Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tovuzda hərbçilərimizin şəhid olmasından 7 gün keçdi- Cəbhədəki son vəziyyət

İyulun 12-dən başlayaraq Tovuz istiqamətində davam edən erməni təxribat nəticəsində 12 hərbçimizi şəhid vermişik.

Onlardan çavuş Vüqar Sadıqov, baş əsgər Elşad Məmmədov və əsgər Xəyyam Daşdəmirovun qəhrəmancasına şəhid olmasından 7 gün keçir.

"Yeni Müsavat" Media Qrupunun Tovuz rayonuna ezam olunan reportyorları xəbər verir ki, bu gün şəhidlərin yeddi mərasimi təşkil olunacaq. Mərasimlərdə dövlət rəsmilərinin iştirakı da gözlənilir.

Əməkdaşlarımız həmçinin məlumat verir ki, son sutka ərzində Tovuzun ermənilərlə sərhəd bölgəsində yerləşən kəndləri istiqamətində tam sakitlik olub.

Xatırladaq ki, iyulun 12-dən davam edən erməni təxribatı nəticəsində növbəti günlərdə Azərbaycan ordusunun digər hərbçiləri general-mayoru Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Elçin Mustafazadə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nazim İsmayılov da qəhrəmancasına şəhid olublar.

Ermənilərin fərdi yaşayış evlərini atəşə tutması nəticəsində isə Ağdam kənd sakini 76 yaşlı Əziz Əzizov da şəhid olub. (Musavat.com)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar