Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan Gəncliyi Prezidentimizin əmrinə hər an hazırdır!”

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda çıxışı diqqətlə dinlədim. Prezidentimizin son günlər ərzində Ermənistan Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində baş vermiş hadisələr haqqında ictimaiyyətə verdiyi məlumatlar məni bir gənc olaraq çox düşündürdü.

Prezidentimizin qeyd etdiyi kimi iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutmaları hamımızı hiddətləndirdi. Bu hadisə bir daha Ermənistanın atəşkəsə əməl etmədiyini, onun təcavüzkar olduğunu göstərdi. Azərbaycanın Silahlı Qüvvələri sayəsində düşmən hücumlarının qarşısı məharətlə alındı. “Ancaq buna baxmayaraq onlar tərəfindən yenidən çirkin addımlar atılmışdır. Növbəti dəfə hərbi təxribat törədilmişdir. Və bu təxribat nəticəsində yenə də bir neçə hərbçimiz, o cümlədən general Polad Həşimov, polkovnik İlqar Mirzəyev həlak olmuşdur”. Prezident İlham Əliyev bildirmişdir ki, “düşmən təxribatı nəticəsində şəhid olan general-mayor Polad Həşimov orduda çox böyük hörmətə malik olan bir insan idi. Aprel döyüşlərində öz rəşadətini göstərərək Yüksək dövlət ordeni ilə təltif edilmişdir. Prezident İlham Əliyev həlak olmuş bütün şəhidlərin intiqamının qısa zamanda artıqlaması ilə alındığı bildirmiş, onların ailə üzvlərinə baş sağlığı vermişdir.

Həmçinin, bu dəfə də Aprel döyüşlərində olduğu kimi mənfur qonşu ən çirkin əməllərə əl atmışdır. Bizim kəndlərimizi atəşə tutmuş və bunun nəticəsində 76 yaşında ağsaqqal Əziz Əzizov həlak olmuşdur. Mülki əhaliyə qarşı törədilən cinayətlər bir daha onu göstərdi ki, Ermənistan faşist dövlətidir. Ermənistan heç vaxt açıq döyüşdə qələbə qazana bilməyib və bilməz. Torpaqların itirilməsi o vaxt hakimiyyətə göz dikmiş Azərbaycan Xalq Cəbhəsinin və onun başında dayananların xəyanətidir. O vaxt Azərbaycanda vəziyyəti qarışdırmaq, hərc-mərclik salmaq, hakimiyyəti yıxmaq üçün onlar Qarabağ bölgəsində xəyanət etmişlər”. Azərbaycan dövləti öz güclü ordusu ilə hər zaman olduğu kimi, ərazisini qoruyur və bu şəkildə hər şey etməyə hazırdır. Çünki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev səviyyəsində bu məsələ hər zaman diqqətdədir.

Dövlət başçısı bütün vacib məsələləri xalq ilə bölüşür, həm məsləhətləşir, həm öz fikirlərini, öz siyasətini deyir və eyni zamanda, xalqı narahat edən problemləri dərindən təhlil edir. Azərbaycanda hakimiyyət xalq hakimiyyətidir, xalqın iradəsinə əsaslanan hakimiyyətdir. Bu günlər də Azərbaycan tək qalmadı, qardaş Türkiyəyə Cümhuriyyəti və onun Prezidenti, Rəcəb Tayyib Ərdoğan Azərbaycanı dəstəklədi. Türkiyədən yenidən qardaşlıq, dostluq münasibətinin bir daha şahidi olduq. Pakistan birmənalı mövqe bildirməklə yanaşı, Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Eyni zamanda, digər ölkələrin rəsmi nümayəndələri də Azərbaycanı dəstəklədilər.

Ordumuzun uğurlu əməliyyatı və əldə edilmiş nəticələr, hərbi qələbə, təbii olaraq Azərbaycan ictimaiyyətində ruh yüksəkliyi yaratdı, xalqımızı coşdurdu. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı ağır günlərdə bir nöqtəyə vura bilir. Bu, xalq-iqtidar birliyini göstərən daha bir mənzərə idi. Orduya dəstək hər bir vətəndaşın borcudur, bu məqsədlə müxtəlif tədbirlərin, aksiyaların keçirilməsi təqdirəlayiqdir. Amma bununla yanaşı, iyulun 14-ü gecə saatlarında orduya dəstək adı altında keçirilən yürüşdən sui-istifadə halları müşahidə edildi, prosesə siyasi məzmun verməyə, neqativ emosiyaların formalaşdırılmasına cəhdlər göstərildi.

Təbii ki, iyulun 12-də baş verən təxribat Azərbaycan ictimaiyyəti tərəfindən hiddətlə qarşılanmaya bilməzdi. Bu, sosial şəbəkələrdə hərbi əməliyyatlara başlamaq, sıravi vətəndaşların toplanaraq cəbhə bölgəsinə getmək, silaha sarılaraq torpaqlarımızı işğaldan azad etmək kimi çağırışların səslənməsinə rəvac verdi. Bu kimi məqamlar bir tərəfdən Azərbaycan cəmiyyətində vətənpərvərlik hissinin yüksək səviyyədə olduğunu nümayiş etdirdi. Amma digər tərəfdən də unutmamalıyıq ki, indi 1990-cı illərin əvvəlləri deyil ki, nizami ordu olmadığına görə vətəndaşlar öz gücünə torpaqlarımızı müdafiə etmək məcburiyyətində qalsınlar. İndiki həssas məqamda arzuolunmaz xaotik təşəbbüslər yalnız düşmənlərimizi sevindirə, ölkəmiz, Silahlı Qüvvələrimiz haqqında uydurmalarını daha da genişləndirməyə imkan yarada bilər.

Bu gün Azərbaycanın güclü, qüdrətli ordusu vardır. Azərbaycan Silahlı Qüvvələri ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin qarşıya qoyduğu istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Sərhəddə hərbi əməliyyatlar getdiyi bir zamanda bir qrup şəxsin Bakının küçələrində iğtişaş törətmək cəhdləri, Milli Məclisin binasına girərək vandallıq törətməsi, polislərə qarşı zor tətbiq olunması vətəndaşlıq mövqeyinə və mövcud qanunlarımıza ziddir, ən başlıcası şəhidlərin ruhuna hörmətsizlikdir.

Milli Ordumuza dəstək yürüşünü həyata keçirən vətəndaşlarımızın qürur doğuran “Şəhidlər ölməz, Vətən bölünməz” və “Qarabağ” şüarları ilə vahid bir amal uğrunda birləşdiyi zamanda dağıdıcı təxribatçıların bu həssas günlərdə “fəallaşması” cavabsız qalmayacaq, belələri qanun və xalq qarşısında cavab verməli olacaqlar! Biz bu gün atdığımız hər addımda “düşmən görür” prinsipi ilə hərəkət etməli, mənfur düşmənləri özümüzə güldürməməli, hər bir sözümüzün və əməlimizin məsuliyyətini daşımalıyıq. Cəmiyyətimiz qanunlarla idarə olunur.

Hər kəs qanun qarşısında eyni məsuliyyəti daşıyır. Ölkədə sabitliyi qorumaq hər kəsin vətəndaşlıq borcudur. Sabitlik, təhlükəsizlik, əmin-amanlıq, iqtisadi inkişaf, sosial rifah müstəqillik dövrümüzün ən böyük nailiyyətləridir.

Biz gənclər də bu günlərdə hamımız bir yumruq kimi dövlətimizin və Ali Baş Komandanımızın ətrafında birləşməli, hər bir addımda xüsusi həssaslıq nümayiş etdirməliyik. Bu birlik - həm dövlətimiz, həm ölkəmizin ərazi bütövlüyü uğrunda misilsiz şücaət göstərən Milli Ordumuz, həm şəhidlik zirvəsini fəth edən qəhrəmanlarımız, bütövlükdə isə Azərbaycanımız qarşısında milli məsuliyyətimiz və vətəndaşlıq borcumuzdur!

Nübar Abbaslı
“Qarabağ” DNK-nun vitse-prezidenti

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar