Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əli Əhmədov: “Bu əməllər arxadan vurulan bıçağı xatırladır”

“İyul ayının 14-də gecə saatlarında Azərbaycan gənclərinin Ordumuza dəstək məqsədilə çoxminli yürüşü keçirilib. Gənc vətənpərvər insanlarımızın Azərbaycan Ordusuna dəstək yürüşü ordu-xalq birliyinin bariz ifadəsi, əsgərlərimizin Vətənimizin naminə rəşadətlərinin ilham mənbəyi kimi qürurverici hadisədir”... 

“Report”un xəbərinə görə, bunu Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini - İcra Katibi Əli Əhmədov “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, bu yürüş həm də erməni quldur ordusuna, bütünlükdə işğalçılara Azərbaycanın gücünü, mətanətini və qətiyyətini nümayiş etdirdi:

“Lakin bəzi məkrli qüvvələrin saf niyyətli vətənpərvər gənclərimizin Ordumuza və əsgərlərimizə mənəvi dəstək yürüşündən öz çirkin məqsədləri üçün istifadə etmək cəhdləri təəssüf doğurmaya bilməz. Yürüşün keçirildiyi bir vaxtda səsləndirilən təhrikçi çağırışlar, ictimai asayişi pozmaq cəhdləri kimlərinsə ölkədə sabitliyə zərbə vurmaq, xalqın birliyi və həmrəyliyinə nifaq salmaq arzusu olub, mahiyyət etibarilə düşmən dəyirmanına su tökməkdən başqa bir şey deyil. Xalqımızın Vətən uğrunda həlak olan qəhrəmanlarını son mənzilə yola saldığı, əsgərlərimizin yağı düşmənlərinin hücumlarının qarşısını alıb onlara sarsıdıcı zərbələr endirdiyi həssas bir zamanda daxili sabitliyi pozmağa cəhd göstərənlərin əməlləri arxadan vurulan bıçağı xatırladır”.

Ə. Əhmədov qeyd edib ki, insanlarımızın xoşniyyətli yürüşündən bəd məqsədlərlə istifadə etmək, qarşıdurma yaratmaq, süni surətdə ictimai narazılıq toxumu səpmək yolu ilə xalqın birliyini pozmaq istəyənlərə ar olsun: “Unutmasınlar ki, Vətənini, Xalqını, Dövlətini, Prezidentini ürəkdən sevən hər bir Azərbaycanlı onlara qarşıdır, onlara nifrət edir. Bu isə on minlər, yüz minlər, milyonlar deməkdir”.

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar