Şənbə, 08 Avqust 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

ABŞ "Şimal axını 2" və "Türk axını" layihələrinə sanksiya tətbiq edəcək

Layihəyə qarşı çıxan Şərqi Avropa ölkələri ilə yanaşı ABŞ hökuməti, bunun Avropanı Rusiyadan asılı vəziyyətə gətirəcəyini iddia edir...

PİA.az xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Mayk Pompeo bildirib. Daha əvvəl isə prezident Donald Tramp "Şimal axını 2" və "Türk axını" layihələrini ABŞ-ən Avropadakı maraqlarına təhlükə adlandıraraq bu layihələrin reallaşmasına imkan verməyəcəklərini bildirmişdi.

Qeyd edək ki, Baltik dənizinin dibindən keçən "Şimal axını 2" Rusiyadan Almaniyaya təbii qaz çatdıracaq boru xətti, "Türk axını" isə Qara dənizin dibindən Rusiyadan Türkiyəyə təbii qaz çatdıracaq boru xətti layihələridir. Vaşinqtomda Baltik dənizi vasitəsilə Rusiyadan Almaniyaya qədər təxminən 1200 kilometrlik boru xətti vasitəsilə təbii qaz nəql edəcək "Şimal axını 2" layihəsini ABŞ-ın geosiyasi maraqlarına qarşı təhlükə hesab edirlər. Bu üzdən də ABŞ Almaniyaya təbii qaz verəcək və artıq başa çatmaqda olan boru kəmərini dayandırmağa çalışır. Almaniya və Rusiya rəsmiləri boru xəttini ticari bir müəssisə olaraq xarakterizə etsələr də, ABŞ rəsmiləri "Şimal axını 2" layihəsinin Avropada Moskvanın iqtisadi və siyasi gücünü artıracağından narahatdırlar. Vaşinqtonda hesab edirlər ki, "Şimal axını 2" Moskvanın geosiyasi maraqlarına xidmət edir. Layihəyə qarşı çıxan Şərqi Avropa ölkələri ilə yanaşı ABŞ hökuməti, bunun AvropaRusiyadan asılı vəziyyətə gətirəcəyini iddia edir.

"Şimal axını 2" bir neçə Avropa şirkətinin investisiya dəstəyiylə inşa olunsa da, kəmər Rusiyanın "Qazprom" şirkətinə məxsusdur. ABŞ-da hesab edirlər ki, bu kəmərin istifadəyə verilməsi Rusiyanın Avropanın qaz bazarında monopolistə çevriləcək.

Almaniya hökuməti sanksiya təhdidindən təəssüfləndiyini və bunu ölkənin daxili işlərinə müdaxilə hesab etdiyini bildirib. Ancaq kansler Angela Merkel, Almaniyanın sanksiyalara cavab verməyi düşünmədiyini açıqlayıb.

Rusiya isə cavab tədbirlərini nəzərdən keçirdiyini bildirib. Bazar ertəsi Pompeo Rusiya xarici işlər naziri Sergey Lavrovla, prezident Donald Trump isə çərşənbə axşamı günü Türkiyə prezidentiylə danışıb, ancaq boru xəttlərinin müzakirə olunduğuna dair bir məlumat verilməyib.

"Türk axını" ilə Rusiya qazı Qara dəniz vasitəsilə Türkiyəyə çatdırılacaq. Boru xəttinin quruda olan hissəsilə birgə olan 930 kilometr "Türk axıni" boru xətti 31,5 milyard kubmetr təbii qaz daşıma gücünə sahib olacaq.

Mənbə: "Qlobus" Teleqram kanalı

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Cahangir Əsgərovun AZAL-ın gəlirlərindən formalaşan "biznes imperiyası" - Siyahı

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin torpaq sahələrini əlindən aldı

“Həyat yoldaşını 1-2 milyona “yığdıran” məmur...” - Afaq Bəşirqızı

“Ehtiyatlı ol, Zakir Fərəcov, Adil Vəliyev səni öldürərlər” - Aslan İsmayılov

Toylara icazə verilməsi bu şərtlərlə mümkündür - Şərtlər

SOCAR-da təcili iclas – Rəhbər şurası toplandı

Bakıda yeni doğulan əkizlərdən biri xəstəxanada həkim tərəfindən satılıb - "Sabunçu" xəstəxanası ilə bağlı şok iddia

Lukaşenko Putin haqda elə şeylər danışdı ki… - Sensasion video

“Aeroportun idarə edilməsi AZAL-dan ayrılmalıdır” - Ekspert

Oqtay Şirəliyev və Oqtay Əsədov: Daha bir 6 milyonluq müqavilə

Türkiyə sərt karantin rejiminə qayıdır - Vəziyyət gərgindir

loading...

Ən çox oxunanalar