Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənipərəst konqresmenlər Azərbaycana silah satışının qadağan olunmasını istəyirlər

Azərbaycan-Ermənistan sərhədində yaranmış vəziyyət və erməni tərəfinin aldığı ağır zərbələr işğalçı ölkəni həmişəki kimi beynəlxalq miqyasda “şüvən qaldırmağa” vadar edib... 

“AzPolitika.info” xəbər verir ki, hər zaman xaricdəki havadarlarına və diasporuna stavka edən ermənilər ABŞ Konqresindəki ermənipərəst konqresmenləri yenidən dövriyyəyə soxublar.

Belə ki, ermənipərəst Konqres üzvləri Frenk Pallone və Bred Şermanın təşəbbüsü ilə Azərbaycana silah satışına qadağa məsələsi müzakirəyə çıxarılacaq. Bu barədə ABŞ erməniləri milli komitəsinin başçısı Aram Ambaryan məlumat verib. Məlumatda qeyd olunur ki, ABŞ Müdafiə Nazirliyindən son illər Azəırbaycana edilmiş 120 milyon dollarlıq hərbi yardımla bağlı hesabat istənilməsi təklif olunub.

Ermənipərəst konqresmenlər bu təkliflərini onunla əsaslandırıblar ki, Azərbaycan tərəfi İrəvandan Dağlıq Qarabağa, xüsusilə Xankəndi aeroportuna uçan istənilən hava nəqliyyatı növünü, hətta mülki təyyarələri vurmaqla hədələyib. Onların fikrincə, buna görə də ABŞ Azərbaycana mülki aviasiyanı vura biləcək istənilən silah və digər hərbi sursat satışına və yardımına qadağa qoymalıdır. Məsələnin iyulun 20-də müzakirəyə çıxarılacağı gözlənilir.

Xatırladaq ki, bu, ABŞ Konqresindəki ermənipərəst konqresmenlərin ilk belə təşəbbüsü deyil və ümumiyyətlə konqresdə Azərbaycana və Türkiyəyə qarşı buna bənzər addımlar tez-tez atılır.

pia.az 


Etiket: Konqresmenlər


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək

Neytral mövqe tutan ölkələr Putinə nüvə silahından istifadə ilə bağlı xəbərdarlıq edib

Ən çox oxunanalar