Çərşənbə axşamı, 11 Avqust 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Prezidentin prinsipial və qəti mövqeyi qürurvericidir - Aprel qazisi

Məlum olduğu kimi, 1990-cı illərin əvvəllərindən başlayaraq hərbi aqressiya siyasətini yürüdən Ermənistan özünün iştirakçısı olduğu beynəlxalq hüquq sənədlərinə etinasız münasibət nümayiş etdirmiş, Azərbaycan Respublikasına və dinc əhaliyə qarşı təcavüz aktı törədərək Dağlıq Qarabağı və yeddi ətraf rayonu işğal edib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin həyata keçirdiyi siyasət nəticəsində Ermənistan beynəlxalq müstəvidə işğal faktına görə sıxışdırılır.1994-cü ildə iki ölkə arasında atəşkəs elan olunmasına baxmayaraq Ermənistan tərəfindən mətəmadi olaraq Azərbaycana qarşı təxribatlar edilir. Bu illər ərzində Ermənistan dəfələrlə atəşkəsi pozaraq hərbiçilərimizə və mülki əhaliyə atəş açıb və soydaşlarımızı qətlə yetiriblər.
Artıq bütün dünya bilir ki, Dağlıq Qarabağ əzəli tarixi Azərbaycan torpağıdır və bunu təsdiqləyən kifayət qədər beynəlxalq sənədlər və açıqlamalar var. O cümlədən, bu yaxınlarda qondarma “Dağlıq Qarabağ respublikası”nda keçirilmiş qondarma “seçkilər” nəinki heç bir ölkə tərəfindən tanınmadı, hətta bütün aparıcı beynəlxalq təşkilatlar, qonşu ölkələr və bu məsələ ilə məşğul olan ölkələr bu seçkiləri pislədilər. Beləliklə, bir daha ölkəmizin ərazi bütövlüyünə dəstək ifadə olundu, bir daha açıq göstərildi ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir.

Son olaraq 12 iyul 2020-ci ildən başlayaraq Ermənistan hərbi qüvvələri dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycanın Silahlı Qüvvələrinin mövqelərinə qəfildən və xaincəsinə hücum edərək növbəti hərbi təxribat törədib. Hansı ki, hazırda bütün ölkələr Covid 19 pandemiyasına qarşı birlikdə mübarizə aparır. Bu, Ermənistanın Azərbaycana təcavüzünün və 1994-cü ildə razılaşdırılmış atəşkəsin yenidən pozulmasının əyani sübutudur. Şəhidlərin sayı 4 nəfər yüksək səviyyəli hərbi qulluqçu da daxil olmaqla 10-dan çoxdur. İnsan itkiləri ilə təxribatın iki ölkə arasındakı dövlət sərhədində, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və digər işğal olunmuş ərazilər ilə əlaqəsi olmayan Tovuz rayonunda baş verməsinə xüsusi diqqət yetirilməlidir.
Bunula bağlı olaraq iyulun 13-də Prezident cənab İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. Prezident iclasda deyib ki, bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır: "Çünki məhz Ermənistan rəhbərliyinin ikiüzlü və riyakar fəaliyyətinə görə belə hadisələr baş verir. Bir tərəfdən, beynəlxalq ictimaiyyətə müraciət edir və Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində atəşkəs rejiminin möhkəmləndirilməsi üçün kömək xahiş edir. Digər tərəfdən, hərbi təxribatlar törədərək Azərbaycan ərazisinə basqın etmək istəyir, mövqelərimizi zəbt etmək istəyir, mülki əhalini, kəndlərimizi atəşə tutur. Bu çirkin və məkrli siyasət Ermənistanı uçuruma aparacaq. Bütün məsuliyyət Ermənistanın rəhbərliyi üzərinə düşür. Azərbaycan öz ərazi bütövlüyünü bundan sonra da qoruyacaq, öz sərhədlərimizi qoruyacaq".

Dağlıq Qarabağ məsələsi Azərbaycan dövləti üçün prioritetdir. Prezident İlham Əliyev həm beynəlxalq müstəvidə, həm də ölkə daxilində keçirilən tədbirlərdə hər zaman bu münaqişəni qabardır, Ermənistanın işğalçılıq siyasəti haqqında qətiyyətli çıxışlar edir.

Prezident iyulun 15-də keçirilən Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasdakı çıxışında bir daha Azərbaycanın prinsipial mövqeyini ifadə edib: "... bizim hərbi postumuz artilleriya atəşi ilə vurulub və bu qəfil çirkin addım nəticəsində hərbçilərimiz həlak olublar. Dərhal mən bütün müvafiq göstərişlər verdim. Azərbaycan Silahlı Qüvvələrinə göstəriş verdim ki, hərbçilərimizin intiqamı alınmalıdır, onların qanı yerdə qalmamalıdır və düşmənə elə bir zərbə endirilməlidir ki, onu uzun illər bundan sonra yaddan çıxarmasın. Eyni zamanda, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, aidiyyəti qurumlara göstəriş verilib ki, bütün beynəlxalq təşkilatlar Ermənistanın bu diversiyası ilə əlaqədar məlumatlandırılsın, bu hadisə haqqında dolğun məlumat verilsin. Mən dərhal Təhlükəsizlik Şurasının toplantısını çağırdım və orada qeyd etdim ki, operativ vəziyyət imkan verən kimi, biz Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin nümayəndəliklərində işləyən hərbi attaşeləri, jurnalistləri, əgər belə istək olarsa, səfirliklərin digər nümayəndələrini həmin bölgəyə dəvət edəcəyik, onları bu vəziyyətlə tanış edəcəyik və onlar yerində görəcəklər ki, bu təxribatı törədən kimdir və bu təxribat nəticəsində həlak olanlar hansı ordunun əsgərləridir.”Bir daha demək istəyirəm ki, görülmüş operativ tədbirlər nəticəsində Ermənistan ordusu layiqli cavabını aldı. Mən Təhlükəsizlik Şurasının toplantısında artıq demişdim ki, Azərbaycan əsgər və zabitlərinin qanı yerdə qalmamalıdır. Onlara sarsıdıcı zərbələr endirildi və bu zərbələr əminəm ki, onlara yaxşı dərs oldu".

Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində 1 milyondan çox azərbaycanlı öz yurd-yuvalarından qovularaq qaçqın və məcburi köçkün olub. BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Eyni tələblər digər beynəlxalq təşkilatların müvafiq sənədlərində, o cümlədən Avropa Şurası Parlament Assambleyasının və Avropa Parlamentinin qəbul etdiyi qətnaməsində də əksini tapıb.Lakin bu qətnamələr hələ də yerinə yetirilməyib.
Məlum olduğu kimi ki, BMT-nin Baş katibi bu yaxınlarda COVİD-19 pandemiyası ilə əlaqədar olaraq qlobal atəşkəs təşəbbüsü ilə çıxış edib. Qəfil hücum və təxribatları ilə Ermənistan bu təşəbbüsə sözdə göstərdiyi dəstəyin adi riyakarlıqdan başqa bir şey olmadığını nümayiş etdirir.

Azərbaycan hər zaman münaqişənin də sülh yolu ilə həllinin tərəfdarıdır.

Röyal Əşrəfov,
Aprel döyüşlərinin iştirakçısı

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Azərsu” rəhbərinin oğlunun hektarlarla badam bağları üzə çıxdı – Foto

Səfirlərin “qara siyahısı” - Kimlər geri çağrılacaq?..

Konstitusiya Məhkəməsi əmanətlərlə bağlı qərar verdi

“Uşaqpulu verilməlidir” – Deputatdan Mirşahinə cavab

Mədəniyyət nazirinin müşaviri və 2 şöbə müdiri işdən çıxarılıb

"Deputatların bəziləri bu millətin qürurunu qırdı" - Rəşid Mahmudov

Azərbaycan Sənaye Korporasiyası ASC-də “papağı günə verənlər“

Lukaşenko səsvermədən sonrakı etirazlara münasibət bildirdi

“Millətə dilənçi kökündə əmək haqqı verilməməlidir, 250 manat maaşmı olar?”

loading...

Ən çox oxunanalar