Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Pandemiyadan sonra uşaq pulu məsələsinə yenidən baxmaq olar" - Deputat

Müxtəlif vaxtlarda uşaqpulunun bərpası məsələsi gündəmə gəlir. Hətta Milli Məclisin deputatları plenar iclaslarında uşaqpulunun bərpa edilməsi ilə bağlı təkliflər də irəli sürüblər. Karantin rejimi bitdikdən sonra uşaqpulu yenidən bərpa oluna bilərmi?

PİA.az-ın xəbərinə görə, bununla bağlı danışan deputat Fazil Mustafa bildirib ki, pandemiyadan sonra uşaq pulu məsələsinə yenidən baxmaq olar: “İlk öncə dövlətin imkanları nəzərə alınıb müəyyən addımlar atılmalıdır. Bu gün pandemiyaya görə problemlər daha da artıb. İqtisadi cəhətdən narahatlıq var. Buna baxmayaraq, vətəndaşın vəziyyətini yüngülləşdirilmək üçün bütün variantlara getmək lazımdır. Ən azından bu istiqamətdə addımların atılması zəruridir. Çünki vətəndaşın da vəziyyəti çətinləşib.

Pandemiya dövründə xüsusilə işsiz, gəliri olmayan vətəndaşların problemləri artıb. Ona görə də bu istiqamətdə düşünmək lazımdır. Bütün hallarda məsələlər iqtisadi imkanımıza görə həll edilməlidir. Neftin qiymətinin aşağı düşməsi, müəyyən gəlirlərin azalması narahatedici amillərdəndir. Uşaqpulu məsələsini əvvəl həll etmək imkanı var idi. Bu məsələni əvvəl həll etsəydik, daha yaxşı olardı. Hər halda pandemiyadan sonra bu məsələ müzakirə olunub, qərar qəbul edilə bilər”. (Konkret.az)

pia.az


Etiket: uşaq pulu


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Ən çox oxunanalar