Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

General mundirini şərəfləndirən şəhidimiz... - Polad Həşimova Milli Qəhrəman adı verilsin

Müstəqillik illərində Azərbaycanda bir çox dəyərləri itirdiyimiz kimi, general adının, rütbəsinin da qiymətdən düşdüyü heç kimə sirr deyil. Kobud səslənsə də, bəzi "yoldan keçənlərə" də general rütbəsinin verilməsi bu adın əzəmətini satsıtmışdı. Baxırdın ki, dünən alverlə məşğul olan, baytarlıq edən, cəmiyətdə rüşvət yığan, hətta "reket" kimi tanınan biri qısa müddətdə gəlib olub general. 

Ona görə də, dünənə qədər general rütbəsi daşıyanların az qala hamısına, yumşaq desək, bir az şübhəylə yanaşırdıq. Onları da korrupsiyalaşmış oliqarxiya ilə bir sıraya qoyurduq. Düşünürdük ki, generaldırsa,  deməli böyük biznesi, "topdağıtmaz" varidatı var. Generaldırsa, villaları, obyektləri, iri fermer təsərrüfatlarına sahibdir.  Generaldırsa, nəinki ölkə daxilində, hətta xaricdə də çoxsaylı əmlaklara, mənzillərə malik biridir...

General deyəndə, elə bilirdik ki, gömrükdə, vergidə, sərhəddə sahibkarı soyan, onun son qəpiyini də əlindən almağa hazır olan "yekəqarındır"...

Generalı bəzilərimiz həbsxanada dustağa insan münasibəti göstərməyən, onun saxlanmasına dövlətin ayırdığı vəsaitləri talayan, cəzaçəkmə müəssisələrində orta əsr qaydalarını tətbiq edən, narkotika daxil nə desən satdıran "iri paqonlu" hesab edirdik.

Bəzilərimiz də generalı sahibkarı, iş adamını, hətta imkanlı sadə vətəndaşları belə şərləyib "podvala" saldıran, ailəsi ilə şantaj edib əlində nəyi varsa alan zənn edirdik. Gözümüzün önünə Akif Çovdarovu gətirərək... 

Əhalinin içərisində general rütbəsi daşıyanlara əsgərin ərzağını satan, zabitinin haqqını mənimsəyən kimi baxanlar da az deyildi. (AzPolitika)

pia.az


Etiket: Polad Həşimov

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar