Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlı milyarderlərlər Ermənistan məhsulları üçün bazarları bağladılar - Video

Moskvanın böyük bazarlarında, o cümlədən "Food City"də, Ermənistandan gətirilən kənd təsərrüfatı məhsullarına boykot elan olunub. Qeyd edək ki, bu bazarlar Azərbaycandan olan milyarderlər İlham Rəhimov və God Nisanova məxsusdur.

PİA.az virtualaz.org-a istinadən bildirir ki, azərbaycanlı sahibkarlar Ermənistanla əlaqəli tərəvəz və meyvələrlə bağlı hər hansı bir əməliyyata qeyri-rəsmi qadağa tətbiq ediblər. Erməni mallarının boykot edilməsini Özbəkistan, Tacikistan və digər ölkələrdən olan bazar iştirakçıları da dəstəkləyiblər.

Nəticədə, Azərbaycanın işğal olunmuş ərazilərində yetişdirilən tonllarla ərik və albalı iri yük maşınlarında çürüməkdə davam edir.

Rusiyada erməni mallarının boykot edilməsi ilə əlaqədar həyəcan Ermənistanda da səslənib. Yerevanda nəşr olunan "Qraparak" qəzeti yazır ki, dünən Moskvada erməni kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olan ermənilər nəşrin redaksiyasına müraciət edərək, azərbaycanlıların nəzarətində olan Moskva bazarlarında erməni kənd təsərrüfatı məhsullarını qəbul etməkdən imtina etdiklərini bildiriblər. İndiki halda söhbət pomidor satışından gedir.

"Dünən isə sosial şəbəkədə bir azərbaycanlının erməni əriyini tapdaladığına dair video yayılıb. Səfirliyimiz, dövlət qurumlarımızın rəsmi nümayəndələri bu faktlarla ciddi məşğul olmalı və vəziyyətin gərginləşməsinin qarşısını almalıdırlar", - erməni nəşri yazıb.

piaaz

 


Etiket: Məhsul


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ən çox oxunanalar