Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Neft Fondunun aktivləri artıb

Bu ilin birinci yarısında Dövlət Neft Fondunun (ARDNF) aktivlərində  1 milyard 873,8 milyon dolları artaraq 43 milyard 223,3 milyon dollara çatıb.

Musavat.com Fondun ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, ilin birinci yarısında qurumun neft və qaz sazişləri ilə bağlı daxilolmaları 4 914,7 milyon manat təşkil edib. Bu daxilolmaların tərkibində mənfəət nefti və qazın satışından gəlirlər 4 130,1 milyon manata bərabər olub. Bu aylar üzrə xam neftin ortaçəkili xalis mədaxil qiyməti 38,7 dollar təşkil edib. Eyni zamanda bu dövr ərzində bonus ödənişləri 767,8 milyon manat, tranzit gəlirləri 10,6 milyon manat, akrhesabı ödənişlər 6,2 milyon manat olub.

Cari ilin yanvar-iyun ayları ərzində ARDNF-nin büdcə xərcləri 5 824,8 milyon manat təşkil edib. Bu müddət ərzində xam neftin qiymətlərinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, ARDNF tərəfindən makroiqtisadi və fiskal tarazlığın qorunması, icmal və dövlət büdcəsi qarşısında öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı funksiyalarının icrası təmin edilib. Belə ki, ötən müddət ərzində dövlət büdcəsinə 5 675,0 milyon manat, məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin maliyyələşdirilməsinə 140,0 milyon manat, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 77,9 min manat yönəldilib. Qeyd edilən dövr ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 9,7 milyon manat təşkil edib.

2020-ci ilin birinci yarımilliyi ərzində koronavirus pandemiyası fonunda dünya iqtisadiyyatında baş verən proseslər və bu proseslərin maliyyə bazarlarında yaratdığı ciddi dalğalanmalar ARDNF-nin valyuta aktivlərinə təsirsiz ötüşməyib. Lakin daha əvvəllər də qeyd edildiyi kimi, ARDNF-nin məqsəd və vəzifələrinə uyğun şəkildə kifayət qədər optimal qurulmuş investisiya portfeli yaranmış neqativ mühitdən minimum səviyyədə təsirlənib. Aprel-iyun ayları ərzində isə xüsusilə inkişaf etmiş ölkələr tərəfindən iqtisadiyyatın dəstəklənməsi istiqamətində həyata keçirilən fiskal və monetar yumşalma tədbirləri, habelə pandemiyadan əziyyət çəkən bir sıra ölkələr tərəfindən virusun daha sürətli yayılmasının qarşısının alınması sahəsində əldə edilən irəliləyişlər fonunda sərt karantin qaydalarının mərhələli şəkildə aradan qaldırılması kimi məqamlar iqtisadi artımla bağlı müsbət meyllərin yaranması üçün ümidverici amillər olub. Təbii ki, bu tendensiya qlobal maliyyə bazarlarına da sirayət edib və bu müddət ərzində qlobal səhm indekslərinin dəyərində 18-20 faiz artım müşahidə olunub. Bütün qeyd edilənlər nəticə etibarilə ARDNF-nin vəsaitlərinin idarə edilməsindən əldə edilən gəlirlərin səviyyəsində də öz əksini tapıb.

Belə ki, cari ilin ikinci rübü (aprel-iyun ayları) ərzində ARDNF-nin aktivlərinin yenidən qiymətləndirilməsi ilə bağlı vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirləri 1 953,8 milyon manat olub. İkinci rüb ərzində valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq isə ARDNF-nin büdcədənkənar gəliri kimi 1 216,1 milyon manat təşkil edib. Yekun olaraq, ilk rübün (yanvar-mart ayları) nəticələrinin təsiri ilə, bu ilin yanvar-iyun ayları ərzində ARDNF-nin aktivlərinin yenidən qiymətləndirilməsi ilə bağlı qısamüddətli bazar dəyəri dəyişkənliyindən yaranan mənfi fərq 194,9 milyon manat olub. Bu dövr ərzində valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq isə ARDNF-nin büdcədənkənar gəliri kimi 935 milyon manat təşkil edib.

Beləliklə, yuxarıda qeyd edilənlər nəzərə alınaraq, 2020-ci ilin ilk rübünün sonuna 41 349,5 milyon dollara bərabər olan ARDNF-nin aktivləri iyun ayının sonuna 1 873,8 milyon dollar artaraq 43 223,3 milyon dollar təşkil edib.

pia.az 


Etiket: Neft Fondu


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar