Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyalı həkimlərdən ibarət ikinci qrup Azərbaycana gələcək

Yaxın vaxtlarda Rusiyanın Federal Tibbi-Bioloji Agentliyi (FTBA) COVID-19 ilə mübarizədə azərbaycanlı həkimlərlə birlikdə “qırmızı zonada” işləyəcək mütəxəssislərin ikinci qrupunu Azərbaycana göndərəcək... 

“Report” xəbər verir ki, bu barədə FTBA-nın məlumatında deyilir.

Bundan əvvəl Rusiya FTBA-nın baş infeksionisti Vladimir Nikiforov və baş pulmonoloqu Aleksandr Averyanov Bakıda və regionlarda koronaviruslu xəstələri qəbul etmək üçün profilləndirilmiş bir sıra xəstəxanalara baş çəkiblər. Agentliyin mütəxəssisləri Azərbaycanın tibb müəssisələrinin işini yüksək qiymətləndirib, kadrların yüksək səviyyəli olduğunu, tibb müəssisələrinin lazımi müasir avadanlıqlarla təchiz edildiyini vurğulayıblar.

FTBA mütəxəssislərinin fikrincə, Azərbaycanda epidemioloji proses adi qaydada davam edir.

“Koronavirus xəstələrinin idarə edilməsində Rusiyanın təcrübəsi bir qədər çoxdur, hər halda pandemiya Rusiyada daha əvvəl başlayıb. Hazırda bu xəstəliyi ən təsirli şəkildə həll etməyə imkan verən bir sıra tədbirlər hazırlanıb və bunları azərbaycanlı həkimlərlə bölüşdük. COVİD-19 xəstələrin müalicəsində prinsipial fikir ayrılıqlarımız yox idi. Sadəcə dərman preparatlarının yazılması məsələsində xırda düzəlişlər etdik”, - Rusiya FTBA-nın baş infeksionisti Vladimir Nikiforov deyib.

Rusiyalı tibb işçiləri həmçinin Azərbaycan mütəxəssislərin istifadə etdiyi bəzi metodikalarla da yaxından maraqlanıblar.

pia.az 


Etiket: Həkim


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar