Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyadakı soydaşlarımız BMT və ATƏT-ə müraciət etdilər

İşğalçı Ermənistanın ölkəmizin dövlət sərhəddində törətdiyi son hərbi təxribatlara etiraz əlaməti olaraq Rusiyanın bir sıra regionlarında fəaliyyət göstərən diaspor təşkilatları BMT-nin mənzil-qərargahına və ATƏT-in Minsk Qrupuna müraciət ünvanlayıblar.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Rusiya Federasiyasının Sverdlovsk vilayətində fəaliyyət göstərən "Azərbaycan-Ural" milli-mədəni ictimai təşkilatının sədri Şahin Şıxlinski, Rusiya Azərbaycanlı Gənclər Birliyinin Yekaterinburq şəhər təşkilatının sədri Toğrul Həsənzadə, Murmansk vilayətindəki "Azərbaycan mədəni mərkəzi" ictimai təşkilatının sədri Afil Hüseynov və "Rusiya Azərbaycanlılarının Regionlararası Assosiasiyasının" Məşvərət Şurası rəsmi məktublarla BMT-nin mənzil qərargahına və ATƏT-in Minsk qrupuna müraciət ediblər.

Məktubda qeyd edilib ki, Ermənistanın son hərbi təxribatları regionda stabilliyin pozulmasına növbəti cəhddir.

Məktub müəllifləri Avropa Birliyinin daim tərəfləri atəşkəs rejiminə əməl etməyə, resursları koronavirus pandemiyası ilə mübarizəyə yönəltməyə, eləcə də münaqişənin sülh yolu ilə həllinə çağırışlar etdiyini, Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və ətraf rayonların azad olunması ilə bağlı BMT-nin 4 qətnamə qəbul etdiyini xatırladıblar.

Sonda həmvətənlərimiz beynəlxalq təşkilatları və dünya ictimaiyyətini Ermənistanın təcavüzkar siyasətini, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ona bitişik 7 rayonunun Ermənistan tərəfindən işğal olunması faktını pisləməyə, həmin ərazilərin azad olunması və qaçqınların əzəli torpaqlarına dönməsi barədə BMT qətnamələrinin dərhal yerinə yetirilməsini tələb etməyə çağırıb.

pia.az 


Etiket: Müraciət


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar