Gəncə şəhərinin Kəpəz rayonunda "LUKOİL" yanacaqdoldurma məntəqəsinin ərazisində tutumu 50 ton olan yeraltı yanacaq çəninin içərisində 7,2 ton yanacaq (benzin) yanıb...
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilir ki, Yaxınlıqda olan 1 ədəd 50 tonluq və 3 ədəd 25 tonluq yanacaq (benzin və dizel) çəni yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***
Gəncədə yanacaqdoldurma məntəqəsində partlayış olub.
PİA.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Dədə Qorqud küçəsində yerləşən "Lukoil" yanacaqdoldurma məntəqəsində qeydə alınıb.
Əraziyə yanğınsöndürən maşın və təcili tibbi yardım briqadası cəlb olunub.
pia.az