Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bu, Ermənistanın çapını aşan hadisədir” - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir qədər əvvəl Azərbaycanı dəstəkləyən bəyanatıla şıxış edib: “Azərbaycana edilən hücumların qarşısında duracağıq”.

PİA.az xəbər verir ki, prezident Ərdoğan  Nazirlər Kabinetinin iclasından sonra keçirdiyi brifinqdə Ermənistanın təcavüzünü qətiyyətlə pisləyib:“Əcdadın əsrlər boyunca yerinə yetirdiyi bu vəzifəni yenə yerinə yetirməyə davam edəcəyik. Dost və qardaş Azərbaycana qarşı Ermənistanın təcavüzünü qətiyyətlə pisləyirik. Bütün imkanlarımızla dost və qardaş Azərbaycanın yanında olmağa davam edəcəyik. Vətəni uğrunda savaşan azərbaycanlı qardaşlarımızdan şəhid olanlara rəhmət, yaralananlara şəfa diləyirəm”.

“Bu gərginliyin Ermənistanın hücumları sonrası münaqişəyə çevrilməsindən narahatıq. Bu son hücum iki dövlət arasındakı sərhəddə ağır silahlarla edilib. Bu, birbaşa Azərbaycana qarşı edilmiş şüurlu hücumdur. Bu hücum Ermənistanın çapını aşan hadisədir. Məqsəd Dağlıq Qarabağın nizamlanması prosesinə əngəl yaratmaq və yeni münaqişə nöqtələri yaratmaqdır.

Hər kəs bilməlidir ki, Türkiyə Azərbaycana edilən hücumlara qarşısında duracaq. Bütün imkanlarımızı bu məsələyə səfərbər etmək boynumuzun borcudur" - deyə, Ərdoğan vurğulayıb.

Türkiyə Prezidenti Ermənistan hakimiyyətinin xalqını fəlakətə sürüklədiyini bildirib: "Öz torpağındakı siyasi, iqtisadi, koronavirusdan qaynaqlanan problemləri həll edə bilməyən bir ölkənin belə bir aqressiyası öz xalqına hörmətsizlikdir. İnanıram ki, gündəlik qazanc əldə etmək üçün Türkiyəyə minlərlə erməni də Ermənistan hökumətinin bu təcavüzkar siyasətindən narahatdır.Bölgədəki dövlətlər problemiin həlli üçün bir an öncə ədalətli mövqe ortaya qoymalıdırlar".

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar