Şənbə, 15 Avqust 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Ceyhun Bayramov XİN başçısı olaraq ilk çıxışını etdi


Azərbaycanın yeni təyin olunan Xarici İşlər Naziri Ceyhun Bayramov ilk çıxışını edib.

Ceyhun Bayramovun Xarici İşlər naziri təyin olunması ilə əlaqədar Prezident İlham Əliyevin videoformat qəbulundakı görüşün mətnini təqdim edirik:

“Möhtərəm Prezident, ilk növbədə, bu yüksək etimada görə mən Sizə dərin minnətdarlığımı bildirmək istərdim. Cənab Prezident, mən Sizi əmin etmək istərdim ki, bu gün burada səsləndirdiyiniz bütün fikirlər, Xarici İşlər Nazirliyinin fəaliyyətinə dair qeyd etdiyiniz bir sıra nöqsanlar və ölkəmizin strateji maraqlarının təmin edilməsi yönündə əsas istiqamətlər və vəzifələrlə bağlı olaraq sistemli və davamlı fəaliyyətin təmin edilməsi, həmçinin qarşıya qoyulan vəzifələrin öhdəsindən gəlmək üçün əlimdən gələn bütün səyləri əsirgəməyəcəyəm.

Siz qeyd etdiyiniz kimi, bu sahə mənim üçün yeni olsa da, qısa müddət ərzində bütün bacarığımı və biliklərimi bu işə yönəldərək, vəziyyəti daha dərindən təhlil edəcək, bir sıra təklifləri diqqətinizə təqdim edəcəyik. Həm Xarici İşlər Nazirliyinin mərkəzi aparatının, eyni zamanda, bütün diplomatik nümayəndələrimizin və səfirliklərimizin birgə işi təmin ediləcək.

Qeyd etdiyiniz kimi, əsas məqsəd ölkəmizin strateji maraqlarının təmin edilməsi, onların qorunmasıdır. Fəaliyyətimizi son illər ərzində ölkəmizin Sizin rəhbərliyinizlə artan beynəlxalq imicinin və nüfuzunun daha da möhkəmləndirilməsi, beynəlxalq aləmdə Azərbaycanın sözünün daha da gur eşidilməsi istiqamətində quracağıq.

Cənab Prezident, fürsətdən istifadə edərək Sizə təşəkkürümü bildirmək istərdim ki, məni Təhsil naziri təyin etdiyiniz müddət ərzində bu sahəyə olan diqqət və qayğınızı bütün təhsil işçiləri hər zaman hiss ediblər. Bu müddət ərzində Sizin imzaladığınız çoxsaylı sərəncamlar və dövlət proqramları nəticəsində yüzlərlə yeni məktəb binaları tikilib, təhsil infrastrukturu müasirləşdirilib, təhsil işçilərinin əməkhaqları yüksəldilib, onların sosial vəziyyəti davamlı şəkildə yaxşılaşdırılıb, tələbə yerlərinin sayı artırılıb.

Fürsətdən istifadə edərək, bütün təhsil ictimaiyyəti adından buna görə Sizə dərin minnətdarlığımı bildirmək istərdim. Bir daha qeyd etmək istərdim ki, mənə göstərdiyiniz yüksək etimadı doğrultmaq üçün əlimdən gələni edəcəyəm. Bütün səylərimi qarşıya qoyulan vəzifələrin icrasına, Sizin qeyd etdiyiniz məsələlərin sistemli şəkildə həllinə yönəldəcəyəm”.

pia.az 

 

 

 

 

 




Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Ədliyyə Nazirliyinin idarə rəisi işdən qovuldu - Həbs edilə bilər...

Məhkəmə Eldar Həsənovla bağlı qərar verdi - Yenilənib, Foto, Video

Eldar Həsənovun vətənə xəyanət etməsi şübhəsi var – Səfirin həbsi ilə bağlı sensasion məlumatlar

Səfirin günahı nədir? - Eldar Həsənovun həbsinin pərdəarxası məqamları...

SOCAR-da qruplar arası savaş - Vasif Əmirov vitse prezidentlik yolunda...

“Siyasi vəziyyət stabil deyil, cəmiyyət parçalanıb, elitalar isə münaqişədədir”

Eldar Həsənovun həbsi: “Səbəb daha dərindir”

Ramiz Mehdiyev sabiq naziri özünə müşavir təyin etdi

Eks-nazir Eldar Həsənovun həbsini şərh etdi - Hədəf göstərdi

Ramiz Həsənov yalançı nazir müavinidir, yoxsa sabiq naziri “rasxod”a verir?

Eldar Həsənov necə “deşifrə” olub? – Yeni həbslər gözlənilir...

loading...

Ən çox oxunanalar