Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa Birliyi daxilindəki “kiçik Avropalar” arasında hansı çəkişmələr gedir?..

“Kəndli” hesab edilən Şərqi Avropa, “əzab” və “ehtiras”la idarə olunan sərt nüvəli Avropa və “homoseksual” Avropa arasındakı iplər qırılmağa başlayıb...

Süleyman Seyfi Öğün
“Yeni Şafak” qəzeti, Türkiyə, 20 iyul 2020-ci il

Artıq hər kəs II Dünya Müharibəsindən sonra qurulan dünya nizamının sürətlə çökdüyünü görür. Dünyada yeni əmək bölgüsünün inşa proseslərini həyata keçiririk. Bu prosesin on illərlə davam edəcəyini də görə bilərik.

Yaltada qurulan dünya sistemi 19-cu əsrdə zirvəyə qalxmış və davamlı müharibələrdən bezmiş Avropa dövlətlərinə sakit bir iqlim bəxş etmişdi. Əsas mübarizə aparan Avropa qüvvələri isə Fransa və Almaniya idi. Bu iki əbədi düşmənin barışması ilə Avropada sülh bərqərar ola bilərdi və belə də oldu.

Bir üzü ilə müasir Atlantikaya, digər üzü ilə də qədim Aralıq dənizinə baxan Fransadan başlayaq. Fransa, həqiqətən də bu iki dünya arasına ilişib qalmışdı. İkinci üzü ilə cənuba yönəlmiş və Afrika qitəsində çox sayda koloniya əldə etmişdi. Gözlərini İngiltərənin müstəmləkə etdiyi Asiyaya dikmişdi. Bu məqsədlə İngiltərə ilə hesablaşmalı və daha da önəmlisi, Osmanlı hakimiyyəti altında olan və əsas rol oynayan Şərqi Aralıq dənizinə girməli idi. Lakin bu yolda etdiyi səylər boşa çıxdı. İngiltərəyə qarşı Trafalqar və Vaterlo bölgələrində ağır itkilər verdi. Daha böyük itkiyə isə Amerikada düçar oldu. Amerikada qurduğu hökmranlığı İngiltərəyə itirdi.

Ona görə də fransız rasionalizmini, ədəbi dilinin əzəmətini və xroniki narazılığını, bəzən patoloji və pessimist hesab etdiyim tənqidi mövqeyini hər zaman bu tarixi itkilərin bir nəticəsi olaraq görmüşəm. Klod Levi Strauss “Mən əvvəlcə düşünüb, sonra baxıram” deyirdi . İncə bir dillə işlənmiş “dərin” düşüncələr, sanki, məğlubiyyətin əvəzidir. Düşüncə ilə yaradılan bir dünyanın real aləmdə öz əksini tapa bilməyəcəyi bəllidir. Buna görə, Fransa Avropanın ən “dərdli” simasıdır.

Almaniya isə həm Aralıq dənizindən, həm də Atlantikdən uzaq idi. Digər bir çatışmazlığı da siyasi-mədəni cəhətdən Qılınc Zadəganlığına xas olan çox güclü yerli ənənələrə sahib olması idi. Kapitalist ehtiyatlarını təmin etmişdi, lakin müasir dövlət praktikasından uzaq qalmışdı. Siyasi birliyin yaranması da Bismarkın “Qan və Dəmir” siyasətini həyata keçirməsi ilə baş tutmuşdu. Prosesin başa çatması 19-cu əsrin sonlarına mümkün oldu. Yəni gecikmişdi. Gecikmə hissi isə alman siyasi mədəniyyətini formalaşdıran əsas motivasiya mənbəyi idi. Bunun nəticəsində də fəlsəfi və bədii səviyyədə mənəvi-idealist prinsiplərə əsaslanan yüksək ehtiraslar meydana gəldi. Almaniya sərt nizam-intizamına və sədaqətinə görə Avropanın ən “ehtiraslı” simasıdır.

Fransa və Prussiya (Almaniya) arasında az qala böyük ədavətə çevrilən müharibələr baş verib. Əslində, bu, incə ingilis zəkasının məhsulu idi. Dənizlərdə istədiyini edən İngiltərə bu iki rəqibin arasını vurdu və onların şiddətli müharibə etməsinə səbəb oldu. Hələ üstəlik, Rusiyanı da bu oyunların içinə çəkdi.

Nəticədə, Yaltada “ədəbi əzab” ilə “basdırılmış ehtiras” evlənmiş oldu və sanki, toyu da ABŞ etdi. Fransa mövcud sənayesi və Afrikadan gələn, illik 500 milyard dollara çatdığı deyilən təqaüd gəlirləri ilə yaşamağa başladı. Digər tərəfdən, Almaniya öz ehtiraslarını basdırdı və onu yaradan ikinci sütunun üzərində, yəni nizam-intizam sayəsində ayağa qalxdı. AB ABŞ-ın hərbi təzyiqi və dollar tələsi altında yaşayan bu iki dominant gücün hazırladığı formuldur. ABŞ-da, əsasən Demokratların dairələrində həmişə Avropa simpatiyası olub. Lakin ABŞ-ın real siyasi dairələri, yəni Atlantik dairələri AB-dən razı deyildilər. Qitə Avropasını hər zaman qrotesk hisslərlə kiçildən, empiristləri və praqmatistləri ilə “əvvəlcə baxıram, sonra düşünürəm” deyən bir ənənəyə sahib İngiltərə də bu narazılığa ortaq idi. Dünyanın maliyyə şəbəkəsinin ən vacib mərkəzlərindən biri olan İngiltərə Avropanın ideallarını bölüşdüyü üçün deyil, ona nəzarət etmək üçün AB-yə daxil olub.

AB-nin 1990-cı illərin sonlarına qədər olduqca uğurlu olduğunu demək olar. Bu da Almaniyanın ambisiyalarını yenidən canlandırıb. Dağılan Şərqi Avropanın Birliyə daxil edilməsi və Balkanlarda alman əhalisinin artması bu vəziyyəti daha da alovlandırıb. Halbuki bu addımlar AB-nin dərin böhrana düşməsinə səbəb oldu. Lakin “kəndli” hesab etdikləri Şərqi Avropanı həzm edə bilmirdilər. Bu gün Şərqi Avropa, NATO və AB arasında adsız bir müharibə gedir. Nəhayət, “əzab” və “ehtiras” hissləri ilə idarə olunan sərt nüvəli Avropa ilə PIGS (donuzlar) damğası yeyən “homoseksual” Avropa arasındakı iplər də qırılmağa başlayıb. Amma Avropanın damında oturan, təqaüdə çıxmış şimal klubu heç bir şeyə əhəmiyyət vermir.

İngiltərənin AB-dən çıxması AB-nin maliyyə imkanlarını da azaldıb. Fransa öz gücünü itirir və yeni bir posta doğru irəliləyərək Afrikada da gücünü itirir və kənara atılır. İqtisadi durğunluq, qanunsuz miqrasiya və məşğulluqla bağlı itkilər AB-ni daha da pisləşdirir. Alman bankları da ağır itkilər ucbatından iflasın ərəfəsindədir.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar