Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Hamılıqla bu yardımın dayandırılmasını tələb etməliyik" - Aslan İsmayılov

İranda və İrandan kənarda yaşayan Cənubi Azərbaycanlı soydaşlarıma!

Əziz qardaş və bacılarım, Sizin mənə doğmalığınız tək milliyətimizlə deyil, həm də mənim ana babam Məhəmmədəli kişinin Marağadan olması ilə bağlıdır. Sizlərin problemlərinizlə bağlı Günaz TV-də çoxlu sayda çıxışlarım olub, bu gün də Sizin problemlərlə maraqlanıram. Əminəm ki, problemlərinizin əksəriyyətinin həlli həm də güclü, müstəqil Azərbaycan Dövlətinin təhlükəsizliyindən və inkişafından asılıdır.

Bu gün bütün Dünya azərbaycanlılarının Vətəni olan doğma Azərbaycanımıza qarşı torpaqlarımızı işğal etmiş erməni qəsbkarları tərəfindən çox iyrənc, yalanlarla dolu təbliğat aparılır. Ona görə də hər birimiz harada olmağımızdan asılı olmayaraq müstəqil Dövlətimizə dəstək olmalı və Qarabağımızın erməni işğalçılarından azad olunmasını tələb etməliyik. Tək İranda yaşayan on milyonlarla azərbaycanlı soydaşlarımızın bu məsələdə bizə dəstək olması çox şeyi həll edə bilər. Heç kimə sirr deyil ki, bu gün işğalçı Ermənistanın ayaqda qalmasının əsas səbəblərindən biri İran hakimiyyətinin onlara hərtərəfli yardım göstərməsidir. Hamılıqla bu yardımın dayandırılmasını tələb etmək, Azərbaycanın haqq işində - işğal olunmuş torpaqlarının azad olunmasında yardımçı olmaq lazımdır.

Bu şərəfli işimizdə Uca Allahdan hamınıza uğurlar və can sağlığı arzulayıram!(pravda.az)

Aslan İsmayılov

Hüquqşünas

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar