Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Karantin rejimi qəbul imtahanlarının nəticələrinə necə təsir edəcək? - Ekspertdən şərh

Təhsil eksperti: “Mövcud vəziyyətdə imtahanların avqust ayının sonuna qədər uzanacağını gözləmək olar. Bu da şagirdlərin həm psxioloji, həmdə zehni yorulmasına gətirib çıxaracaq”

“Son qərar şagirdlərdə olduqca böyük psixoloji sarsıntı yaratdı. Onların özlərinə olan inamı aşağı düşdü”.

Bu sözləri təhsil eksperti Kamran Əsədov karantin rejiminin qəbul imtahanına edəcək təsirlərini PİA.az-a şərh edərkən qeyd edib.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə bildirib ki, bu həftə əvvəlki illərin və cari ilin məzunları imtahanların birinci mərhələsi olan buraxılış imtahanlarını həyata keçiriləcək.

Onun sözlərinə görə, bu həftə və gələn həftə yalnız bu imtahanların keçirilməsi planlaşdırılır: "Ondan sonra imtahan nəticələri elan olunmalıdır. Bu proses isə bir qədər çəkir, təxminən 10-15 gün. Sonrakı dövrdə qəbul imtahanlarının ikinci mərhələsini keçirməyi planlaşdırmışıq. Bu isə ixtisas qrupu üzrə olan imtahanlardır. Təəssüf ki, dəqiq tarix söyləyə bilmərəm, amma təxminən avqust ayının ikinci yarısından etibarən bu imtahanların keçirilməsinə başlayacağıq.

Bu imtahanların keçirilməsinə 4 gün ayrılacaq. Bundan sonra isə abituriyent qəbul imtahanlarının ikinci mərhələsində də iştirak etmiş olacaq. Bütün imtahanlar epidemioloji vəziyyətdən asılıdır. Bunlar hər gün təhlil olunur, müvafiq qurumlarla əlaqə saxlanılır ki, imtahanları keçirmək mümkündür, ya yox. Biz əmin olandan sonra ki, hər hansı təhlükə yoxdur, imtahan keçirə bilərik, ondan sonra hansı tarixlərdə hansı şəhər və rayonlarda kimlər üçün imtahan keçiriləcəyini elan edirik. Ancaq valideynlər, abituriyentlər narahat olmasınlar, bu imtahanlar keçiriləcək”.

Məlum səbəblərə görə bu ilki qəbul imtahanlarında abituriyentlərin nəticələrinin yaxşı olacağını gözləmək olar, yoxsa məktəblərin, hazırlıqların bağlanması nəticələrdə özünü göstərəcək?

Mövzunu PİA.az-ın əməkdaşı təhsil eksperti Kamran Əsədov ilə müzakirə edib.

Kamran Əsədov: “10 iyulda keçirilən buraxılış imtahanlarında şagirdlərin nəticələrini təhlil edəndə onların əvvəlki illərlə müqayisədə zəif yazdıqlarının şahidi olduq”.

İndiyə qədər imtahanlarda 143 min nəfərin iştirak etdiyini və onlar arasında yalnız 1 nəfər ona təqdim edilmiş bütün test tapşırıqlara doğru cavab verərək 300 bal topladığını nəzərə çatdıran təhsil eksperti PİA.az-a açıqlamasında bildirib ki, bu da nəticələrin aşağı olduğunu bir daha göstərir:

“2020-ci il abuturiyentlər üçün olduqca uğursuz il oldu. Mart ayının 3-dən orta məktəblərdə dərslər dayandı, ardınca onların qəbul və buraxılış imtahanlarında nəticə əldə etməsinə birbaşa təsir edən hazırlıq kursları və repititorluğun fəaliyyətinə məhdudiyyət tətbiq edildi və nəticədə şagirdlər normal dərsdən geri qaldılar.

Bu həftə növbəti dəfə karantin səbəbi ilə imtahanlar təxirə salındı. Bəli, insanların sağlamlığı hər şeydən önəmlidir. Amma düşünürəm ki, qaydalara əməl edilməklə imtahanların təşkili mümkündür. Son qərar şagirdlərdə olduqca böyük psixoloji sarsıntı yaratdı. Onların özlərinə olan inamı aşağı düşdü. Məhz bu amil onların qəbul imtahanlarındakı nəticələrə ciddi şəkildə təsir edəcəkdir.

Mövcud vəziyyətdə imtahanların avqust ayının sonuna qədər uzanacağını gözləmək olar. Bu da şagirdlərin həm psxioloji, həmdə zehni yorulmasına gətirib çıxaracaq. Hətta biz 9,10 və 19 iyunda ondan sonra 10 iyulda keçirilən buraxılış imtahanlarında şagirdlərin nəticələrini təhlil edəndə onların əvvəlki illərlə müqayisədə zəif yazdıqlarının şahidi olduq.

Kamran Əsədov: “Karantin rejiminin uzanması özəl təhsil sektorunun fəaliyyətinə də cidi təsir göstərəcək və gələcəkdə onların fəaliyəti sual altına düşəcək”.

İmtahanların vaxtının hər həftə uzanması şagirdlərə psixloji və mənəvi zərər vursa da, valideyinləri də əlavə xərcə salır. Belə ki, bir çox müəllim repititorlar və hazırlıq kursları online xidmət göstərirlər. Normalda may ayında başa çatmalı olan hazırlıqlar imtahanların uzanması səbəbindən daha da uzanır və valideyinlər əlavə hazırlıqlara pul ödəyirlər.

Ümumiyyətlə karantin rejiminin uzanması özəl təhsil sektorunun fəaliyyətinə də cidi təsir göstərəcək və gələcəkdə onların fəaliyəti sual altına düşəcək.

Bu il mart ayından orta məktəblərin, hazırlıq kurslarının və repititorların fəaliyyətinin məhdudlaşdırılaması birbaşa abituriyentlərin qəbul imtahanlarındakı nəticələrinə açıq şəkildə təsir göstərəcək. İndiyə qədər imtahanlarda 143 min nəfər iştirak edib ki, onlar arasında yalnız 1 nəfər ona təqdim edilmiş bütün test tapşırıqlara doğru cavab verərək 300 bal toplayıb. Bu da nəticələrin aşağı olduğunu bir daha göstərir”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar