Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Polad Bülbüloğlu: “Ermənistan Rusiyanı və KTMT-ni münaqişəyə cəlb etmək istəyir”

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrini Azərbaycanla münaqişəyə cəlb etməyə cəhd göstərir.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə nu RBK-ya müsahibəsində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib.

“Bu təxribat KTMT ölkələrini, ilk növbədə də blokun əsas üzvü olan RusiyaAzərbaycanla münaqişəyə cəlb etməyə istiqamətlənib. Belə ki, bu təxribat Dağlıq Qarabağla təmas xəttində deyil, Ermənistan-Azərbaycan sərhədində törədilib", - deyə Azərbaycan səfiri vurğulayıb.

Diplomatın sözlərinə görə, münaqişə zamanı tərəflərdən heç biri yeni yüksəklik və ərazilər tutmayıb: "Azərbaycan münaqişənin gərginləşməsində maraqlı deyil. Biz sülh yolu ilə həldə maraqlıyıq, lakin bunun üçün işğalçı qoşunları bölgədən çıxarmaq lazımdır. O zaman Dağlıq Qarabağın statusu ilə bağlı danışıqlar başlayacaq. Yalnız onda hansısa kompromislərdən danışmaq olar. Bu gün hansı kompromisdən söhbət gedə bilər? Nə, biz öz torpaqlarımızı verməliyik? Bütün dünya ölkələri Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Dağlıq Qarabağı isə heç kəs tanımır".

P. Bülbüloğlu BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının işğal altındakı ərazilərdən çıxarılması haqqında dörd qətnaməsinin mövcudluğunu xatırladıb: "Xalqımız Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqların yerində saymasından yorulub. Ona görə də iyulun 15-də Bakıda "Karantini bitir, müharibəni başla" şüarı ilə aksiya keçirildi. ATƏT-in Minsk Qrupunun üç həmsədri gəlir, gedir. Lakin münaqişənin həlli yerindən tərpənmir. Cəmiyyətdə Minsk Qrupunun işindən çox böyük narazılıqlar var. “Dərhal müharibəyə başla” şüarı səslənib. İnsanlarda ərazilərinin işğal olunmasına görə utanc hissi var. Onlar nə etməlidirlər? Sona qədər getməyi tələb edirlər. Bu, cəmiyyətdəki əhval-ruhiyyənin vacib göstəricisidir. Bu onu göstərir ki, Azərbaycan xalqı heç vaxt öz ərazilərinin itirilməsi ilə barışmayacaq. Əminik ki, regionun ən böyük, nüfuzlu ölkəsi, BMT TŞ-nin və Minsk Qrupunun üzvü bu münaqişənin həllində tarixi missiyanı öz üzərinə götürə bilər. Burada bizimdir, sizindir alınmayacaq. Burada birmənalı olaraq öz mövqeyini bildirmək lazımdır. Xəritədə kimin kimin torpağını işğal etdiyi gözəl görünür".

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ən çox oxunanalar