Cümə axşamı, 13 Avqust 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Ermənistanın son təxribatları İtaliyanı narahat edir  

İtaliyanın tanınmış “L’Opinione” qəzetində jurnalist Domeniko Letizianın 12 iyuldan başlayaraq Ermənistan-Azərbaycan sərhədi boyunca Ermənistanın həyata keçirdiyi təxribatlarına İtaliyanın hakim siyasi-ictimai dairələrinin və tanınmış siyasətçilərinin reaksiyası, İtaliyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair mövqeyi, eləcə də münaqişənin nizamlanmasının, o cümlədən son hərbi təxribatların qarşısının alınmasının İtaliyanın maraqları baxımından əhəmiyyətinə dair məqaləsi dərc olunub.

Azərbaycanın İtaliyadakı səfirliyindən verilən məlumata görə, müəllif məqaləsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonu olmaqla ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin Ermənistan silahlı qüvvələrinin hərbi işğalı altında olduğunu, Tovuz istiqamətində Ermənistan hərbi qüvvələrinin həyata keçirdiyi təxribatların Ermənistanın Azərbaycana qarşı təcavüzünün yeni dalğası olduğunu, son təxribatların gətirib çıxartdığı tələfatlara diqqəti çəkir və Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında son hadisələrlə bağlı fikirlərinə istinad edir.

Məqalədə Azərbaycan Prezidentinin Ermənistan hakimiyyətini riyakarlıqda ittiham edərək baş verənlərə görə tam məsuliyyəti erməni tərəfinin daşığını, Ermənistanın bir tərəfdən beynəlxalq ictimaiyyətə müraciət edərək Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində atəşkəs rejiminin möhkəmləndirilməsi üçün kömək xahiş etdiyini, digər tərəfdən isə hərbi təxribatlar törədərək Azərbaycan ərazisinə basqın etmək, Azırbaycan mövqelərini zəbt etmək istədiyini, mülki əhalini, kəndlərimizi atəşə tutduğunu bildirdiyini vurğulayıb.

Məqalədə İtaliyanın ATƏT-in Minsk Qrupunun üzvü kimi həmişə münaqişənin siyasi həllini dəstəklədiyini, Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri zamanı imzalanmış “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxşaxəli Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə”də tərəflərin bir-birinin müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstəyini, dövlətlərarası münasibətlərdə təcavüz aktlarının yolverilməzliyini təsdiq etdiklərini, habelə həmin sənəddə İtaliyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktının təməl prinsipləri, xüsusilə suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı əsasında, BMTATƏT-in müvafiq sənəd və qərarlarında təsbit olunduğu kimi sülh yolu ilə nizamlanmasını dəstəklədiyinin ifadə olunduğu bildirir.

pia.az 


Etiket: Təxribat


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Rafiq Aslanovun oğlunun avtomobil kolleksiyası: Bentley, Range Rover, Mercedes... - Foto

Karantin rejimi yenidən sərtləşdirilə bilər — Açıqlama

Dünən gecə çox sayda livanlı erməni Ermənistana gəlib

Xarici İşlər Nazirinin iki müavini DTX-da istintaq altında! - Sensasion həbslər gözlənilir...

Rayonlara gediş-gəliş gələn həftədən bərpa edilir? — TƏBİB-dən açıqlama

Hadi Rəcəblinin rəis qardaşını işdən çıxardılar

Manantın devalvasiyası qaçılmazdır - Ekspert belə hesab edir...

“Bandotdel”lə bağlı fotosu yayılan şəxs açıqlama verib

Restoranlar açılır, toylar isə oktyabradək olmayacaq

loading...

Ən çox oxunanalar