Çərşənbə, 05 Avqust 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Məhkəmə Ağstafa rayon icra başçısının həbsdə olan müavininin şikayətini rədd etdi

Bakı Apellyasiya Məhkəməsində Ağstafa rayon İcra Hakimiyyəti başçısının birinci müavini olmuş Ramiz Tatarov barəsində seçilən həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə verdiyi apelyasiya şikayətinə baxılıb.

Musavat.com-un məlumatına görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayəti araşdırılsa da, təmin olunmayıb. Məhkəmə Səbail rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Səbail rayon Məhkəməsinin qərarı ilə Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev, birinci müavini Ramiz Tatarovun barəsində seçilmiş həbs qətimkan tədbiri daha 3 aya qədər artırılıb. Hər iki şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs olunub.

İttihama görə, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri tərəfindən vətəndaşların hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, dövlət orqanlarının fəaliyyətinə kölgə salan qanunsuz əməllərə yol verilməsinə dair məlumatlar əsasında kompleks araşdırma tədbirləri həyata keçirilib. Toplanılan materiallara əsasən, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin müntəzəm olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə dair əsaslı şübhələr yaranıb.

Belə ki, Nizaməddin Quliyevin rayon icra hakimiyyəti başçısının müavini Ramiz Tatarovun vasitəsilə 2019-cu ilin may ayından etibarən yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib. Nizaməddin Quliyevin, müavini Ramiz Tatarov vasitəsilə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən müxtəlif əsaslarla rüşvət tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib.

Bununla yanaşı, Nizaməddin Quliyevin səhiyyə, təhsil və digər yerli dövlət təsisatları rəhbərlərindən büdcə vəsaitləri hesabına yerli dövlət orqanlarının saxlanılması xərclərinə ayrılan vəsaitlərin müəyyən hissəsinin nağdlaşdırılaraq ona təqdim olunmasını tələb etməsi və alması, ictimai işlərə cəlb olunan aztəminatlı şəxslərə ayrılan əmək haqqı kartlarını ələ keçirib mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Nizaməddin Quliyev və müavini Ramiz Tatarovun xidməti otaqlarında keçirilən baxış zamanı müxtəlif vəzifəli şəxslərdən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, pul vəsaitləri, sənədlər, iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər götürülüb.

Nizaməddin Quliyev və başqaları vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıblar. Hazırda iş üzrə cinayətin digər iştirakçılarının müəyyənləşdirilərək istintaqa cəlb olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

pia.az 


Etiket: Məhkəmə


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Fəttah Heydərovun dəfnində yüksək çinli məmurlar iştirak edib - Foto

Kəmaləddin Heydərovun atası, deputat Fəttah Heydərov vəfat etdi

Gömrük generalı İsmayıl Hüseynovla bağlı araşdırma başlandı - Təfərrüat

Bakı İcra Hakimiyyətinin şöbə müdirinin daha bir obyekti üzə çıxdı - Sənəd

Beyrutda baş verən partlayışda ölüm sayı 50 nəfəri ötüb, azı 2750 yaralı var - Video, Foto, Yenilənib

Akim Bədəlovun Almaniyada yeni şirkətləri üzə çıxdı - Həyat yoldaşı milyonerdir...

İlham Əliyev və Mehriban Əliyeva Yasamalda salınacaq meşə tipli yeni parkda görüləcək işlərlə tanış olub - Foto, Yenilənib

Fəttah Heydərov haqda maraqlı məlumatlar: 30 il deputat...

loading...

Ən çox oxunanalar