Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nərgiz Paşayevanın qızı erməni təxribatından yazdı: “Bunu dayandırın”

Professor Nərgiz Paşayevanın qızı, "Nargis” nəşriyyat evinin rəhbəri Ülviyyə Mahmudova "Instagram” hesabının "Hekayə" bölümündə son günlər Ermənistan silahlı bölmələrinin Azərbaycan Ordusunun Tovuz rayonu istiqamətində təxribat cəhdinin qarşısını alarkən şəhid olmuş hərbçilərimizin fotolarını paylaşaraq, ermənilərin təcavüzünə və yalanlarına son qoymağa çağırış edib.

Mahmudovanın vətənpərvərlik ruhunda paylaşımları arasında erməni fotomodel, realiti şou ulduzu Kim Kardaşyan daxil olmaqla, yalan yayan ermənilərin səhifələrinə şikayət etməyin yolunu göstərən videolar da yer alır.

Xatırladaq ki, Essyen özünün "Instagram” səhifəsində dəfələrlə Azərbaycanın bayrağını və ölkənin güclü olduğunu ifadə edən emojilər paylaşaraq Azərbaycan dilində "Şəhidlər ölməz, vətən bölünməz” sözlərini yazıb.

Qeyd edək ki, son günlər sosial şəbəkələrdə Azərbaycan vətəndaşı olan hər kəs, erməni fotomodel, realiti şou ulduzu Kim Kardaşyanın sosial media hesabını şikayət etməyə çağırır. Buna səbəb isə Kardaşyanın "Instagram" hesabında paylaşdığı post olub. Belə ki, o yalan iddialarla izləyicilərini çaşdırmağa çalışıb:

"Qlobal pandemiya dövründə olduğumuza baxmayaraq, Azərbaycan Ermənistan Respublikasına qarşı səssiz hücumlarıyla BMT-nin atəşkəs çağırışını pozub. Ermənistandakı mülki strukturlar hədəfə alınıb və Azərbaycan Ermənistandakı nüvə stansiyalarını bombalamaqla təhdid edir. Bu zaman ABŞ-ın Azərbaycanı Emənistan və Artsaxa qarşı istifadə olunacaq hərbi yardımla təmin etməyəcəyinə əmin olmaq üçün gələn həftə Milli Müdafiə İcazəsi Aktına konqres dəyişiklikləri edilməsinə səs veriləcək. Beynəlxalq ictimaiyyət lazımsız eskalasiyanın və insan itkisinin qarşısını almaq üçün bu cür siyasi və diplomatik tədbirlərlə məsələyə diqqət yetirməli və müdaxilə etməlidir. Mən erməni həmvətənlərimin yanındayam və ölkə sərhədindəki cari gərginliyə cəlb olunanlar üçün dua edirəm. Onsuz da çox çətin pandemiya dövründə bu səssiz hücuma qarşı sülh qətnaməsinə çağırıram".

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar