Türkiyədə fəaliyyət göstərən kafe, restoran, çayxana və adamların toplaşdığı ictimai-iaşə müəssisələrinin iş saatına koronavirusa görə tətbiq edilən məhdudiyyətlər ləğv edilib.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Daxili İşlər Nazirliyində (DİN) müvafiq sərəncam imzalanıb və sərəncam 81 vilayətə göndərilib.
Qərar bu gündən qüvvəyə minib.
pia.az