Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fərhad Əhmədovdan rusiyalı deputata sərt cavab

“İstər-istəməz bu qənaətə gəlirsən ki, Zatulin öncədən hər şeyi bilirmiş”... 

Hazırda nəinki təkcə Azərbaycanın, ümumən bütün Qafqazın gündəmini zəbt edən bir nömrəli məsələ Ermənistanın Azərbaycana qarşı növbəti təxribatıdır. Erməni silahlı qüvvələri iyulun 13-də atəşkəs rejimini növbəti dəfə pozaraq Azərbaycana qarşı elan olunmamış müharibənin növbəti mərhələsinə başlayıb. Ermənistan Azərbaycanla sərhəddə, Tovuz rayonu istiqamətində əsl müharibə aparır, dinc sakinləri artilleriya atəşinə tutur. Doğrudur, Azərbaycan ordusu bu xain hücuma dərhal adekvat və effektiv cavab verib, rəsmi məlumatlara görə, hər iki tərəfdən itkilər var. Bu hadisə hazırda regionda yeni gərginlik yaradıb. Məsələyə bir sıra ölkələrin dövlət və hökumət başçıları, beynəlxalq qurumlar səviyyəsində reaksiya verilib.

Azərbaycanlı milyarder, Rusiya Federasiyasının eks-senatoru Fərhad Əhmədov da məsələyə münasibətini bildirib. O, sosial şəbəkə hesabında paylaşdığı yazıda Rusiya Federasiyası Dövlət Dumasının üzvü Konstantin Zatulinin son hadisələrdən az əvvəl – iyulun 6-da verdiyi açıqlamasını şərh edib. Musavat.com F.Əhmədovun sosial şəbəkədə paylaşdığı həmin yazısını təqdim edir:

Hörmətli oxucular! Son 72 saat ərzində biz AzərbaycanErmənistan silahlı qüvvələrinin təmas xəttində vəziyyətin yenidən gərginləşməsinin şahidi olduq. Bununla əlaqədar olaraq mən Konstantin Zatulinin iyulun 6-da verdiyi bəyanatla bağlı bəzi fikirlərimi bildirmək istərdim. Bu deputatla bağlı məsələ hamıya aydındır. Zatulun bununla “məşhurdur” ki, o, 1993-cü ildən bəri, demək olar, fasiləsiz şəkildə Dövlət Dumasında oturur və bütün bu müddət ərzində MDB məsələləri ilə məşğul olub. Zatulin bu işdə o qədər də çox uğur qazanmayıb, amma əvəzində çoxlu sayda qalmaqallı açıqlama və bəyanatlar verib. O bu dəfə də az danışıb, amma dediklərinin şərh olunmasına ehtiyac var. Xüsusilə də indi...

Ondan başlayaq ki, Zatulin “münasibətlərin kəskinləşməsindən” məhz iyulun 6-da söz açıb. Yəni Azərbaycanla Ermənistan arasındakı münasibətlərin real surətdə kəskinləşməsindən 6 gün əvvəl... Lakin burada şərh tələb edən ən başlıca məsələ onun reallığa qəribə münasibətidir. K.Zatulin Nikol Paşinyanın “Dağlıq Qarabağ Ermənistan deməkdir” məzmunlu bəyanatı ilə İlham Əliyevin “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir” bəyanatını tərəzinin eyni gözünə qoyur. Özü də bu bəyanatlara heç bir münasubət bildirmədən... Halbuki burada ciddi fərq var. Üstəlik, K.Zatulin Dağlıq Qarabağın beynəlxalq hüquqla kimə məxsus olduğunu və zor gücünə işğal edilən torpaqların nədən ibarət olduğunu bilməyə bilməz. Bundan sonra K.Zatulin bir növ hamıya bəlli olan həqiqətlərdən danışır. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində Rusiyanın müttəfiqidir. Bu ölkələr ərazi bütövlüyünün qorunması prinsipi üzrə qarşılıqlı öhdəliklərlə bir-birinə bağlıdır. Lakin axı burada da geniş izaahat olmalı idi. Bildirilməli idi ki, bu öhdəliklər yalnız Ermənistanın milli ərazilərinə şamil olunur və Dağlıq Qarabağı heç bir halda əhatə edə bilməz.

Hələ bu harasıdır?! Mən K.Zatulinin Azərbaycan KTMT-yə daxil olduğu vaxtlarda Azərbaycanın ərazi bütövlüyünün qorunmasından yana narahat olduğunu nəsə heç cür xatırlaya bilmirəm. Əlbəttə, 450 deputatdan birinin bəyanatı Rusiyanın dövlət siyasətini əks etdirmir. Lakin K.Zatulinin Azərbaycanın ünvanına təhdid dolu çıxışlarının bu vaxta təsadüf etməsi və Rusiya hərbi bazasına istinad eləməsi düşündürücüdür. Axı bunu hamı anlayır ki, işğal olunmuş ərazilərin təmas xətti ilə Ermənistanın sərhədi arasındakı fərqin nədən ibarət olduğunu Azərbaycanda çox yaxşı başa düşürlər. Rusiya Ermənistanın müdafiəsinə dair öhdəliyi yalnız ikinci halla bağlı götürüb. Lakin Zatulin nəyə görəsə bu iki anlayışı bir-birinə qarışdırmaq qərarına gəlib. Aydın məsələdir: burada əsas niyyət Ermənistanı təcavüzün qurbanı kimi təqdim etməyə hesablanıb. Bütün bunlardan dərhal sonra isə Zatulinin barəsində danışdığı həmin o kəskinləşmə baş verdi. Beləliklə, istər-istəməz bu qənaətə gəlirsən ki, o, öncədən hər şeyi bilirmiş. Buna izahat verilməlidir. Onun kimin dəyirmanına su tökdüyü indi – üstündən iki həftə keçəndən sonra hamımıza aydın oldu.

Mən əminəm ki, Dağlıq Qarabağdan fərqli olaraq dövlət sərhədindəki indiki təxribat qəsdən törədilən və əvvəlcədən planlaşdırılan bir aksiyadır. Bunun nəticələrinə görə bütün məsuliyyət erməni “qırğıları”nın yürütdüyü işğalçı və təcavüzkar siyasətin üzərinə düşür. KTMT-nin “avtomatik” reaksiyasına gəlincə isə, necə deyərlər, bunu görməyəcəksiniz. Sərhəddəki təxribat heç nəyə gətirib çıxarmayacaq.

Sonda şəhidlərimizin valideynlərinin, yaxınlarının dərin kədərinə şərik olduğumu bildirirəm. Allah yaralı hərbçilərimizə şəfa versin. Bizim işimiz haqq işidir!(çusavat.com)

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar