Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tovuz döyüşlərinin pərdəarxası: Hücum əslində Türkiyəyə qarşıdır...

Son hücumlarla Xəzər dənizi, Cənubi Qafqaz neft boru kəmərləri, nəqliyyat dəhlizləri, Azərbaycanın müqaviməti və Türkiyənin gücü müzakirə olunur. Bütün bunlar Ermənistanın boyunu aşır və Qafqazla İranı atəşə tutur...

İbrahim Karagül
“Yeni Şafak” qəzeti, Türkiyə, 21 iyul 2020-ci il

Ermənilərin Azərbaycanın Tovuz rayonuna etdiyi hücumların mərkəzində Türkiyəni hədəf alan bir enerji geosiyasəti var. Bu baxımdan hücumun mahiyyəti Ermənistanın ərkəyünliyindən daha böyük bir problemdir.

Bu məsələ təkcə Azərbaycanla Ermənistan arasında məhdudlaşmır, həm də yeni “çoxmillətli bir ssenari”nin siqnallarını verir. Şərqi Aralıq dənizindəki enerji danışıqları, hesablaşmaları və hətta münaqişələri Cənubi Qafqaza doğru sürüklənir.

Ermənistan Şimalın terror təşkilatına çevrildi

Şərqi Aralıq dənizindəki enerji balansının və Aralıq dənizindəki geosiyasi güc hesablaşmasının bütün tərəfləri burada da var. Hücumun Liviyadakı, Suriyadakı vəziyyətlə və Aralıq dənizindəki enerji qaynaqları ilə birbaşa əlaqəsi var.

Bu böyük hesablaşmanın təkcə tenderi Ermənistana verilib və bu ölkəyə bir növ terror təşkilatı mövqeyi verilib. Bu, İraqSuriyadakı PKK-nın, İŞİD-in və Liviyadakı terror baronu Həftarın üzərinə yüklənmiş missiya ilə eynidir.

Layihənin ikinci mərhələsi

Ermənistanın Qarabağı və Qarabağdan başqa digər Azərbaycan torpaqlarını işğal etməsinin səbəbi bu günkü vəziyyətin içindədir. O vaxtlar Rusiyaİran Ermənistanla birgə hərəkət etmiş, həmçinin, Türkiyə ilə türk dünyasını bir-birindən ayırmağa və Xəzərin enerji qaynaqları üzərində qurulacaq nizamı təyin etməyə çalışmışdı.

İndiki hücum da bunun ikinci mərhələsidir. Yenə Azərbaycan ərazilərinə yönələrək o vaxtdan bəri hələ də neft və təbii qaz, nəqliyyat dəhlizləri sahəsindəki bütün layihələri ləkələməyə və təxribat törətməyə çalışırlar. Bu dəfə isə Fransa kimi Atlantik dairəsindən olan bəzi ölkələr də onlarla birlikdə hərəkət edirlər.

Aralıq dənizindəki mübarizə Xəzərdə və Qara dənizdə törədilir

Xəzər və Aralıq dənizi enerji balansı son hücumlarla birləşdirildi. Aralıq dənizindəki mübarizə Qafqaza qədər uzadılıb və Xəzər-Aralıq dənizinin əlaqələri üzərində ağır mübarizə başlayıb. Buradan baxdıqda Tovuza olan hücumların yayılmağa davam edəcəyi və qarşıdurmaların artacağını demək mümkündür.

Bu vəziyyət özünü Gürcüstanda, Cənubi Azərbaycanda, Şimali Qafqazda və Şərqi Qara dənizdə hiss etdirəcək. Türkiyənin Qara dənizin qərbində Fatih Sondaj gəmisi ilə başlatdığı qazıntılar Aralıq dənizindəki qazıntılarla bütün haldadırsa və Aralıq dənizi enerji qaynaqları üzərində sadəcə olaraq güc nümayişindən ibarətdirsə, o zaman Qara dənizin şərqinə doğru yönələrək Xəzərin enerji geosiyasətinin bir hissəsi olacaq.

Şərq Qapısı”nı bağlamaq

Ankara üçün Suriya nə qədər daxili və gələcək yönümlü bir məsələdirsə, Liviya hər nə qədər Aralıq dənizindəki güc balansının bir hissəsidirsə, Ermənistanın Azərbaycana etdiyi hücumlar da gələcəklə bağlı bir məsələdir.

Azərbaycanın güclü olması Orta Asiya-Anadolu və Yaxın Şərq balansında Türkiyənin də güc xəritəsini meydana gətirəcək. Rusiya, İran, Fransa və BƏƏ son hücumlarla başlatdığı oyundan bir nəticə əldə etsə, Türkiyənin Şərq Qapısı tamamilə bağlanacaq.

“Terror Dəhlizi” və “Cənub Qapısı”nı bağlamaq istəyirlər.

İran sərhədindən Aralıq dənizinə çatdırmaq istədikləri “Terror Dəhlizi” ilə Türkiyənin cənubla, ərəb/İslam regionu ilə olan bütün əlaqəsini kəsməyə çalışdıqları kimi, son erməni hücumları ilə də Türkiyənin şərqinə keçilməz bir divar hörmək istəyirlər.

Aralıq dənizindən mühasirəyə almaq və Egeydən küncə sıxmaq kimi planlar böyük bir işğal layihəsidir və erməni hücumları da eynilə bu şəkildə Şərqdən mühasirəyə almaq məqsədilə atılmış bir addımdır.

Problem enerji geosiyasətindən başqa, həm də Türkiyə və Azərbaycanın mövcudluğu məsələsidir. Bu üç bölgədəki mühasirə və gizli layihələrin hamısında eyni ölkələrin olması xəritəni və ümumi mənzərəni açıq şəkildə ortaya qoyur.

Türkiyə “nəyin bahasına olursa olsun” müdaxilə edəcək.

Türkiyə “Terror Dəhlizi”nə müdaxilə etdi və əməliyyat planı ilə, müdaxilələrlə həmin xəritə planını pozdu. Həmçinin, Şərqi Aralıq dənizindən, Aralıq dənizi və Egeydən mühasirə planlarına davamlı və sərt müdaxilələr edir. Liviya və Aralıq dənizində gedən hakimiyyət uğrunda mübarizə də bunun bir göstəricisidir.

Türkiyə nəyin bahasına olursa olsun, Şərqdəki bu mühasirə planlarına da müdaxilə etməlidir və edəcək. “Bədəli nə olursa olsun”, deyirəm, çünki bu bir gələcək məsələdir, regional cəhətdən bir varlıq məsələsidir.

Regionu başa düşmək və güc xəritəsini görmək

Regionu başa düşmək, güc xəritəsindəki dəyişiklikləri başa düşmək, qlobal və regional tendensiyaları qavramaq çox vacibdir. Dövlətin müvafiq qurumları da daxil olmaqla, bir çoxları bunu lazımsız hesab edir. Çünki onlar daha korporativ əzbərçiliklə düşünürlər.

Lakin dünya elə bir sürət dövrünə gəlib çatıb ki, yeni cümlələrə və yeni anlayışlara ehtiyac var. Köhnə iddiaları bu günə daşımağın yeganə yolu budur.

Hələ Suriyadakı müharibədən əvvəl Şərqi Aralıq dənizindəki “çox millətli” güc mübarizələri haqqında yazırdım. İllər sonra Suriya müharibəsinin, əslində, bu hesablaşmaların bir hissəsi, yəni Aralıq dənizi mübarizəsi olduğunu və “Terror Dəhlizi” adlanan xəritə müharibəsindən ibarət olduğunu gördük.

“Terror Dəhlizi”ni 2005-ci ildə yazırdıq.

İndi geriyə baxdıqda görünür ki, “Terror Dəhlizi”ndən hələ 2005-ci ildə danışmışam. O zamanlar nə Suriya, nə də Aralıq dənizində enerji döyüşləri baş verirdi. “Niyə məhz Qara dəniz?”, “Terror niyə Trabzona çatmağa çalışır?” başlığı altında (23 avqust 2005-ci il) yazmışdım:

PKK və ya başqa bir təşkilatın (Qara dənizə) Trabzona fokuslanmasını kürd problemi və ya hər hansı bir etnik problemlə izah etmək mümkün deyil.

Bölgədə Şimali İraqdan İskəndərun körfəzinə, yəni Şərqi Aralıq dənizinə və Mersinə qədər ciddi hadisələr baş verəcək.

Şimali İraqdan Qara dənizə qədər uzanan bölgənin zəif tərəflərini istismar edəcək proseslər ağır səviyyələrə çatacaq.

Türkiyə ikinci Şərqi Aralıq dənizinə sahib olacaq. Bu, Şərqi Qara dənizdir. Bu bölgə əvvəllər heç vaxt olmadığı kimi dünyanın gündəminə düşəcək.

Türkiyənin gücü ilə Azərbaycanın mübarizəsi

2005-ci ildən bu yana Şərqi Aralıq dənizinin qlobal miqyasda bir hesablaşma sahəsinə çevriləcəyi, Şərqi Qara dənizin Şərqi Aralıq dənizinə çevriləcəyi, bütün qeyri-sabitlik elementlərinin bu ərazilərə yönəldilməsi, bu bölgələrdə XəzərQafqaz arasındakı əlaqə və böhranın bütövlüyü barədə çox yazı yazmışam.

İndi isə Tovuzdakı erməni hücumu bu səhifələri yenidən açır. Azərbaycanın gücünü zəiflətmək və Türkiyənin Şərq Qapısını bağlamaq üçün yeni bir ssenari səhnəyə qoyulub. Bu hücumlarla Xəzər, Cənubi Qafqaz neft boru kəmərləri, nəqliyyat dəhlizləri, Azərbaycanın müqaviməti və Türkiyənin gücü müzakirə olunur.

Bütün bunlar Ermənistanın boyunu aşır və Qafqazla İranı atəşə tutur.

Böhran nə qədər böyüsə, Şərqi Qara dəniz bir o qədər beynəlxalq müzakirələrə açılacaq və yeni bir böhran nöqtəsinə çevriləcək. Bu oyun ermənilərin boyunu aşır. Bu yanğın həm İranı, həm də bütün Şimali Qafqazı yandırar, Gürcüstanı isə qeyri-sabitləşdirər.

Məsələ budur ki, Azərbaycan-Ermənistan problemi təkcə sərhəd münaqişəsi deyil. Liviyadan Suriyaya, Şərqi Aralıq dənizindən Xəzərə və “Türkiyəni dayandırmaq” hesabından Azərbaycana diz çökdürmək layihəsinə qədər hesablanmış, çox ciddi bir oyunun Şərq Cəbhəsidir.

Türkiyə Şərq Qapısını açıq saxlamağı bacaracaq

Düşünürəm ki, bu oyunda terror təşkilatlarını idarə etmək vəzifəsi yenə BƏƏ-yə, Məhəmməd ibn Zayedə verilib. Bunu da görəcəyik.

Türkiyə-Azərbaycan həmrəyliyi, qərarlılığı, regional baxışı və hesabı bu planların qarşısını ala bilər. Liviyada, İraqda, Suriyada necə qarşısını aldısa, Aralıq dənizində almağa davam edirsə, Qafqazda da bunu edə biləcək. Türkiyə Şərq Qapısını açıq saxlamağı bacaracaq.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Ən çox oxunanalar