Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Əlillik” altsistemində bir sıra yeniliklər tətbiq edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əlillik” altsistemində təkmilləşdirmələr aparılıb..

"Report" xəbər verir ki, nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşəbbüsü ilə edilən yeniliklər nəticəsində “Əlillik” altsisteminin fuksionalllığı xeyli genişləndirilib.

Yeniliklərdən biri kimi, altsistemə Səhiyyə Nazirliyinin hemodializ, vərəm, onkoloji, peşə xəstəliyi və gözdən əlilliyi olan şəxslərlə bağlı elektron reyestri daxil edilib. Həmçinin əlilliyin qiymətləndirilməsi ilə bağlı müraciət edilən şəxsin əmək müqaviləsi barədə məlumatlar altsistemdə təkmilləşdirilib.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsi, şəxsin istifadə etdiyi reabilitasiya vasitələri, müraciət edən şəxsin bundan əvvəl əsassız əlillik təyinatının olub-olmaması, müvafiq qurumların elektron informasiya ehtiyatları ilə mübadilə şəraitində şəxslərin sürücülük vəsiqələri barədə məlumatlar da altsistemə daxil edilib. 18 yaşına qədər uşaqların sağlamlıq imkanları məhdudluğunun ilkin və təkrar təyinatları zamanı onların hansı formada təhsil almaları barədə məlumatlar da altsistemdə əhatə olunacaq.

Bütün bunlar qeyd edilən məlumatlar əsasında əlilliyin qiymətləndirilməsinin daha təkmil və obyektiv, həmçinin çevik aparılmasına imkan verəcək.

Əlilliyin qiymətləndirilməsi məqsədi ilə indiyədək vətəndaşlarla bağlı edilən müraciətlərin sayı və imtina səbəbləri də xüsusi bölmədə əksini tapacaq.

Artıq iyulun 15-dən əlilliyin qiymətləndirilməsi prosesi təkmilləşdirilmiş “Əlillik” altsistemi üzərindən həyata keçiriləcək.

pia.az 


Etiket: Əlillik


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar