Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Serbiyada silah alverinə hərbi mafiyalar nəzarət edir” - Politoloq

Bizə dost görünən Serbiya hansı səbəbdən düşmənimizi silahlandırır?..

Politoloq: “Serbiyanin bir çox təzyiqlərə baxmaraq bu layihəyə qoşulması ona dəlalət edir ki, indiki vaxtda ikitərəfli münasibətlərin korlanmasında maraqlı olan qüvvələr var”.

Azərbaycan bir çox ölkələrlə xoşməramlı niyyətini davam etdirir. Hətta koronavirusa görə Azərbaycan Serbiyaya yardım da etmişdi. Amma görünən odur ki, Serbiyada bir qurup insanlar maddi vəziyyəti üstün tutublar və Ermənistanla silah alverinə gediblər”.

Bu sözləri politoloq Zaur Məmmədov Serbiyanın Ermənistana silah satışının səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Ermənistana minomyot və digər silah-sursatlar göndərən Serbiyanın müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırılıb. Belə ki, Serbiya Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Danitsa Veinoviç Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə çağırılıb və Xarici İşlər Nazirinin müavini Xələf Xələfovla görüş keçirilib.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, görüşdə X. Xələfov əldə edilmiş etibarlı və təsdiqlənmiş məlumata əsasən Serbiyadan Ermənistana minomyotlar və müxtəlif kalibrli hərbi sursat da daxil olmaqla böyük həcimdə silah sursatın göndərildiyini qarşı tərəfə bildirib.

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı Bakı Politoloq Klubunun rəhbəri Zaur Məmmədova müraciət edib.

Zaur Məmmədov: “Biz 3 gün həmin minomyotların dövlət sərhəddindəndə nələrə səbəb olduğunu gördük”.

Hər bir halda Serbiya dövləti tərəfindən bu gedişlər tənzimlənməli olduğunu düşünən politoloq bildirib ki, bundan sonra Serbiyanın bu kimi gedişlərə yol verməyəcəyinə ümid edək:

“Məlumdur ki, zaman-zaman müxtəlif ölkələr tərfindən Ermənistana kiçik çaplı müxtəlif silahlar satılıb. Ermənistanın büdcəsi ona imkan vermir ki, Rusiya ilə alternativ digər ölkərlərdən də silah alsın. Həmçinin Ermənistanın havadarlarının da buna icazəsi yoxdur.

Azərbaycan bir çox ölkələrlə xoşməramlı niyyətini davam etdirir. Hətta koronavirusa görə Azərbaycan Serbiyaya yardım da etmişdi. Amma görünən odur ki, Serbiyada bir qrup insanlar maddi vəziyyəti üstün tutublar və Ermənistanla silah alverinə gediblər.

Onu da qeyd edim ki, Serbiyada silah alverində hərbi mafiyaların olması sirr deyil. Bu ölkənin silah alverinə də yarımhərbi mafiyalar nəzarət edir. Hər bir halda Serbiya dövləti tərəfindən bu gedişlər tənzimlənməli idi.

Zaur Məmmədov: “İndiki vaxtda ikitərəfli münasibətlərin korlanmasında maraqlı olan qüvvələr var”.

Ümid edirəm ki, bundan sonra Serbiya bu kimi gedişlərə yol verməyəcək. Çünki Serbiyanın verdiyi minomyotlarla Ermənistan atəşkəsi pozaraq Azərbaycan silahlı qüvvələrinə qarşı istifadə edib. Biz 3 gün həmin minomyotların dövlət sərhəddindəndə nələrə səbəb olduğunu gördük.

Dünən Serbiyanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırıb və nazir müavini ilə görüşüb. Nazir müavini Azərbaycanın iradını səfirə bildirib.

Qeyd edim ki, Serbiya Azərbaycan münasibətləri son dövrlər artan xətt üzrə inkişaf edir. Bu ölkə Azərbaycanla Avropanı birləşdirən TAP layihəsinə qoşulub. Öz növbəsində hər kəs başa düşür ki,
bu həm geosiyasi, həm də geoiqtisadi layihədir. Serbiyanin bir çox təzyiqlərə baxmaraq bu layihəyə qoşulması ona dəlalət edir ki, indiki vaxtda ikitərəfli münasibətlərin korlanmasında maraqlı olan qüvvələr var. Biz ikitərəfli münasibətlərin inkişafında maraqlıyıq”.

Nərminə UMUDLU
pia.az


Etiket: Silah satışı


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

Ən çox oxunanalar