Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Orduya dəstək aksiyasına təxribat qatan “gizli əl” - ekspert danışdı

İlham İsmayıl: “Hiss olunurdu ki, xalq arasında tanınmayan, heç bir ictimai statusu olmayan adamlar var ki...”

İyulun 14-ü axşam saatlarında paytaxtda Azərbaycan Ordusuna dəstək xarakterli yürüşə təəssüf ki, təxribat elementləri də qatıldı. Polis maşınları aşırıldı, parlament binasında dağıntılara yol verildi.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda bu haqda danışıb. “Bu, xalq-iqtidar birliyini göstərən daha bir mənzərə idi. Ancaq əfsuslar olsun ki, bu insanlar Şəhidlər Xiyabanına gələndən sonra oraya, görünür, bu məsələ ilə bağlı haradansa xəbər tutmuş bəzi təxribatçı qruplar da daxil olub. İndi onların şəxsiyyəti araşdırılır. Bu təxribatçı qruplar orada xuliqanlıq törətdilər, ictimai asayişi pozmağa cəhd etdilər və polisə müqavimət göstərdilər. Mən daxili işlər orqanlarına göstəriş vermişdim ki, insanların Şəhidlər Xiyabanına gəlişini, onların təhlükəsizliyini təmin etsin, yol hərəkətini tənzimləsin. Eyni zamanda, dedim ki, siz ayıq olun, çünki istisna edilmir, hansısa təxribatçı qüvvələr və bizi istəməyənlər, ”beşinci kolon"un nümayəndələri, satqınlar orada hansısa təxribat törədə bilərlər. Çünki belə kütləvi tədbirlərdə, o cümlədən əvvəlcədən təşkil olunmamış kütləvi tədbirlərdə bəzən xoşagəlməz hallar da baş verir. Ona görə Şəhidlər Xiyabanına qədər bütün yol boyunca polis əməkdaşları öz vəzifə borclarını ləyaqətlə icra ediblər. Şəhidlər Xiyabanında da insanlar yığışanda asayiş tam təmin edilirdi. Ancaq bir daha demək istəyirəm ki, bir qrup təxribatçı bu gözəl və nəcib addıma kölgə salmağa, qanunsuz əməllər törətməyə çalışdı. Təbii ki, daxili işlər orqanları tərəfindən onların bu əməllərinə qısa müddət ərzində son qoyuldu. Artıq onların şəxsiyyəti müəyyənləşdirilir. Onların hamısı məsuliyyətə cəlb ediləcək, bir nəfər də məsuliyyətdən boyun qaçıra bilməyəcək “.

Daxili İşlər Nazirliyi (DİN) Milli Məclisin inzibati binasının qarşısında baş verənlərlə bağlı 7 nəfərin saxlandığını bildirib. Qurumun yaydığı məlumatda deyilir ki, “saxlanan şəxslərə qarşı Cinayət Məcəlləsinin ”kütləvi iğtişaş" və “hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə” maddələri ilə cinayət işi başlanıb, istintaq gedir".

Bu təxribatla bağlı bir çox suallar meydana çıxıb. Qarabağın azadlığı, ordumuza dəstək mitinqinə təxribat elementləri qatan “gizli əl” haradan idarə olunur? Bu təxribatları törədən kimlərdir? Möhtəşəmliyi ilə seçilən tədbir niyə xoşagəlməz nəticə ilə başa çatdı?

Təhlükəsizlik məsələləri üzrə ekspert, yürüş-mitinqdə iştirak etmiş İlham İsmayıl “Yeni Müsavat”a deyib ki, baş verə biləcək təxribatların qarşsının alınması üçün addımlar atıb: “Orada bir qrup insanın daha çox mütəşəkkil olduğunu gördüm və təxribat gözlənilə bilər düşündüm. Yaxınlıqdakı polis maşınına yaxınlaşdım, şərait yaradıldı. Xalqa həmrəyliyə görə təşəkkür etdim. Şəhidlər xiyabanına necə sakit gəlmişiksə, elə də oranı tərk etməmizin lazım olduğunu dedim. Amma hiss edirdim ki, orada təxribat olacaq. Görürdüm ki, Azərbaycan Televiziyası istiqamətinə getmək üçün cəhdlər vardı. Xüsusilə motosikletçilər yolu bağlayırdılar ki, başqa tərəfə getmək olmasın, hərəkət məhz o tərəfə yön alsın. Orada polislərə də dedim ki, elə edin kimsə dövlət televiziyasına tərəf getməsin. Eyni zamanda oradan Milli Məclisə də sağ tərəfdən yol var. Ona görə də orada olanlara dedim ki, bayrağı götürün, hotelə tərəf, üzü aşağı gedin”.

İlham İsmayıl deyir ki, çıxışına görə ona qarşı addımlar olacağı haqda məlumatlandırılıb: “Mənə yaxınlaşan bir şəxs dedi ki, sizin təxribatçı olduğunuzu düşünürlər. Sizə qarşı nəsə ola bilər. Mənimlə bərəbər ”Reaksiya TV"nin baş redaktoru Zaur Qəriboğlunu geri çəkdilər, dedilər ki, sizə qarşı təxribat ola bilər. Hiss olunurdu ki, xalq arasında tanınmayan, heç bir ictimai statusu olmayan adamlar var ki, onların ardınca getmək istəyən insanlar var".

İlham İsmayıl deyir ki, baş verənlərdən sonra evə qayıdıb və sonradan baş vermiş təxribat xarakterli hərəkətlər haqda məlumatlar alıb: “Videolara baxdım, orada Milli Məclisin binasına girmək üçün hər hansı bir lüzum yoxdur. Sanki bu adamlara şərait yaradılıb ki, Milli Məclisə girsinlər. Belə təsir bağışlayır o adamların hərəkətləri”.

İlham İsmayıl hesab edir ki, yürüşə qatılan dindarlar arasında xarici ölkədən idarə olunanların olması istisna deyil: “Yürüşə qatılan insanların 80 faizi səmimi qəlbdən ora gəlmişdi. Yerdə qalan hissə daha çox dini şüarlar səsləndirirdi. Adı ”Allahu Əkbər" deyil, konkret məzhəb şüarları səsləndirirdilər. Çox təəssüf ki, onlar bu hərəkətləri ilə istədiklərinə qismən də olsa nail ola bildilər".

İlham İsmayıl deyir ki, həmin yürüş Azərbyacan xalqının işğalla razılaşmadığını, ordu ilə həmrəy olmasını təsdiqləyib: “Təxribata baxmayaraq həmin yürüş Azərbaycan xalqının iradəsinin ifadəsi idi. Azərbaycan xalqı həmrəy olduğunu ortaya qoydu”.

Milli Məclisin üzvü Fazil Mustafa baş verənlərlə bağlı qeydlərini yazıb. “Bu Vətəni sevən, onun şəhidi üçün göz yaşı tökən, ordumuzun zəfəri üçün dua edən, dövlətimizin ayaqda qalmasını istəyən insanlar, vətəndaşlar! Bu gecə baş verənlər, 1992-ci ilin Xocalı hadisələrindən sonrakı ssenariyə bənzəyən bir durum idi. İnsanların Vətənə, onun şəhidinə sevgi hisslərini dövlətə qarşı yönəldə bildilər. Bu, sıradan bir təxribat deyildi, xüsusi hazırlanmış qüvvələrin dövlətimiz əleyhinə planlı addımı idi. Bir azdan soyuqqanlı düşünəndə çoxunuz deyəcəksiniz ki, mən niyə bu addımlara alət oldum”, - deyə, deputat qeyd edib.

Fazil Mustafa 28 il geriyə baxanda o nəslin insanlarından biri kimi bunu dediyini vurğulayıb: “Xocalı emosiyasının ardından hakimiyyət boşluğunun yaranması nəticəsində ŞuşaLaçın getdi. İndi də erməninin təxribatı ilə paralel düşmən qarşısında sinəsini sipər edən əsgərlərimizə dəstək verməli olduğumuz halda, düşünülmüş şəkildə prosesləri Bakıya yönəldə bildilər. Şəhid üçün ehtiram, sevgi yürüşünü ali qanunvericilik orqanına daxil olub dağıntıya məruz qoymaqla tamamladılar. Bu o deməkdir ki, istənilən mobil provokator qüvvə səmimi niyyətli insanların hərəkətlərinə kölgə sala bilər.

Bu qüvvə inanın ki, ölkəmizin xaricindən idarə olunur. Gec deyil, bütün dövlətini sevən insanlar bu dövlətin zərər görməməsi üçün sağlam mövqe nümayiş etdirməlidir. Öz dövlətinin müstəqilliyinə həssas insanlar laqeydlik göstərsələr, müşahidəçi rolunda prosesləri izləməyə davam etsələr biz bu dəfə Azərbaycanı itirəcəyik".

Fazil Mustafa qeyd edib ki, baş verən hadisələr həm də onu göstərdi ki, ölkədə çox ciddi istisadi və sosialyönümlü islahatlar aparılmalıdır, insanların məşğulluq problemi formal statistikadan uzaqlaşaraq real zəmində həll edilməlidir: “Yerində olmayan, səriştəsiz məmurlar təcili dəyişdirilməli, xalq üçün çalışmaq niyyəti olanlar iş başına gətirilməlidir. Yəni bu nöqtədən sonra küçələrdə heç bir məsələnin çözülməsinə dövlət və xalq olaraq imkan verməməliyik, pası vətəndaşların dəstəyinə dayanan islahatlara ötürməliyik”.

pia.az 


Etiket: Ordu


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar