Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hikmət Hacıyev: “Prezident tapşırıq verdi ki, qisas alınsın”

H. Hacıyev deyib ki, Ali Baş Komandanın tapşırığı əsasında Azərbaycan Silahlı Qüvvələri tərəfindən zəruri əks həmlə tədbirləri görülüb...

“Dünən Ermənistan Silahlı Qüvvələri tərəfindən Ermənistan-Azərbaycan sərhədində növbəti təxribat törədilib. Bu təxribat və qəfil həyata keçirilən hücum nəticəsində artilleriya vasitələrindən istifadə edilməklə Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətində itki olub, bir neçə əsgərimiz isə yaralanıb. Şəhid olan əsgərlərimizə, hərbi qulluqçularımıza Allah rəhmət diləyirik, yaralananların isə tezliklə şəfa tapmasını diləyirik”...

PİA.az xəbər verir ki, bunu APA TV-yə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, dərhal Ali Baş Komandanın tapşırığı əsasında Azərbaycan Silahlı Qüvvələri tərəfindən zəruri əks həmlə tədbirləri görülüb:

“Dünən gecədən etibarən və bu gün Ermənistanın bu kimi provokasiyalarına cavab olaraq Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan-Azərbaycan sərhədi boyu zəruri əks həmlə tədbirləri həyata keçirilir”.

Prezidentin köməkçisi qeyd edib ki, bu gün Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının iclası keçirilib:

“Bu iclasda da Ali Baş Komandan tərəfindən Azərbaycan Silahlı Qüvvələri qarşısında qisasın alınması və Ermənistan Silahlı Qüvvələrinin bu təxribatına həmişə olduğu kimi, layiqli cavab verilməsi ilə əlaqədar tapşırıq qoyulub. Baş vermiş hadisələrə görə məsuliyyət bilavasitə Ermənistan Respublikasının üzərindədir. Bu provokasiyalar onlar tərəfindən qəsdən və məqsədyönlü şəkildə törədilib. Ona görə də bütün məsuliyyət Ermənistanın üzərinə düşür”. 

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar