Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bu qara səhifə qapandı” - Tofiq Zülfüqarov 

“Yeni Xarici işlər naziri Ceyhun Bayramovu təbrik edirəm, uğurlar arzulayıram. Yaxşı oldu ki, Azərbaycanının xarici siyasət sahəsində bu "qara səhifə" qapandı. Keçmiş nazirin dövründə baş verən çatışmazlıqlara, bəzi hallarda cinayətlərin davam etməsinə son qoyuldu”.

Bu sözləri “Azpolitika.info”-ya açıqlamasında keçmiş Xarici işlər naziri Tofiq Zülfüqarov Ceyhun Bayramovun yeni Xarici işlər naziri təyin olunmasına münasibət bildirərkən deyib.

“Yeni nazirin üzərində böyük məsuliyyət, vəzifələr düşür. Ümid edirəm ki, Azərbaycan XİN sistemində ciddi islahatlar aparılacaq. Problemlər həllini tapacaq”-deyə keçmiş nazir fikirlərinə əlavə edib.

Prezidentin kadr seçiminə gəlincə, Tofiq Zülfüqarov yeni nazirin çox təcrübəli menecer olduğunu düşünür: “Bu dəbdə olan sözdür, yəni kadrlarla işləmək bacarığı var”.

O, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlardan nazirin bixəbər olması haqda narahatlıqlarla bağlı deyib: “Bildiyim qədər bu cür məsələlər əvvəlcə geniş müzakirə olunur, sonra qərar qəbul edilir. Bu baxımdan cənab prezident bu məsələnin incəliklərini bilən insandır. Burda çox böyük problem görmürəm. Yaxın dövrdə təzə nazir biliklər və təcrübə qazana bilər”.

Keçmiş nazir bu peşəyə dair müəyyən stereotiplər formalaşdığını, onların həqiqətdən uzaq olduğunu da qeyd edir. O hər peşədə ağıl, iradə, vətənpərvərlik, biliklər tələb olunduğunu deyir, diplomatik işin incəliklərini, xüsusən də protokol qaydalarını bir-iki aya öyrənməyin mümkünlüyünü vurğulayıb.

Bəzi diplomatların xarici xüsusi xidmət orqanlarının təsiri altına düşməsi ilə bağlı Prezidentin dedikləri fikirlərə münasibət bildirən T. Zülfüqarov belə halları istisna etmədiyini bildirib: “Məndə konkret faktlar yoxdur, amma bəzi tendensiyaları, kənar təsirləri, fərqli konsepsiyaları biz də müşahidə edirdik. Yəqin ki, belə əməllərlə məşğul olan şəxslər müəyyən edilərək ifşa olunub cəzalandırılacaqlar”.

“Özünüzü yenidən diplomatik xidmətdə görürsünüzmü” sualına cavabında keçmiş nazir buna hazır olduğunu söylədi: “Mənim təqaüd yaşıma hələ var. Əgər uyğun görülərsə, yenidən bu sahədə dövlətə, Vətənə xidmət etməyə hazıram”.

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar