Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

KİV: Sərhəddə döyüşlər Paşinyanın oğlunun tərxis olunmasından üç gün sonra başlayıb

Azərbaycan-Ermənistan sərhədində gərginlik Ermənistanın baş naziri Nikol Paşinyanın oğlunun ordudan tərxis olunmasından üç gün sonra başlayıb... 

“Report” xəbər verir ki, bu barədə “Qazeta.ru”da dərc olunan məqalədə bildirilir.

“Müşahidəçilər qeyd edirlər ki, Azərbaycanla silahlı toqquşma Paşinyanın oğlu Aşotun ordudan tərxis olunmasından üç gün sonra baş verib. Baş nazirin tənqidçiləri bu məqamı təsadüfi saymır və hesab edirlər ki, Paşinyan hərbi-siyasi qərarlar qəbul edərkən tez-tez şəxsi maraqlarını ön plana çəkir. Axı Paşinyanın oğlu xidmət edərkən vəziyyət sakit idi və birdən gözlənilmədən gərginlik yarandı”, - məqalədə deyilir.

Məqalənin müəllifi qeyd edir ki, təxribatların əsl məqsədi Paşinyanın Ermənistan əhalisini daxili problemlərdən yayındırmaq niyyətidir.

Rusiya İnnovativ İnkişaf İnstitutunun Strateji Təhlil Mərkəzinin rəhbəri, məşhur rusiyalı politoloq Andrey İvanov məsələ ilə bağlı deyib ki, Paşinyan Ermənistandakı iqtisadi böhranın öhdəsindən gələ bilmədi, vətəndaşlarına heç bir nailiyyət nümayiş etdirə bilmədi, buna görə də açıq siyasi təxribatlara əl atdı: "Bu yolla Ermənistanın baş naziri əhalinin diqqətini bu günə qədər yığılıb qalan daxili problemlərdən, o cümlədən iqtisadi problemlərdən yayındırmağa çalışır”.

pia.az 


Etiket: Paşinyan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar