Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

General-mayor Polad Həşimov dəfn olundu - Yenilənib+Video

Azərbaycan Ordusunun şəhid olan general-mayoru Polad Həşimov dəfn olunub... 

Azərbaycan Ordusunun şəhid olan general-mayoru Polad Həşimov və polkovnik İlqar Mirzəyev İkinci Fəxri xiyabanda dəfn olunub.

Çox sayda insanın qatıldığı dəfn mərasimində dövlət himni səsləndirilib və havaya yaylım atəşi açılıb.

Saat 09:30
Azərbaycan Ordusunun şəhid olan general-mayoru Polad Həşimovun dəfn mərasimi başlayıb. 

Onun cənazəsi torpağa tapşırılmaq üçün İkinci Fəxri xiyabana gətirilib. Mərasim yaylım atəşi altında baş tutub.

Dəfn mərasimində generalın yaxınları ilə yanaşı Prezident Administrasiyasının nümayəndələri, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri də iştirak edir.

Fotolar

Saat 08:47
Bu gün Azərbaycan daha iki şəhidi ilə vidalaşacaq.

"BakuPost"un məlumatına görə, iyulun 13-dən 14-ə keçən gecə Tovuz rayonu ərazisində gedən şiddətli döyüşlərdə şəhid olan Azərbaycan Ordusunun general-mayoru Polad Həşimovun nəşi doğulduğu Qəbələ rayonundan yaşadığı Sumqayıta gətirilib. Şəhidin cənazəsi Sumqayıtda gecə saatları olmasına baxmayaraq böyük çoşğu ilə qarşılanıb. Minlərlə insan əlində bayraqlarla, Qarabağ şüarları ilə onun yaşadığı binanın qarşısına toplaşıb.

General-mayor Polad Həşimovun cənazəsi İkinci Fəxri xiyabanda torpağa tapşırılacaq.Bu gün həmçinin eyni istiqamətdə gedən döyüşlərdə şəhid olan polkovnik İlqar Mirzəyevin də dəfn mərasimi baş tutacaq. Onun da nəşinin paytaxtda gətirilməsi böyük izdihamla müşahidə olunmuşdu.

pia.az 


Etiket: Polad Həşimov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Ən çox oxunanalar