Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hikmət Hacıyev: Ermənistan digər bölgələri də öz təxribatına cəlb etmək istəyir

Bu cür hərbi avantüra sayəsində Ermənistan üzv olduğu siyasi və hərbi təşkilatları münaqişəyə qoşmağa və Azərbaycana qarşı yürütdüyü işğal və təcavüz siyasətinə görə məsuliyyətdən yayınmağa çalışır... 

Virtualaz.org bildirir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Lenta.ru-ya açıqlamasında deyib.

Azərbaycan Prezidentinin köməkçisi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz istiqamətində təxribat xarakterli əməllər törətdiklərini və atəşkəs rejimini kobud şəkildə pozduğunu vurğuladı. Atəşkəsin pozulması bütün bu hadisələrin məsuliyyətinin Ermənistan tərəfinin üzərinə düşdüyünü əyani şəkildə göstərir. Bu cür hərbi avantüra ilə Ermənistan bu münaqişəyə hərbi-siyasi təşkilatları cəlb etməyə və Azərbaycana qarşı yürütdüyü işğal və təcavüz siyasətinə görə məsuliyyətdən yayınmağa çalışır. Amma İrəvanın hərəkətləri üzvü olduğu beynəlxalq təşkilatların hüquq sənədlərinə belə ziddir. Bundan əlavə, mənə elə gəlir ki, Ermənistan uzun müddətdir davam edən hərbi münaqişəni öz sosial-iqtisadi problemlərinin kəskinləşməsi fonunda gücləndirməyə çalışır”, - deyə H. Hacıyev bildirib.

Onun sözlərinə görə, bu, ölkə rəhbərliyinin destruktiv siyasətinin nəticəsi olan COVID-19 infeksiyasının Ermənistanda geniş yayılmasıdır.

“Sərhəddə gərginliyin yaradılması daxili problemlərdən yayındıracaq. Ölkəmiz sərhəddə gərginliyin yaranmasının əleyhinədir. Təxribatların qarşısını almaq üçün sərhəd xidmətləri və silahlı qüvvələrimiz gücləndirilib. Bilirsiniz, bir daha bir fakt əlavə etmək istəyirəm: 12 İyul, bazar günü, Ermənistan tərəfdən zirehli texnika və canlı qüvvələrin yerdəyişmələrin müşahidə etdik. Biz bunu artilleriyadan istifadə olunan hücumun əvvəlcədən hazırlandığının sübutu kimi qəbul edirik. Lakin sonda erməni tərəfi heç bir şey əldə edə bilmədi”, - H.Hacıyev belə deyib.

Azərbaycan Prezidentinin köməkçisi vurğulayıb ki, Bakı hər zaman Ermənistan-Azərbaycan sərhədində gərginliyin yaranmasına səbəb ola biləcək təxribatların qarşısını almağa və bu kimi hadisələri aradan qaldırmağa hazırdır: “QazaxTovuz bölgələri boyunca sərhədin bu sahəsində Azərbaycanın dövlət sərhəd xidməti bölmələri yerləşdirilib. Ermənistan tərəfi, əksinə, iki ölkə arasındakı dövlət sərhədini sistematik şəkildə hərbiləşdirməkdə və mülki şəxslərə qəsdən atəş etməkdə davam edir. Bildiyiniz kimi, Azərbaycanla Ermənistan arasında ciddi qarşıdurma Ermənistanın Dağlıq Qarabağı və daha yeddi rayonu işğal etdikdən bəri 30 ildir ki, davam edir. Silahlı qüvvələrimiz indi də orada üz-üzə dayanır. Bu Birinci və İkinci Dünya Müharibəsinin 100 min əsgərin üzbəüz dayandıqları ssenarilərə bənzəyir. İstənilən vaxt qarşıdurma gözlənilir. Hələ də təxribat gözlənilirmi - Ermənistan tərəfindən soruşmalıyıq, çünki Azərbaycan torpaqlarını məhz onlar işğal ediblər”.

Azərbaycan Prezidentinin köməkçisi xatırladıb ki, artıq İran, Rusiya və Türkiyənin Xarici İşlər nazirləri narahatlıqlarını ifadə ediblər.

“Bu ölkələrə Ermənistanın məsuliyyətsiz siyasətinə laqeyd olmadıqlarına görə təşəkkür edirik. Qonşularımız dünyada vəziyyətin qeyri-sabit olduğunu və müharibə alovlanacağı təqdirdə, onlara da təsir edəcəyini başa düşürlər. Ermənistan düşünülməmiş hərəkətlər edir və onların fəsadlarının qayğısına qalmır. Azərbaycan həmişə bu məsələni sülh yolu ilə həll etməyə hazırdır və biz həmişə buna təşəbbüs göstəririk. Daima ATƏT nümayəndəsi ilə məsələləri müzakirə edirik və digər ölkələrin diqqətini yayındırmaq istəmirik, amma Ermənistan digər bölgələri öz təxribatına cəlb etməkdə çox maraqlıdır”, - deyə Hikmət Hacıyev bildirib.

Azərbaycan Prezidentinin köməkçisi, həmçinin bu məsələnin həllində Rusiyanın rolunun çox böyük olduğunu vurğulayıb: “Rusiya Federasiyasının rəhbərliyi və şəxsən Prezident Vladimir Putin lazım olan addımlar atıblar, bunu çox yüksək qiymətləndiririk. Ancaq təəssüf ki, erməni işğalyönlü və təxribatçı addımlar məsələnin sülh yolu ilə həllinə imkan vermir. Bütün beynəlxalq ictimaiyyəti Ermənistanı hesabat verməyə cəlb etməyə çağırırıq. Ermənistan məsələnin sülh yolu ilə həllində maraqlı olmadığını sübut edir və onun bu təcavüzkar siyasəti bir sıra digər ölkələrə də təhlükə yaradır”.

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

Ən çox oxunanalar