Çərşənbə axşamı, 04 Avqust 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

XİN: “Ermənistanın törətdiyi təxribat yeni bir aqressiya, təcavüz aktıdır” 

Bu gün cəbhə xəttindəki döyüşlə bağlı Xarici İşlər Nazirliyində Müdafiə Nazirliyi və Xarci İşlər Nazirliyinin birgə təşkil etdiyi brifinq keçirilib...

PİA.az Baku.Tv-yə istinadən xəbər verir ki, brifinqdə xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva mediaya açıqlamasında bildirib ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş vermiş döyüşdə ordumuzun dörd hərbi qulluqçusu şəhid olub, və yaralılar var. Lakin mülki əhali arasında itiklərə yol verilməyib. Onun sözlərinə görə, hərbi təxribatın arxasında bir neçə məqsəd dayanır.

Ermənistan tərəfinin təxribatının əsas məqsədlərindən biri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə üzvü olduğu hərbi siyasi təşkilatları və üçüncü ölkələri cəlb etmək niyyətinin durmasıdır.

“Xarici İşlər nazirinin müavini öz təqdimatında Ermənistanın törətdiyi təxribatın yeni bir aqressiya, təcavüz aktı olduğunu diplomatik korpusun diqqətinə çatdırıb. Xüsusilə də bu təxribatın iki ölkənin dövlət sərhədində baş verməsi haradasa Ermənistan tərəfinin Azərbaycanın yeni ərazilərini, yeni mövqelərini ələ keçirmək kimi təcavüzkar meyllərini açıq şəkildə diplomatik korpusun nümayəndələrinin diqqətinə çatdırıb. “- deyə Leyla Abdullayeva bildirir.

Nazirliyin məlumatına görə, Ermənistan rəhbərliyi hətta, bu yaxınlarda baş verən təxribatla bağlı utanmazcasına yeni ərazilərin işğal edilməsi kimi tezislər səsləndirib. Onu da deyək ki, cəbhədə vəziyyət hazırda gərgin olaraq qalmaqda davam edir. Lakin vəziyyət Azərbaycan silahlı qüvvələrinin nəzarəti altındadır.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

25 ildir Rusiyada gizlənən azərbaycanlı həbs olundu

Fəttah Heydərovun dəfnində yüksək çinli məmurlar iştirak edib - Foto

Rus oliqarx, Natanel Rotşild və Monteneqro prezident yaxtada eskort qızlarla yaxalandı...

Kəmaləddin Heydərovun atası, deputat Fəttah Heydərov vəfat etdi

"Onlayn qurban kəsə bilirsiniz, onlayn çimə bilmirsiniz?" - Deputat

Yaranmış vəziyyətə dövlət tərəfindən təcili müdaxilə olunmalıdır

Şadlıq sarayları artıq müflisləşməklə üz-üzədir - Video

loading...

Ən çox oxunanalar