Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yeni dünyanın astanasında: Ən çox Avropa və Asiya təsirlənəcək...

Maraqlıdır ki, görəsən, bütün dünyanı əhatə edən koronavirus niyə Dərin Amerikanın aktiv olduğu Afrika ölkələrində yoxdur? Yaxud da varsa, niyə təsirsizdir?..

Ergün Diler
“Takvim” qəzeti, Türkiyə, 21 iyul 2020-ci il

ABŞ Dövlət Katibi Pompeonun Dərin Amerikadakı ən vacib simalardan biri olduğu artıq çoxumuza məlumdur. Keçirdiyi toplantıları və birlikdə oturduğu adamları nəzərə alsaq, əsl prezident odur.

Bu yaxınlarda Pompeo Çin politburosunun üç önəmli şəxs ilə toplantı edib. Əvvəl də qeyd etdiyim ki, orada Çini hədələmişdi. Geri dönərkən də təyyarədə İngiltərə Xarici İşlər Naziri ilə görüşdü. Nazir Raab da bu mesajı Kraliçaya çatdırdı.

Bütün bunlar dönüş nöqtəsi oldu. Həmin vaxtdan bəri ABŞ və İngiltərə eyni xətt ilə davam edir. Məsələn, ABŞ Dövlət Katibi Mayk Pompeo: “Çin Sincan Uyğur Muxtar Bölgəsindəki uyğur türklərinə qarşı etnik təmizlənmə işləri aparır. Bölgədəki İslam dini və mədəniyyətini silməyə çalışır. Özbaşına həbslər etməklə yanaşı, həmçinin əhaliyə də nəzarət edir. Buna səssiz qalmayacağıq”, deyib. Hədəf Çin olduqda türklər vasitəsilə irəliləməkdə heç bir problem görmürlər.

Bir gün əvvəl də bənzər bir açıqlama İngiltərə Xarici İşlər Naziri Dominik Raabdan gəlib: “Sincan Uyğur Muxtar Bölgəsində uyğur türklərinə qarşı dəhşətli və iyrənc işgəncələr edilir. Bunları edən Çinə qarşı sanksiyalar daha da genişləndirilməlidir. Biz bunun üzərində çalışırıq”. Elə bu iki cümlə belə Çinə qarşı olan münasibəti təsvir etmək üçün kifayətdir.

Tarixdəki əlamətdar hadisələr ciddi qırılmaları da bərabərində gətirib. Uzun illərdir Amerika kapitalist sisteminin yeganə güc olması üçün şouya bənzər hücumlar təşkil edilir. Bu əməliyyatlardan 3-ü çox önəmlidir: 1898-ci il Mein, 1941-ci il Pörl Harbor və 2001-ci il əkiz qüllə hücumları. Mein də, Pörl Harbor da, 11 Sentyabr da ABŞ-da hazırlanan, lakin ABŞ-a qarşı edilən bir hücum kimi göstərilən, çox yaxşı qurulmuş əməliyyatlar idi.

Çox adam xatırlamaz, amma Kuba 1895-ci ildə müstəqillik tələb edirdi. Lakin ispanlar gəlib, buna vəhşicəsinə müdaxilə etdi. Bu təzyiq ABŞ mətbuatında böyük səs-küyə səbəb oldu. Xalqın dəstəyi tələb olunduğu üçün manşetlərdə Kuba var idi. ABŞ da öz vətəndaşlarını qorumaq üçün “USS Maine” adlı döyüş gəmisini Havanaya göndərdi. Sonra da bir gün bu gəmi naməlum səbəbdən batırıldı. ABŞ özünü müharibənin içində tapdı. İspanlar müqavimət göstərə bilməzdilər. Dərin bir planla ABŞ nüfuzunu və sərhədlərini genişləndirirdi. Əkiz qüllələr və Pörl Harbor da belə idi.

Nəticələri nəzərə alsaq, məqsədin nə olduğunu artıq görmək olur. 1989-cu ildə Berlin divarının sökülməsi, 1991-ci ildə Sovet İttifaqının dağılması, 1992-ci ildə Balkanlarda başlayan müharibə və I, II Dünya müharibələri də ABŞ üçün də təşkil edilmişdi.

Bütün bu hadisələrdən sonra mühüm proseslər baş verdi. Dünyadakı dəyişiklik oturduğumuz yerdən görünür. Koronavirus da bu səbəbdən ortaya atıldı. Amma Covid-19-un təsiri tam da istənilən səviyyədə deyil. Koronavirus planı ABŞ daxilində hazırlanarkən, əlbəttə ki, keçmişdəki qırılmalar kimi bu da öz təsirini göstərəcək. Yeni müqavilələr, ittifaqlar, yeni iş adamları və liderlər meydana çıxacaq. Bunu indiki dövrdə görə bilmirik. Heç əvvəl də görülməyib.

Amerika vətəndaş müharibəsi illərində 22 dekabr 1862-ci ildə çap edilmiş 100 dollarlıq əskinas tarixi bir addım idi. Çünki dollar dünya valyutasına çevrilirdi. Həmin banknotda pambıq tarlasında işləyən qulların fotoşəkli var idi. Dollar da yeni taxtında əyləşmişdi. İndi isə 158 illik hakimiyyət artıq başqa bir valyuta ilə əvəzlənəcək. Sözsüz ki, dolların da adı dəyişəcək. Əlbəttə ki, lider yenə də ABŞ olacaq. Bu yeni valyutada da həmin pambıq tarlasında işləyən qullarla bağlı bir mesaj olacaq. Rəqəmsal pul olsa belə mütləq bir qlobal bir mesajı olacaq. Dəyişiklik Amerikanın mərkəzində başladığı üçün koronadan sonra çox şey dəyişəcək.

Böyük qırılmaların bərabərində nələr gətirəcəyini üç nümunə ilə izah etdim. Buradakı müharibə pul, ticarət, enerji və tək liderlik üçün gedir. Dərin Amerika tək qütblü dünya istəyir. Ancaq hər bir ölkə lazım olduğu qədər Amerika sisteminə daxil ediləcək.

Dərin Amerika Londonu da bir dairə ilə əhatə edir. Bunun üçün ilk növbədə bəzi kəşfiyyat qurumları Dərin Amerikanın nəzarətinə keçməli idi.
Tramp və Dərin Amerika qarşı-qarşıya gəlmiş kimi görünsə də, kəşfiyyat orqanları 2017-ci ilin yanvarından etibarən Dərin Amerikanın nəzarət altına keçib. MKİ, FBT, Milli Təhlükəsizlik Agentliyi (NSA), Daxili Gəlir Xidməti (IRS), Kəşfiyyat və əks-kəşfiyyat idarəsi (OICI), Kəşfiyyat və Təhlil İdarəsi (I&A), Kəşfiyyat və Araşdırma Bürosu (INR) və Terrorizm və Maliyyə Kəşfiyyatı İdarəsi (TFI) kimi ən önəmli kəşfiyyat təşkilatları tamamilə Dərin Amerika tərəfindən idarə olunmağa başlayıb.

Bu, ABŞ-ın yaşaması üçün çox vacib bir addım idi. Bununla terrorizmdən tutmuş xarici kəşfiyyat orqanlarına qarşı mübarizəyə, maliyyə əməliyyatlarından vergidən yayınmaya, narkotikə və qara pullara qədər hər şey Vaşinqtonun radarlarına girib.

Yuxarıda sadalanan bütün kəşfiyyat təşkilatlara Londondakı ailələr təsir göstərə bilirlər. Çünki sistem belə qurulub. Kəşfiyyat təşkilatları, xüsusilə Bill KlintonBarak Obamanın dövründə Londonla əlaqədə idi. Sonra bir anda Londonun əlindəki bu silah yox oldu. ABŞ üzərindən dünyanın hər nöqtəsini izləyən və hər ölkədə əməliyyatlar keçirə bilən silah birdən-birə yoxa çıxdı.

Prezident Tramp LondonMoskva ilə birlikdə addımlamaq istəyirdi. Lakin Tramp Dərin Amerika ilə mübarizə apararkən bunu ortaqlıqda etməyə başladı. Ona görə də əgər Dərin Amerika Trampı ortadan qaldırmaq istəsə, bunun üçün məmur Boltondan istifadə etməz. Çünki bunu çox asanlıqla edə bilər. Hələ də Trampın dönüşünü gözləyirlər. Əkiz qüllələri vuran və donanmasını Pörl Harborda batıran bir beyindən söhbət gedir.

Dərin Amerika hər ölkəyə xüsusi fəxri bir nümayəndə təyin edib. Birləşmiş Millətlər Təşkilatına üzv olan 198 ölkə üçün seçilmiş rəhbərlər işləməyə başladılar. Onların hamısı olduğu ölkənin bütün korpuslarını tanıyan şəxslərdir. Bu siyahı Dərin Amerikanın 12 illik araşdırması idi. Hamısı da çox vacib addımdlar ataraq işə başladı. Xüsusilə Afrika qitəsindəki rəhbərlər çox ciddi addımlar atdılar. Beləliklə, ABŞ Afrikada ön plana çıxdı.

Afrikada ağır zərbə altında qalan Fransanın Liviyada aktiv olmaq səylərini görürük. Çünki Afrikanı Dərin Amerika idarə etsə, Fransa da Rotşild ailəsindən qopacaq. Dərin Amerika da bunu bildiyi üçün Afrikanı önə çəkdi.

Ona görə, maraqlıdır ki, görəsən, bütün dünyanı əhatə edən koronavirus niyə Dərin Amerikanın aktiv olduğu Afrika ölkələrində yoxdur? Yaxud da varsa, niyə təsirsizdir?

Cənubi Afrika koronavirusun ən çox hiss olunduğu ölkədir. Ancaq Cənubi Afrika Londondakı ailələrin ölkəsi olduğu üçün xüsusilə koronavirusla hədəfə alındı.

Gələn aylarda daha ciddi hadisələri görəcəyik. Avropa və Asiya ciddi şəkildə təsirlənəcək. Yaxın Şərqdə böyük dəyişikliklər olacaq. Bir çox kral yerini varisinə verəcək. Koronavirusdan sonrakı dəyişiklik hələ tamamlanmayıb. Hətta hələ yeni başlayıb.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar