Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DİM: Qəbul imtahanlarının ikinci mərhələsi üçün 4 gün ayrılacaq

“Bu həftə nəzərdə tutmuşuq ki, əvvəlki illərin və cari ilin məzunları imtahanların birinci mərhələsi olan buraxılış imtahanlarını həyata keçirək”.

PİA.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə bildirib.

Onun sözlərinə görə, bu həftə və gələn həftə yalnız bu imtahanların keçirilməsi planlaşdırılır: “Ondan sonra imtahan nəticələri emal olunmalıdır. Bu proses isə bir qədər çəkir, təxminən 10-15 gün. Sonrakı dövrdə qəbul imtahanlarının ikinci mərhələsini keçirməyi planlaşdırmışıq. Bu isə ixtisas qrupu üzrə olan imtahanlardır. Təəssüf ki, dəqiq tarix söyləyə bilmərəm, amma təxminən avqust ayının ikinci yarısından etibarən bu imtahanların keçirilməsinə başlayacağıq.

Bu imtahanların keçirilməsinə 4 gün ayrılacaq. Bundan sonra isə abituriyent qəbul imtahanlarının ikinci mərhələsində də iştirak etmiş olacaq. Bütün imtahanlar epidemioloji vəziyyətdən asılıdır. Bunlar hər gün təhlil olunur, müvafiq qurumlarla əlaqə saxlanılır ki, imtahanları keçirmək mümkündür, ya yox. Biz əmin olandan sonra ki, hər hansı təhlükə yoxdur, imtahan keçirə bilərik, ondan sonra hansı tarixlərdə hansı şəhər və rayonlarda kimlər üçün imtahan keçiriləcəyini elan edirik. Ancaq valideynlər, abituriyentlər narahat olmasınlar, bu imtahanlar keçiriləcək”.

pia.az

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar