Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ölüləri qəbiristanlıqda basdırın, amma necə, ya da neçəyə...

Qəbiristanlıqların bələdiyyələrin idarəçiliyinə verilməsi problemi həll etmədi... 

8 iyul 2020-ci ildə belə bir xəbər yayıldı ki, Yasamal Bələdiyyəsinin vergi müfəttişi Zaur Müslümovun, daxil olmuş şikayətlər əsasında fəaliyyətinin yoxlanılması zamanı məlum olub ki, o, Yasamal qəbiristanlığında dəfn yeri üçün torpaq sahəsi ayırmaq müqabilində, vətəndaşlardan rüşvət tələb edir. Əməliyyat nəticəsində Müslümov iyulun 3-də qəbiristanlıq ərazisində, rüşvət olaraq tələb etdiyi üç min manatdan 2300 manatı alarkən saxlanılıb.

Xatırladaq ki, saytımızda ötən il bələdiyyələrin qəbiristanlıqlarda səliqə-səhman yaradacaqları barədə məqalə yayımlanmışdı. Məqalədə "Bələdiyyələrin statusu haqqında" və "Bələdiyyə maliyyəsinin əsasları haqqında" qanun layihələrinə dəyişikliklərin müzakirə olunduğu Milli Məclisin müvafiq komitəsinin 26 oktyabr 2020-ci il tarixli iclasından söhbət açılırdı. Qeyd olunurdu ki, hər iki sənədə edilən dəyişikliklər qəbiristanlıqların salınması və idarə olunması ilə əlaqədar məsələlərdə bələdiyyələrin məsuliyyətlərini aydınlaşdırır.

Milli Məclisin o vaxtkı Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bidirmişdi ki, sözügedən qanun layihələri qəbul olunacağı təqdirdə, qəbiristanlıqlarda vəziyyətə nəzarət bələdiyyələrə həvalə ediləcək: “Bununla da bu sahədəki korrupsiyaya tamamilə son qoyulacaq”.

A.Rəhimzadənin haqqında söz açdığı qanun layihələri qəbul edildi. Bundan sonra, Azərbaycan ərazisində yerləşən qəbiristanlıqların əksəriyyətinin idarəçiliyi bələdiyyələrə verildi. Ancaq gördüyümüz kimi, bu, dəfn üçün torpaq ayrılması sahəsindəki korrupsiyaya son qoymadı.

AYNA yenidən bu məsələ ilə bağlı Arif Rəhimzadəyə müraciət etsə də, sorğumuza cavab ala bilmədik. Odur ki, məsələ ilə əlaqədar bələdiyyə sədrlərinə müraciət etdik.

Astara rayonunda yerləşən Siyakin Bələdiyyəsinin sədri Ramin Məmmədovun sözlərinə görə, rəhbərlik etdiyi bələdiyyənin ərazisində bir neçə kənd yerləşir: “Hər kəndin öz qəbiristanlığı var. Bütün qəbiristanlıqlar bələdiyyənin idarəsində olsa da, dəfn üçün torpaq ayırmaq qərarı bu kəndlərin ağsaqqallarının fəal iştirakı ilə həyata keçirilir. Bu faktor da korrupsiya ehtimalının qarşısını alır”.

Zığ Bələdiyyəsinin ərazisində, Siyakin Bələdiyyəsindən fərqli olaraq, ağsaqqallar dəfn üçün torpaq ayrılmasında iştirak etmirlər. Bu bələdiyyənin sədri Emil Quliyevin verdiyi məlumata görə, qəbiristanlıqda yer ayırmaq qərarını bələdiyyə  verir.

Yasamal Bələdiyyəsi ilə də əlaqə saxladıq. Bələdiyyənin Ərazi-idarəetmə şöbəsinin müdiri Rizvan Mahmudovun sözlərinə görə, Yasamal qəbiristanlığında dəfn üçün ümumiyyətlə yer ayrılmır: “Orada qohumlar tərəfindən əvvəlcədən yerləri alınan insanlar dəfn edilir”.

“Qəbiristanlıq ərazisindəki yerlərin əvvəlcədən alınaraq, hasarlanması nə qədər qanunauyğundur” sualına Rizvan Mahmudov belə cavab verdi: “Bu qəbiristanlıq az müddət əvvəl bələdiyyənin idarəçiliyinə verilib. Bundan əvvəl, Yasamal qəbiristanlığı Bakı əhalisinin Vətəndaşlara Xidmət Trestinin sərəncamında idi. Dediyimiz vəziyyət qəbiristanlığın onlara tabe olduğu vaxtdan formalaşmağa başlayıb. Odur ki, suallarınızı Trest rəhbərliyinə ünvanlasanız, daha yaxşı olar”.

Rizvan Mahmudovun məsləhəti ilə Bakı şəhəri Vətəndaşlara Xidmət Trestinin rəhbəri Sabir Həsənova müraciət etdik. O, Yasamal Bələdiyyəsinin şöbə müdirinin sözlərini təkzib etdi və "Yasamal qəbiristanlığında dəfn üçün yerlər ümumi əsaslarla ayrılıb", - dedi.

Paytaxtın ən böyük qəbiristanlıqlarından biri yerləşən Badamdar qəsəbə bələdiyyəsi rəhbərliyinin də fikrini öyrənməyə çalışdıq. Bələdiyyə sədrinin müavini Rauf Mailovun verdiyi məlumata görə, yerli qəbiristanlıqda demək olar ki, boş yer qalmayıb: “Buna görə də bələdiyyə ərazisində yaşayan sakinlərin əksəriyyəti ölülərini digər qəbiristanlıqlarda dəfn etməyi üstün tuturlar”.

Xırdalan Bələdiyyəsinin Vergi şöbəsinin müdiri Rasif Hüseynov bildirdi ki, yerli qəbiristanlıqda dəfn üçün yer ayrılması qərarı bələdiyyə üzvlərinin səs çoxluğu ilə qəbul edilir.

Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) eksperti Vüqar Tofiqli AYNA-ya açıqlamasında qeyd etdi ki, qəbiristanlıqların əksəriyyətinin bələdiyyələrin tabeçiliyinə verilməsi barədə qərar qəbul edilərkən, çoxları bu qəbiristanlıqlarda qanunsuz torpaq ticarətinin ləğv eiləcəyinə ümid edirdi: “Ancaq, təəssüf ki, gözlənilənlərin əksinə olaraq, qəbiristanlıq torpaqlarının satılması daha böyük miqyas aldı. Səbəb  - bu sahədə ictimai nəzarətin olmamasıdır”.

Tofiqlinin fikrincə, kənd ağsaqqalları tərəfindən qəbiristanlıqlara ictimai nəzarətin qurulması korrupsiyaya qarşı mübarizədə yaxşı nümunə ola bilər.

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar