Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Orduya dəstək aksiyası təxribatla bitdi - Bir qrup insan parlamentin binasına daxil olub - Video+Fotolar

Bakıda dünən axşam saatlarından Azərbaycan Ordusuna dəstək məqsədilə başlayan yürüşlər Şəhidlər Xiyabanının qarşısında mitinqlə davam edib... 

Aksiyada, əsasən gənclərdən ibarət minlərlə vətəndaş iştirak edib, onlar “Qarabağ”, “Şəhidlər ölməz, vətən bölünməz”, “Ali Baş Komandan, silah ver bizə” şüarlarını səsləndiriblər. Polis aksiyaya son anlara qədər təmkinli münasibət göstərib.

Lakin səhərə yaxın aksiyaya müəyyən təxribat elementləri qatılıb. Belə ki, bir qrup aksiyaçı zorla Milli Məclisin binasına daxil olub. Bundan sonra polis parlamentin qarşısında qalan aksiyaçıları ordan uzaqlaşdırmaq üçün güc tətbiq etməli olub. Bu zaman bir polis maşını aksiyaçılar tərəfindən aşırılıb.

Bir neçə yüz nəfərdən ibarət aksiyaçı yenidən yürüş keçirərək, “Azadlıq” meydanında yolu bağlamağa cəhd göstərib. Polisin müdaxiləsindən sonra gənclər burdan da dağılışıblar. Polisin tələbinə əməl etməyənlər arasında saxlanılanlar olub.

pia.az 

Fotolar




Etiket: Aksiya


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar