Cümə axşamı, 13 Avqust 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

ABŞ-da Tovuz hadisələri ilə bağlı məktub kampaniyasına start verilib

Birləşmiş Ştatlarda fəaliyyət göstərən Amerika Azərbaycan Şəbəkəsi (USAN) Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətindəki dövlət sərhəddində təxribat törətməsi, yaşayış məntəqələrini artilleriya zərbələrinə məruz qoyması ilə bağlı məktub kampaniyasına başlayıb.

"Report"un məlumatına görə, ABŞ-ın vətəndaş cəmiyyətinə ünvanlanan məktublarda bildirilib:

"İyulun 12-də Ermənistan silahlı qüvvələri beynəlxalq hüquq normalarına zidd olaraq Azərbaycanın dövlət sərhəddindəki strateji yüksəklikləri ələ keçirmək məqsədilə ölkəmizin Tovuz rayonundakı mövqelərinə hücum ediblər. Ermənilərin hücumu dəf olunsa da, ilk 24 saat ərzində dörd azərbaycanlı hərbçi ölkəmizin ərazi bütövlüyünü müdafiə edərkən ermənilər tərəfindən qətlə yetirilib. İyulun 13-də Azərbaycan qüvvələri erməni mövqelərini və hərbi texnikanı məhv edən silsilə cavab tədbirlərinə başlayıblar. İyulun 14-də Ermənistan silahlı qüvvələri Azərbaycanın daha 7 hərbçisini, o cümlədən yüksək rütbəli zabitlərini, eləcə də 76 yaşlı mülki şəxsi qətlə yetiriblər. 1988-ci ildən başlayan Dağlıq Qarabağ münaqişəsi zamanı Azərbaycanın işğal etdiyi əzəli torpaqlarında Ermənistan silahlı qüvvələri dəfələrlə mülki azərbaycanlılara qarşı vəhşilik və zorakılığa əl atdığından bu, görünməmiş bir hərəkət deyil".

Sonda hər bir məktub sahibindən yerli nümayəndələrə və seçilmiş vəzifəli şəxslərə Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə kampaniyası barədə məlumat göndərmək xahiş edilib.

pia.az 


Etiket: Məktəb


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Rafiq Aslanovun oğlunun avtomobil kolleksiyası: Bentley, Range Rover, Mercedes... - Foto

Karantin rejimi yenidən sərtləşdirilə bilər — Açıqlama

Xarici İşlər Nazirinin iki müavini DTX-da istintaq altında! - Sensasion həbslər gözlənilir...

Dünən gecə çox sayda livanlı erməni Ermənistana gəlib

Rayonlara gediş-gəliş gələn həftədən bərpa edilir? — TƏBİB-dən açıqlama

Hadi Rəcəblinin rəis qardaşını işdən çıxardılar

Manantın devalvasiyası qaçılmazdır - Ekspert belə hesab edir...

“Bandotdel”lə bağlı fotosu yayılan şəxs açıqlama verib

Restoranlar açılır, toylar isə oktyabradək olmayacaq

loading...

Ən çox oxunanalar