Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Moskvada Cənubi Qafqaz ssenarisi: 3 ölkənin qovşağında qoşun yerləşdirmək

Nəzakət Məmmədova: “Rusiyanın nəzarətində olan Ermənistan ordusu proseslərə özbaşına qərar verə bilməz”.

İyulun 12-də Azərbaycan-Ermənistan sərhədində başlayan qarşıdurma davam etməkdədir. Ordumuz düşmən təxribatının qarşısını alaraq, qarşı tərəfin mövqelərini bombalayıb. Döyüşlər nəticəsində hər iki tərəf itkilər verib.

Mövzu ətrafında AYNA-nın suallarını politoloq Nəzakət Məmmədova cavablandırıb.

- Nəzakət xanım, qarşıdurma niyə işğal altındakı Dağlıq Qarabağda, qoşunların təmas xəttində deyil, iki dövlətin sərhədində - Tovuz istiqamətində baş verdi?

- Münaqişədə olan iki MDB dövləti yenidən toqquşdu. Bunun üçün kazus belli nə oldu? Pandemiyadan dolayı davamlı və yorucu karantin, sosial-iqtisadi problemlər, daxildə siyasi böhran, çəkişmələr və s. Söhbətin qarşı tərəfdən getdiyi bəllidir. Bu baxımdan savaşı Ermənistanın başlatdığı daha məntiqli görünür, çünki perspektivsiz müharibə, hətta qısamüddətli də olsa, Azərbaycana lazım və sərfəli deyil, Ermənistana daha çox lazımdır.

- Nə üçün?

- Çünki Azərbaycan savaşa başlasa, bunu işğal olunmuş ərazilərdə etməlidir ki, ərazilərin kiçik bir qisminin, hətta, 2016-cı il aprel döyüşlərində olduğu kimi bir neçə təpənin azad olunması olsa belə, əldə etməklə növbəti qələbəsini təmin edə bilsin. Həm də, Qarabağ Azərbaycanın dünya birliyi tərəfindən tanınmış ərazisidir, orada həyata keçirilən əməliyyat Azərbaycanın beynəlxalq hüquqda təsbit olunmuş haqqıdır. Ermənistanın dövlət sərhədlərinə hücum edən Azərbaycan bir addım belə, sərhədi keçsə, dərhal Ermənistan və dünya erməniliyi-diaspor bütün dünyanı ayağa qaldırıb, Azərbaycanı Ermənistana təcavüzdə ittiham edəcək. Elə isə öz sərhədləri daxilindən o yana keçə bilməyəcək müharibə Azərbaycanın nəyinə lazımdır, Azərbaycan niyə hərbçilərinin - əsgər və zabitlərinin qanı bahasına perspektivsiz bir savaşın içərisinə girsin?! Ən əsası, bu addım dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Azərbaycana qarşı Ermənistanla eyni sırada müharibə riski və buna hüquqi-siyasi əsas yaradır. Azərbaycan KTMT-nin məsuliyyət zonasına müdaxilə etmiş olur ki, bu da Rusiya ilə qarşıdurmaya gətirib çıxara bilər.

Deməli, bütün arqumentlər savaşı Ermənistanın başlamasına şübhə yeri qoymur. Rusiyanın tam nəzarətində olan Ermənistan ordusu özbaşına buna qərar verə bilməz, şübhəsiz. Ara qarışıb, məzhəb itən kimi Ermənistan “üçüncü tərəfə” müraciət edib. Bunu İlham Əliyev də Təhlükəsizlik Şurasının təcili toplantısında vurğuladı. Güman edirik ki, məchul, məşum “üçüncü tərəf” KTMT-dir. Təşkilat rəhbərliyi Ermənistanın tələbi üzərinə təcili toplantı vəd etsə də, lakin bir neçə saat ərzində qərarını dəyişərək, onu qeyri-müəyyən müddətə təxirə saldı. Hər halda, bu, KTMT-nin rəhbəri, Azərbaycanda hərbi təhsil almış Stanislav Zasın nostaljik Azərbaycan təəssübkeşliyindən doğan mövqe deyildi.

- Bəs, Azərbaycan-Ermənistan dövlət sərhədindəki qarşıdurmanın səbəbi nədir?

- Mümkün versiyalarla düşünsək, biz RusiyaErmənistana Azərbaycan torpaqlarının işğalına şərait yaratmaqda ittiham etdiyimiz kimi, Ermənistan da RusiyaAzərbaycana silah satmaqda və s. məsələlərdə ittiham edir. KTMT-nin Azərbaycanla sərhəddəki qanlı toqquşmaya görə, Ermənistanın çağırışı ilə təcili toplantı keçirməməsi bu narazılığa daha bir çalar əlavə etdi. Ermənistanda Moskvanın onların təbii hüquqlarına hörmət göstərilməsinin vacibliyi daha cəsarətlə vurğulanmağa başlayıb. Təbii ki, Paşinyan tərəfdarları tərəfindən. Paşinyanın bu yaxınlarda səsləndirdiyi bir fikir diqqəti cəlb edir: “Biz ermənilərin patriarxı Hayka, dövlətçiliyimiz isə çar Artaşesə gedib-çıxır, hansı ki, hələ çox qədimlərdə erməni mədəniyyəti, sivilizasiyası yaradıb, Pyotr isə sadəcə, Avropadan ruslar üçün mədəniyyət idxal edib”. Bununla Paşinyan demək istəyib ki, ermənilər ruslardan dövlətçilik və mədəniyyət baxımdan daha qədim xalqdır, Rusiyanın bizə böyüklük etməyə haqqı yoxdur. Paşinyan tərəfdarları iddia edirlər ki, həbs olunmuş oliqarx Tsarukyan, onun biznes şərikləri, keçmiş prezidentlər Köçəryan, Sarkisyan kimilər Rusiyanın Ermənistandakı “5-ci kolon”udur. Onlar RusiyaErmənistana müdaxilə etməyə çağırırlar, ancaq onlar unudurlar ki, Rusiya “5-ci kolon”u axıradək himayə etmir. Buna misal, 1920-ci ildə Ermənistanı işğal edən Rusiya, 1937-ci ildə satqın bolşevik erməniləri güllələdi, yalnız Mikoyan xilas ola bildi.

Hazırda Ermənistanda “5-ci kolon”un, xüsusilə də, onun maliyyə qanadı olan oliqarxokratiyanın demontajı gedir. Köçəryan 4 milyon dollar girov qarşılığında azadlığa buraxılıb və nə qədər fürsət var ikən, bundan istifadə edib onu həbsə atdıran Paşinyanın üzərinə KTMT ordusunun gəlməsini istəyir. Bu, Qarabağ klanının əsas planıdır. Qarabağ klanının nəzarəti altında olan Ermənistan ordusunun Azərbaycanla təxribat yaratması buna hesablanıb. Klanın məqsədi Rusiyadan uzaqlaşmaq istəyən Paşinyanın planlarını pozmaq üçün KTMT-ni Ermənistan-Azərbaycan sərhədlərinə gətirib vəziyyəti gərginləşdirmək. Görünür, məhz buna görə Paşinyan vurğulayıb ki, Ermənistanın beynəlxalq qalmaqallara qarışmasına imkan verməyəcək. Ehtimala görə, o, Rusiyanı nəzərdə tutur.

- Bu münaqişədə KTMT-nin obyektiv mövqeyi varmı?

- Həbsə girmiş Tsarukyan, təzəcə girov qarşılığında həbsdən azad olunmuş Köçəryan və bütün Rusiyanın Ermənistandakı “5-ci kolon”u, pandemiya başa çatan kimi ölkədə sosial islahata başlamaq istəyən Paşinyana bu fürsəti verməmək üçün KTMT adı altında rus qoşunlarının Ermənistanla Azərbaycanın sərhədinə toplaşmasına rəvac vermək istəyir. Paşinyanın hazırda reytinqi koronavirus səbəbindən ən aşağıdır, belə bir şəraitdə əhalinin dəstəyinin az olması ona rus qoşunlarının gəlməsinə müqavimət göstərmək imkanı verməyəcək. Qırğızıstanda Prezidentin, əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunması Köçəryana və Sarkisyana bu aqibətlə üzləşmək qorxusu yaşadır və onlar öz azadlıqlarını KTMT qoşunlarının gəlməsində görürlər. Bu, Paşinyana ikitərəfli pressinq yaşadacaq - bir tərəfdən Türkiyə ilə sərhəddə yerləşmiş Gümrüdəki 102-ci baza, digər tərəfdən Azərbaycanla sərhəddəki KTMT qoşunları Ermənistanı buterbrod kimi sıxacaq və Paşinyan daha çox təzyiqi öz üzərində hiss edərək, siyasi rəqiblərinə amansız olmaqdan çəkinəcək.

Ermənistan prezidentləri məhkəmə qarşısında dayanıblar və Paşinyanla keçmiş prezidentlərin savaşı xarici siyasəti, ordunu, bütün sahələri ağuşuna alıb. Ya Rusiyanın köməyi ilə Qarabağ klanı hakimiyyəti qaytaracaq, ya da Paşinyan sona qədər gedib “5-ci kolon”u məhv edəcək. Bu savaşda bütün makiavellist üsul və vasitələr işə salınıb, ölüm-dirim savaşı gedir. Paşinyan bununla bağlı deyib ki, “Ermənistanın həmişə dövlət, sivilizasiya kimi qalması üçün oliqarxiyanı qurban vermək lazımdır”. Bu, hakimiyyətə iddialı Qarabağ klanının maliyyə qaynaqlarının tükədilməsinə imkan verəcək və çevriliş üçün maliyyəni onların əlindən almış olacaq. Tsarukyanın həbsi bunu sübut edir. Köçəryanın biznesinin şəriki olan Tsarukyan həbs olunursa, məqsəd azadlığa çıxmış Köçəryanı maliyyədən məhrum etməkdir. Tsarukyan və Köçəryan ikisi azadlıqda Paşinyan üçün təhlükəlidir, biri azadlıqda olanda biri mütləq həbsdə olmalıdır. Buna görə də, Qarabağ klanı Putini, Rusiyanı bu məsələlərə qatıb Ermənistandakı daxili çəkişmələrlə yanaşı, Azərbaycanla münaqişəyə də rus qoşunlarının cəlb olunmasını istəyir.

- Rusiya bunu istəyirmi?

- Əlbəttə ki, istəyir, amma tərəddüd edir. Ola bilsin ki, AzərbaycanErmənistan qarşısında şərtlər qoysun. Azərbaycan üçün şərt Avrasiya İqtisadi Birliyinə üzv olmaq, yaxud KTMT qoşunlarının sülhyaratma adı altında Qarabağda və ya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının Ermənistanla Azərbaycanın dövlət sərhəddində yerləşməsinə razılığın alınması ola bilər. MDB-də iki dövlətin - Ermənistan və Tacikistanın sərhədlərini Rusiya xüsusi xidmət orqanlarının sərhəd qoşunları qoruyur və Rusiya bunu ilk növbədə MDB-nin cənub sərhədlərinin təhlükəsizliyi ilə əlaqələndirir. Tacikistanla sərhəddə əsas olaraq terrorçuların Mərkəzi Asiyadan MDB-yə sızmasının qarşısının alınmasıdırsa, Gümrüdəki rus qoşunları NATO üzvü Türkiyə ilə sərhəd mühafizəsinə görə məsuliyyət daşıyır. KTMT qoşunları və ya Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları - fərqi yoxdur, hər ikisi rus qoşunları sayılır. Onları AzərbaycanErmənistan sərhədində yerləşdirməklə Rusiya üç Cənubi Qafqaz ölkəsinə eyni zamanda nəzarət imkanı qazanır, o cümlədən NATO ilə yaxınlaşma yolu tutan Gürcüstan. Hər il orada NATO hərbi təlimləri keçirilir, Gürcüstanın Alyansa üzvlük məsələsi açıq qalır.

ABŞ-da Rusiyanın maraqlarını nəzərə alan Tramp yox, başqa bir şəxs seçilsə, Gürcüstanın NATO-ya üzvlük yolu açıla bilər. Bunun qarşısını almaq üçün Azərbaycan-Ermənistan sərhədində, Gürcüstan sərhədinin yaxınlığında, yəni üç Cənubi Qafqaz ölkəsinin qovuşağında rus qoşunlarının olmasını Rusiya vacib saya bilər. Azərbaycanın son bir ildə Gürcüstanla sərhəddə - Keşikçidağda baş verən təxribatlar, Rusiya ilə sərhəddə - Dağıstanda bir ay öncə baş verən insident, Ermənistanla sərhədində baş verən “yay müharibəsi” (hələ İranı nəzərə almasaq) ölkəmizə qarşı böyük təhlükənin olmasından xəbər verir. Bunları hər halda ABŞ, Avropa etmir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar