Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ermənilərin bütün strateji obyektləri məhv edilməlidir” – Keçmiş nazir

Azərbaycanın keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarlı Yenisabah.az-ın suallarını cavablandırır:

- Tofiq bəy, Ermənistan-Azərbaycan sərhəddində hərbi vəziyyət kəskinləşib. Bu dəfə döyüşlər Dağlıq Qarabağda deyil, Tovuzda sərhəd zonasında gedir. Sizcə, niyə Qarabağ yox, Tovuz və bu baş verənlər kimə lazımdır?

- Əlbəttə ilk baxışdan Ermənistanın təşəbbüs göstərərək hərbi əməliyyatları bərpa etməsi məntiqli görünmür. Lakin mənim fikrimcə, baş verənlər Nikol Paşinyan və onun komandasının maraqlarına uyğundur. Paşinyan istəyir ki, bu yolla Moskva ilə günü gündən pisləşən münasibətlərə birdəfəlik nöqtə qoyub qərbyönlü siyasət həyata keçirsin.

Təbii ki, bunu təmin etmək üçün ona həm Moskvanın həyata keçirdiyi və imitasiya xarakteri daşıyan danışıqlar prosesini iflasa uğratmaq,  daha sonra hərbi əməliyyatlara başlayaraq Rusiyanın İrəvana yardım etmədiyini əsas gətirərək anti-Rusiya əhval ruhiyyəsini gücləndirmək, eyni zamanda bununla ona qarşı formalaşn müxalifətə zərbə vurmaq lazımdır. Qeyd edim ki, Paşinyana qarşı müxalifətdə dayanan siyasətçilərin əksəriyyəti Rusiya meyllidir.

Bunu təkcə Paşinyanın marağı olduğunu söyləmək də doğru olmazdı. Ermənistandakı proseləri izləyərkən görünür ki, bu ölkənin elitası artıq başa düşüb onlar Qərbdən daha çox imkanlar əldə edə bilərlər. Bunun üçün isə təbii ki, Rusiya ilə əlaqələri pozmaq lazımdır.

- Belə təkliflər səsləndirlir ki, Azərbaycan indiki fürsətdən yararlanaraq Dağlıq Qarabağda hərbi əməliyyatlara başlamalıdır...

- Biz bilməliyik ki, Ermənistan ordusu həm Dağlıq Qarabağda, həm də Azərbaycanla sərhəd zonalarda yerləşib. Yəni bir neçə cəbhə var və Azərbaycanın bu cəbhələrin hər birinə zərbə endirməyə mənəvi haqqı var.

Yeri gəlmişkən, bu iki gün ərzində Azərbaycanda baş verənləri çox yüksək qiymətlənidirirəm. Azərbaycan xalqı milli həmrəylik gününü yaşadı və bu çox müsbət haldır.

- Ermənistanın bu dəfəki təxribatı nəticəsində Azərbaycan ordusunun generalı şəhid oldu. Bu son illərdə baş verən bir hadisədir ki, cəbhədə general şəhid edilir...

- Hesab edirəm ki, bu bizim səhvimiz nəticəsində olub. Yüksək səviyyədə maskirovka olunmayıblar. İndisə bizim hərbçilərimiz başa düşüblər qarşımızda amansız düşmən var. Bu düşmən üçün Azərbaycanın mülki şəxsləri də, hərbi qulluqçuları da, ərazimizdəki bütün obyektlər, nöqtələr onlar üçün hədəfdir. Biz də bilməliyik ki, bizim üçün bir düşmən var – Ermənistan. Ona məxsus bütün strateji obyektlər hədəf kimi qəbul olunmalı və məhv edilməlidir. Deyəsən, artıq bu nöqtəyə gəlmişik.

Dünən də xalqın orduya dəstəyi sevindirici idi. Bu təşkil olunmamış, sadəcə xalqın istəyindən irəli gələn aksiya idi.Xalq artıq gözləməkdən yorulub. İndi bizim əsas siyasi və mənəvi hədəfimiz işğal olunmuş torpaqlarımızı azad edərək Azərbaycanın ərazi bütövlüyünü bərpa etməkdir.

- Dünənki aksiyada sonda təxribat da baş verdi. Hər halda bir qrup şəxsin Milli Məclisin binasına daxil olması ictimai rəydə təxribat kimi qəbul edilir. Sizin buna münasibətiniz necədir?

- Əlbəttə mən onlara haqq qazandırmaq niyyətində deyiləm. Amma bilmək lazımdır ki, hər kəs baş verənləri öz səviyyəsində təhlil edir. Orada insanlar çox idi, emosiyalar coşmuşdu. İndi onların arasında hər cür adam ola bilər, ağıllısı da ola bilər, səbrsizi də.

Amma insanlarımız bilməlidir ki, polis də, əsgər də bizim vətəndaşlardır. Biz də döyüş şəraitində əsgər olmalı, əmrə tabe olmalıyıq. Bu həmrəylik hamıya aiddir.

Mən bu məsələdə siyasi partiyaların tutduğu mövqeni yüksək qiymətləndirirəm. Dəstək bəyanatı yaydılar, həmrəylik nümayiş etdirdilər. Bu çox gözəl təşəbbüs idi.

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Ən çox oxunanalar