhatə edir və qlobal sistem qüvvələrinin coğrafi-strateji münaqişə zonası kimi seçilən Avrasiyanın ən vacib halqasıdır. Bu baxımdan, xüsusilə 21-ci əsrin strategiyasında Qafqaza hakim olmaq qlobal güclər üçün son dərəcə vacibdir. Yeni dövrün qlobal münasibətlərində Rusiya Qafqazdakı geostrateji gücünü yenidən ortaya çıxardı.

1990-cı illərdən sonra, xüsusilə ABŞ-ın Qafqazı parçalayaraq Rusiyanın regional hakimiyyətinə son qoymaq cəhdləri uğursuz oldu. Ona görə, Şimali Qafqaz bölgəsində Rusiyanın mütləq hakimiyyəti hələ də davam edir. ABŞ-ın gərgin səylərinə baxmayaraq, Cənubi Qafqaz bölgəsindəki üç müstəqil dövlətdə Rusiyanın hərbi, siyasi, diplomatik və iqtisadi təsiri çox güclüdür. Bunun ən konkret nümunəsi son dönəmlərdə Qafqazdakı baş verən problemlər qarşısında Moskvanın yürütdüyü siyasət idi. Rusiya sərhədləri daxilində olan Şimali Qafqaz bölgəsinin 15 muxtar respublikasındakı bəzi problemləri ABŞ böhrana çevrilmək istəyirdi. ABŞ Çeçenistan muxtar dövlətinin Rusiyadan ayrılaraq müstəqil olmasını tələb edən qruplara dəstək verdi və Gürcüstanı Şimali Osetiyaya hücum etməyə təşviq etdi.

Rusiyanın Gürcüstanın bu addımına verdiyi sərt reaksiya, əslində, ABŞ-a verilmiş hərbi bir cavab idi. Rusiya da əksinə öz siyasətini daha əhatəli şəkildə irəli sürdü. Əvvəlcə Cənubi Osetiya bölgəsinin Gürcüstandan ayrılaraq Rusiya sərhədləri daxilində Şimali Osetiyaya birləşdirilməsini fəal şəkildə dəstəkləyib və Cənubun faktiki olaraq müstəqil bir dövlət olmasına imkan yaratdı. Bundan əlavə, Abxaziya və Acarıstan bölgəsinin Gürcüstandan muxtariyyət istəməsini də qanuni hesab edib. Gürcüstanda hərtərəfli hərbi əməliyyata başlayıb və paytaxt Tiflisi mühasirəyə alıb. Beləliklə, Gürcüstan vasitəsilə Rusiyaya qarşı irəli sürülən siyasətlər Gürcüstan daxilində daha ciddi siyasi problemlər yaradıb.

Rusiya Qafqazın iki müstəqil ölkəsi olan ErmənistanAzərbaycan arasındakı Dağlıq Qarabağ probleminə birbaşa “həlledici” güc olaraq müdaxilə edir. Bu gün iki dövlət arasındakı rəqabət və münaqişənin həddini yalnız Moskva müəyyən edə bilər. Nə ABŞ, nə Türkiyə, nə də İranın bir təsir gücünə sahib olacağı gözlənilmir. Bu gün hər iki ölkədə Ermənistanla Azərbaycan arasındakı gərginliyin həlledici gücünün yalnız Rusiya olduğu qəbul edilir. Rusiyanın hər iki ölkədə hərbi bazaları var. Bu iki ölkənin hərbi gücü və hətta strateji hərbi konsepsiyası Moskvanın hərbi quruluşuna görə təşkil edilib. Həqiqətən, Rusiyanın razılığı olmadan heç bir güc və ya ölkə, o cümlədən Türkiyə və İran Azərbaycanla Ermənistana hərbi qüvvələr göndərə bilməz.

ABŞ-ın Qafqaz həmləsinin uğursuzluğu

ABŞ-ın ən vacib addımlarından biri Gürcüstanın NATO-ya daxil edilməsi layihəsi idi. Bu, NATO-nun gücünün Avrasiya və Orta Asiyaya qədər olan fəaliyyət sahəsini yaxşılaşdırmaq məqsədi daşıyırdı. Beləliklə, Qara dəniz birbaşa NATO dənizinə çevriləcək və ABŞ-ın dəniz donanmaları Rusiya sərhədlərinə keçəcəkdi. ABŞ Gürcüstanı NATO-ya daxil etməklə Qafqazda hakim olmaq və beləcə, Rusiyanın gücünü qırmaq istəyirdi.

ABŞ yönümlü NATO-nun Qafqaz siyasətinin daha bir bucağı isə Azərbaycandır. ABŞ-ın Gürcüstan planı uğurlu olsaydı, bir-biriylə qonşu olan Gürcüstanla Azərbaycanın eyni vaxtda NATO-ya daxil edilməsi üçün hazırlanan layihə həyata keçiriləcəkdi. Beləliklə, həm Rusiyanın fəaliyyət sahələrinə müdaxilə etmək üçün çox önəmli bir halqa ələ keçiriləcəkdi, həm də İranın Xəzər üzərindən mühasirəyə alınması üçün yeni bir sahə açılacaqdı. Lakin ABŞ-ın bu planı da uğurlu olmadı. Rusiya üzərində hərbi və siyasi təsir yaratmaq üçün müəyyənləşdirdiyi Qafqaz strategiyası lazımi nəticə vermədi və əksinə Rusiyanın hakimiyyəti daha da möhkəmləndi.

Avropa Birliyinin Qafqaz siyasəti

AB-nin üç Qafqaz ölkəsi ilə olan iqtisadi əlaqələri olduqca genişdir. Məsələn, Almaniyanın Gürcüstanla, Fransanın Ermənistanın, İngiltərənin isə Azərbaycanla çox yaxın münasibətləri var. Gürcüstan idxalın 21,2%-ni, ixracın 28,8%-ni, Azərbaycan idxalın 14,4%-ni, ixracın 46%-ni AB-dən təşkil edir. Bu baxımdan Aİ-nin Qafqaz siyasəti çoxşaxəlidir.

Rusiya isə Qafqazın əsas hakim gücdür. AB-nin həyata keçirməyə çalışdığı “səssiz” strategiya bölgədəki maraqlarına uyğun olaraq Rusiya ilə uyğun olan bir siyasətə əsaslanır.

Gürcüstan, ErmənistanAzərbaycan ilə Aİ arasında iqtisadi-siyasi əlaqələr olduqca genişdir. Bu ölkələrin həm də Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına daxil olması və Qara dənizin faktiki olaraq AB-nin sərhədləri kimi görünməsi Brüsselin Qafqaz siyasətində vacib bir sahə yaradır. Bununla yanaşı, Avropa Birliyi ABŞ-ın Qafqazda həyata keçirmək istədiyi böhran və münaqişə strategiyasını izləməyi seçməyib. Çünki Rusiya ilə açıq rəqabət aparmaq niyyətində deyil. Əksinə, Rusiyanın Qafqazdakı mütləq hakimliyini bilən bir strategiya tətbiq edir.

Türkiyə-İran balansında Azərbaycan-Ermənistan məsələsi

Türkiyə-İran balansında Azərbaycan mahiyyət etibarilə İrana yaxın durur. Türkiyə tez-tez səsləndirdiyi “bir millət-iki dövlət” siyasətinin Azərbaycanda ciddi bir qarşılığı yoxdur. İran-Türkiyə balasında Azərbaycan üçün türklük deyil, şiəlik həlledici hesab olunur. İranın molla rejimində azərbaycanlıların ciddi bir ağırlığa sahib olmasının siyasi mənşəyi “şiəlik”lə bağlıdır. Bu səbəbdən, azərbaycanlılar torpaqlarının ciddi bir hissəsinin İran sərhədləri daxilində olduğunu bilsələr də, bu günə qədər torpaq tələb etməyiblər. İranın milli təhlükəsizlik strategiyasının vacib müttəfiqlərindən biri, şübhəsiz, Azərbaycandır.

Türkiyənin Azərbaycan vasitəsilə Qafqaza girməsi istiqamətində yaratdığı xarici siyasət bu günə qədər ciddi bir uğura imza atmayıb. Buna görə, “iki dövlət - bir millət” siyasətinin, əsasən, daxili dinamikaya və ya tarazlığa yönəldiyini demək yanlış olmaz. Azərbaycan Türkiyə ilə çox yaxın münasibətlər qursa da, regional balansın formalaşmasında İrana daha yaxın dayanır. Bu səbəbdən, Ermənistan-Azərbaycan münaqişəsində Ankaranın Bakının yanında aktiv və hətta təxribatçı şəkildə yer alması İranın təsirini zəiflətməyəcək.

Digər bir Qafqaz ölkəsi olan Ermənistan da bölgədə vacib problemlər yaşayır. Türkiyə ilə olan “soyqırım və ərazi məsələləri” kimi tarixi problemləri beynəlxalq münasibətlərin gündəmindəki ən önəmli maddələrdən biridir. Ancaq daha konkret desək, Azərbaycanla olan Qarabağ problemi daha vacib məsələdir. Ermənistan hərbi qüvvələrinin nəzarətində olan bölgə iki ölkə arasındakı hərbi qarşıdurmanın səbəblərindən biridir.

Ermənistanın beynəlxalq münasibətlərdə ABŞ ilə sıx əlaqəsi olsa da, Rusiyanın razılığı olmadan regional tarazlıqda hər hansı bir addım atmaq imkanı yoxdur. Erməni lobbisinin və ya diasporunun ABŞ-da ciddi təsiri olsa da, Ermənistanla olan münasibətlərin mərkəzində Rusiya var. Ermənistan torpaqlarında Rusiyaya aid olan hərbi qüvvələr sözügedən regional siyasətlərlə birbaşa olaraq əlaqəlidir.

Ermənistanın Rusiya ilə olan tarixi əlaqələri həm də Orta Asiya ölkələri ilə olan yaxın münasibətlərinə də təsir göstərir. Məsələn, 7 oktyabr 2002-ci ildə Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan prezidentləri Daşkənddə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) təsis etdilər. Azərbaycan bu təşkilata daxil deyil. Həmçinin, Kollektiv Təhlükəsizlik Şurası, Xarici İşlər Nazirləri Şurası, Müdafiə Nazirləri Şurası və Təhlükəsizlik Şurası Katiblər Komitəsi kimi strateji təsisatlar da yaradılıb. Ermənistanla Azərbaycan arasındakı kiçik miqyaslı qarşıdurmada KTMT-nin Ermənistana dəstək verən bir bəyanat yayması Ermənistanın regional fəaliyyəti baxımından da bir fikir yaradır.

Bundan əlavə, İranın Ermənistanla mühüm əlaqələri də var. Hətta Bakı-Yerevan arasındakı diplomatiyanın yaradılmasında Moskvadan sonra, Tehranın mühüm təsiri olub. Buna görə, Rusiya kimi İran da iki ölkə arasında ciddi bir müharibənin başlamasını qəbul edə bilməz.

Nəticə

AKP hökuməti tədricən “qonşularla sıfır problem” siyasətindən imtina edib, bütün bölgəni müharibəyə sürükləyən bir strategiya həyata keçirməyə başlayıb. Yəni Suriyada, İraqda, Liviyada və Şərqi Aralıq dənizində olduğu kimi, Azərbaycanla Ermənistan arasında da “kiçik miqyaslı” münaqişənin dərinləşməsinə səy göstərildiyi bəlli olur. Bakı rəhbərliyi Ankaradan fərqli olaraq, təcavüzkar açıqlamalar verməməyə diqqət yetirir. AKP hökuməti, Yunanıstan və Ermənistanla bağlı mövzularda cəmiyyətin millətçi hisslərindən ən yüksək səviyyədə daxili siyasi dinamikada istifadə etməyə çalışır. İqtidar daxili siyasətdə çoxşaxəli vəziyyətdədir və artıq bunu idarə edə bilmir. Çünki böhranlar da bir çoxyönlü şəkildə inkişaf edir. Sosial dinamikası əriyən bir hökumət xarici siyasətdəki hərbi xaosu daxili siyasətdəki sosial ərimə ilə balanslaşdırmaq istəyir. Ancaq elə görünür ki, bu mümkün olmayacaq.

Türkiyə Azərbaycan-Ermənistan məsələsindəki həlledici gücün Rusiya olduğunu unutduqda, öz gücündən artıq bir layihə hazırlamağa çalışdıqda Liviya və Suriyadan sonra Moskvadan, bəlkə də ən ağır zərbəni Qafqazda alacaq. Qafqazdakı hər yanlış siyasi addımın ekvivalenti Liviya və Suriyada daha dərindən hiss ediləcək.

Təbii ki, daxili siyasətdə olduğu kimi, xarici siyasətdə də uğursuzluğun gizlədilməsi ilə bağlı müəyyən şərtlər var.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar