Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qazıyevin işi: maddələr nə cəza nəzərdə tutur?

İyulun 12-dən 13-dək Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində döyüşlər gedib, Azərbaycan Ordusunun hərbi qulluqçuları çavuş Vüqar Lətif oğlu Sadıqov, baş əsgər Elşad Dönməz oğlu Məmmədov, əsgər Xəyyam Məhəmməd oğlu Daşdəmirov, baş leytenant Rəşad Rəşid oğlu Mahmudov həlak olub... 

Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun iyulun 12-də yaydığı birgə məlumatda sabiq müdafiə naziri Rəhim Qazıyevin sosial şəbəkələrdə sərhəddəki döyüş əməliyyatları və hadisələrin mahiyyəti barədə həqiqətə uyğun olmayan xəbərlər yaydığına görə tutulduğu bildirilib. İş Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin 281-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 282-ci (Təxribat) maddələri ilə araşdırılır.

Novator.az bildirir ki, 281-ci maddəyə əsasən, hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycanın konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma 5 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Eyni əməllər təkrar və ya bir qrup şəxsin iştirakı ilə törədildikdə 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası verilir.

Xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə törədilən eyni əməllərə 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası düşür.

282-ci maddəyə əsasən, Azərbaycanın müdafiə qabiliyyətini və iqtisadi təhlükəsizliyini zəiflətmək məqsədilə müəssisələrin, qurğuların, yolların, əlaqə və rabitə vasitələrinin, əhalinin həyat təminatı obyektlərinin dağıdılmasına, yaxud zədələnməsinə yönəldilən partlayışlar, yanğınlar və sair hərəkətlər törətmə, həmçinin eyni məqsədlə kütləvi surətdə zəhərləmə və ya insanlar və heyvanlar arasında yoluxucu xəstəliklər yayma 8 ildən 15 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Eyni əməlləri mütəşəkkil dəstə törətdikdə 12 ildən 20 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası verilir.

Rəhim Qazıyev 1943-cü il fevralın 17-də Şəki şəhərində doğulub. Pedaqoq, fizika-riyaziyyat elmləri namizədidir.

1989-cu ildə Azərbaycan Xalq Cəbhəsinin qurulmasında iştirak edib, İdarə Heyətində təmsil olunub. 1990-cı ilin 20 yanvar qırğınından sonra həbs edilib. Həmin il həbsdən buraxıldıqdan sonra Azərbaycan parlamentinin üzvü seçilib.

Azərbaycan Müdafiə Şurasının üzvü, Şuşa rayonunun komendantı olub.

1992-ci il martın 17-də müdafiə naziri təyin edilib, mayın 18-dən eyni zamanda baş nazirin birinci müavini postunu tutub. 1993-cü fevralın 20-də istefaya göndərilib. Həmin ilin noyabrında həbs edilən Rəhim Qazıyevə vəzifə səlahiyyətlərini aşma, külli miqdarda dövlət əmlakının mənimsənməsi, qanunsuz silah saxlamaq ittihamları irəli sürülüb.

1994-cü ilin sentyabrında həbsdən qaçırılıb. 1995-ci ildə qiyabi ölüm cəzasına məhkum edilib, 1996-cı ildə yenidən tutulub. 1998-ci ildə cəzası ömürlük həbsə, 2003-cü ildə 15 il həbsə dəyişdirilib. 2005-ci ildə əfv olunub.

pia.az 


Etiket: Qazıyev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar