Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Demokratiya və Rifah Hərəkatı ABŞ Konqresinin üzvlərinə müraciət göndərib

İyulun 20-də ABŞ Konqresindədə "Dövlət Müdafiəsi haqqında" Qanuna düzəliş müzakirəyə çıxarılır...

Əgər bu düzəliş qəbul edilərsə, ABŞ hökumətinin Azərbaycana hərbi yardım göstərməsi qadağan olunacaq.

Bununla əlaqədar olaraq, ADR Hərəkatı ABŞ Konqresinə müraciət ünvanlayıb.

Müraciətdə deyilir: "Ermənistan Rusiyanın hərbi və siyasi dəstəyi ilə Azərbaycanın əzəli və əbədi torpağı olan Dağlıq Qarabağı və 7 ətraf rayonu 27 ildir ki, işğal altında saxlayır və BMT Təhlükəsizlik Şurasının bütün işğalçı qüvvələrin Azərbaycan ərazilərində dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələrinə əməl etmir, Azərbaycanın ərazi bütövlüyünə qəsdini davam etdirir: "Ərazilərin işğal olunması nəticəsində Azərbaycanda 1 milyona qədər məcburi köçkün 30 ildən çoxdur ki, yurdlarından didərgin düşüb, tərk etdikləri ərazilərə qayıdacağı günü həsrətlə gözləyirlər.

1994-cü ildən indiyə qədər davam edən atəşkəs dövründə erməni-rus hərbi qüvvələrinin hucumu nəticəsində onlarla günahsız insan həlak olub, 2017-ci ildə 2 yaşlı Zəhra artileriya mərmisi ilə öldürülüb, onun ailə üzvləri yaralanıb.

Ermənistan Rusiyanın hərbi və siyasi qüvvələrinin dəstəyi ilə təşkil etdiyi hücumlar nəticəsində Qərbə doğru istiqamətlənən neft və qaz kəmərlərinə ciddi təhlükə yaranıb. Çünki, Bakı-Tiflis-Ceyhan (BTC) neft kəməri - Qərb İxrac Neft Boru kəməri (QİBK), Cənubi Qafqaz Qaz Boru Kəməri (CQBK) - Bakı-Tiflis-Ərzurum (BTƏ) qaz kəməri erməni-rus hərbi birləşmələrinin hucum etdiyi Tovuz rayonu ərzazisindən keçir. Qaz kəmərləri Türkiyəyə, ordan da TANAP və TAP vasitəsilə Cənubi Avropaya qaz ixracını nəzərdə tutur və bu ilin payızında Avropaya ilkin qaz çatdırılacaq. Avropaya çatdırılacaq qazın həcmi cari və gələn il üçün planlaşdırılan 16 mlrd. kub. metrdən 2023-də 23 mlrd. kub metr, 2026-da isə 31 mlrd. kub metrə qədər artacaqdır. "Dövlət Müdafiəsi haqqında" Qanuna düzəlişin baş tutacağı halda Avropanın enerji təhlükəsizliyinin təminatına ciddi problemlər yaranacaq və Qərbin enerji bazarı Rusiyadan daha da asılı vəziyyətə düşəcək".

Odur ki, ADR Hərəkatı Konqres üzvlərini erməni-rus yalanlarına uymamağa və bu düşəlişin bölgədə rusiyanın mövqeyini möhkəmləndirməyə xidmət edəcəyini nəzərə alaraq "Dövlət Müdafiəsi haqqında" Qanuna düzəlişə səs verməməyə çağırıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar